"Bu, siyasi qərardır" - Akif Qurbanov - AUDİO

19-11-2015 02:26
Mərkəzi Seçki Komissiyasının (MSK) ötəngünkü iclasında 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizədlikləri qeydə alınan Yeni Azərbaycan Partiyasının üzvü İlqar Vəliyev və bitərəf, Ağdaş bələdiyyəsinin sədri Qalib Qarayevin müraciətinə baxılıb.

MSK-nın qərarı ilə 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələri ləğv olunub.  

Qeyd edək ki, həmin dairədən lider namizəd 2005 və 2010-cu illərdə deputat seçilmiş bankir Çingiz Əsədullayevdir.

Arqument.Az xəbər verir ki, MSK üzvü Akif Qurbanov çıxışında bu qərarın siyasi sifariş olduğunu bildirib və qərarın qəbul olunmasına bitərəf qalıb. 

Həmin çıxışı təqdim edirik: