2018-ci ildə Azərbaycanda baş verən inzibati həbslərin və pis rəftarın statistikası

19-08-2019 15:08
2018-ci ildə Azərbaycanda baş verən inzibati həbslərin və pis rəftarın statistikası
Demokratik Təşəbbüslər İnstitunun (İDİ) araşdırma qrupu 2018-ci ildə baş verən siyasi motivli inzibati həbslər və inzibati həbslərdə pis rəftara dair araşdırma sənədi hazırlayıb. 

Sənəd 2018-ci il 1 yanvar-31 dekabr tarixləri arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin  hesabatı və Dövlət Statistika Komitəsinin sorğusuna, həmçinin 2011-2018-ci illərdə beynəlxalq təşkilatlarının hesabatlarına əsaslanan monitorinqlərin nəticəsində hazırlanıb. 

Üç ay ərzində baş tutan monitorinq nəticəsində 2018-ci ildəki 8,449 inzibati həbsdən 78-i siyasi motivli olub. 

Sənəddəki faktlardan aydın olur ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsinə baxmayaraq, inzibati həbslərin sayında iki dəfədən çox artım olub. 

Araşdırmada inzibati həbs anlayışına, yerli və beynəlxalq qanunvericilikdəki yerinə və onu müəyyən edən hüquqi sənədlərə toxunulub. 

2011-2018-ci ilə üzrə baş verən inzibati həbslər və pis rəftar haqqında beynəlxalq rəyi müəyyən etmək üçün Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin, ABŞ Dövlət Departamentinin, "Amnesty İnternation"a və "Human Rights Watch" hesabatlarının monitorinqi aparılıb. 

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bu haqda çıxardığı qərarlar da təhlil edilərək hesabatda yer alıb. 

Sənəddə eləcə də 2018-ci ildəki inzibati həbslərdə pis rəftar və saxlanma yerlərinin vəziyyətini müəyyən etmək üçün 15 şəxsdən alınmış müsahibələrin monitorinqi də aparılıb. 
Bu monitorinq əsasında inzibati həbslərdə pis rəftar və saxlanma yerlərinin vəziyyəti ilə bağlı tövsiyələr verilib. 

Təqdim edilən sənəd ("2018-ci ildə Azərbaycanda siyasi motivli inzibati həbslər və inzibati həbslərdə pis rəftar”) 2018-ci ilə aid  vəziyyəti geniş şəkildə əhatə edən və 2011-2018-ci illər üzrə tendensiyanı müəyyən edən yeganə sənəd olduğundan böyük əhəmiyyət kəsb edir.