Demokratik Təşəbbüslər İstitutu parlament seçkiləri ilə bağlı aralıq hesabatını yaydı

27-10-2015 18:03
Demokratik Təşəbbüslər İstitutu parlament seçkiləri ilə bağlı aralıq hesabatını yaydı
 
Demokratik Təşəbbüslər İstitutu (İDİ) noyabrın 1-də keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı I aralıq hesabatını yayıb.

Musavat.com həmin aralıq hesabatı diqqətinizə çatdırır:

"I. XÜLASƏ

Azərbaycanın tək palatalı parlamenti olan Milli Məclis 125 bir mandatlı seçki dairəsindən beş illik müddətə seçilir. Əvvəlki parlament seçkiləri 2010-ci ilin 7 noyabrda keçirilmişdir. 2015 Parlament seçkiləri isə 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə Konstitusiyaya uyğun olaraq noyabr ayının ilk bazar günü  - 1 noyabr 2015-ci ilə təyin edildi. 

Sentyabrın 1-dən etibarən namizəd olmaq üçün imza vərəqələrinin alınması prosesinə başlandı və imza toplanması prosesi davam etdi. 9 oktyabr 2015-ci ildə namizədlərin qeydə alınması başa çatdı və təşviqat dönəminə start verildi. Bu mərhələdə 1240 namizəd qeydə alınmış, 100-lərlə namizəd isə müxtəlif səbəbələr göstərilərək qeydə alınmaqdan imtina edilmişdir. 

Seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, Azərbaycanda seçkilərin demokratik mühitinin yaradılmasında ciddi çətinliklər mövcuddur. 

Azərbaycanda seçkilər Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyalarından ibarət olan üçpilləli seçki administrasiyası tərəfindən həyata keçirilir. Seçki komissiyalarının tərkibi problemli məsələ olaraq qalır, çünki təcrübədə bu format, hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının tərəfsiziliyinə və qərəzsizliyinə  olan etimadı sıfıra endirir. 

Seçkilər üçün hazırlıqlar 2015-ci ilin yanvar ayından etibarən davam etməkdədir və MSK aşağı səviyyəli komissiyalar üçün təlimlər təşkil edir. Seçicilərin siyahısı yenilənsə də, dövlət qurumları arasındakı seçici sayındakı fərq qalmaqdadır. Seçicilərin siyahıda adlarını yoxlamaq və düzəlişlər, əlavələri tələb etməsi üçün imkanlar mövcuddur. 

Qarşıdan gələn seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edir. 

Parlament seckiləri öncəsi siyasi muhit, cağırışlara baxmayaraq siyasi və vicdan məhbusu  kimi tanınan şəxslərin həbsdən azad edilməsi, habelə soz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, ictimai - siyasi fəaliyyət imkanları ilə bağlı problemlər azad və demokratik qaydada seckilərin birinci mərhələsi ücün normal şəraiti təmin etməyib.

Secki Məcəlləsinə son illərdə edilmiş məhdudlaşdırıcı  əlavə və dəyişikliklər ölkədə secki təcrübəsinin təkmilləşdirilməsinə imkanlar yaratmayıb. Əksinə namizədlərin qeydiyyatı üçün yaradılan problemləri daha da dərinləşdirib və 1 noyabr 2015-ci il parlament seckilərində seçki komissiyalarının namizədlərin qeydiyyatından imtinası ilə bağlı qanunsuz qərarlar verməsi imkanlarını artırıb. 

IDI 1 noyabr 2015-ci il Milli Məclisə seckilərin 1-ci mərhələsi - namizədlərin irəli surulməsi və  qeydiyyatı ilə bağlı pozuntuları ölkənin 87 secki dairəsi üzrə qeydə alaraq, dəqiqləşdirib.

1 noyabr 2015-ci il Milli Məclisə seckilər üzrə namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsi yerli icra hakimiyyətlərinin namizəd olmaq istəyən şəxslərə təzyiqləri, seçki komissiyalarının fəaliyyətində aşkarlıq və namizədlərə münasibətdə bərabərlik prinsiplərinin pozulması, namizədə imza vermiş seçicilərin kütləvi olaraq öz imzalarından imtina ərizəsi yazdırılması, habelə kənar mudaxilələr nəticəsində bir çox secki dairələrində alternativsizlik mühitinin yaradılması ilə nəticələnib.

Araşdırmalar gostərir ki, hazırda ölkə üzrə təxminən 46 secki dairəsində siyasi alternativsizlik muhiti mövcuddur

MSK öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə  həyata keçirib. Lakin namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində DSK-ların fəaliyyətindəki pozuntularla bağlı əksər şikayətlərə MSK-nın yanaşması əsaslandırılmış və obeyktiv olmayıb. Araşdırma zamanı MSK da DSK-lar kimi aşkarlıq prinsipini və araşdırmaya dair prosedural prinsipləri pozmuşdur. 

Namizədlərin irəli surulməsi və qeydiyyatı dövründə baş vermiş qanun pozuntuları 1 noyabr 2015-ci il parlament seckilərinin azad, ədalətli və demokratik keçiriləcəyini şübhə altına alıb.

II. GİRİŞ

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə bir qrup tanınmiş hüquqşünas və ictimai xadim tərəfindən yaradılıb. Rəsmi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət edilməsinə baxmyaraq, qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından imtina edilmişdir. Ona görə də bununla əlaqədar məhkəməyə müraciət olunmuşdur. Bütün daxili məhkəmə instansiyalarına baş vurulsa da, məhkəmə Ədliyyə Nazirliyinin imtinasını qüvvədə saxlamışdır. 06 aprel 2015-ci il tarixdə IDI hüquqarının təmin olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (IHAM) müraciət etmişdir. Təşkilatın fəaliyyətinin əsas məqsədi demokratik təsisatların, vətəndaş cəmiyyəti və seçki institutlarının səviyyəsinin yüksəldilməsinə; insan huquqları və ifadə azadlığının təmininə; yerli özünü idarənin təkmilləşməsinə; bütün sahələrdə şəffaflığın artırılmasına; Azərbaycan cəmiyyətinin demokratik dünyaya inteqrasiyasına yardım etməkdən ibarətdir.

IDI 23 dekabr 2014-cü il tarixdə keçirilmiş Bələdiyyə seçkilərini müşahidə edib. Bundan əlavə, ölkədə seçicilərin sayına dair real vəziyyəti öyrənmək məqsədilə IDI 2014-cü ildə "Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparmışdır.

İDİ 2015-ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində araşdırma aparmışdır. 18 avqust 2015-ci il tarixdə ölkənin aparıcı siyasi partiya və VC liderlərinin iştirakı ilə "Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər” adında geniş ictimi müzakirə (forum) təşkil etmişdir. 

IDI Azərbaycan Respublikasının 12 bölgəsində - Bakı, Sumqayıt, Gəncə, Qazax, Şəki, Qax, Cəlilabad, Goycay, Beyləqan, Tərtər və Xacmaz şəhər və rayonlarında, həmçinin Naxçıvan MR ərazisində yerli vətəndaş qrupları, habelə mustəqil KİV və yerli QHT-lər ilə əməkdaşlıq edir. 

Seçkilər start verdikdən sonra 1 sentyabrdan edibarən Parlament seckiləri ilə bağlı  IDI şərtlərin imkan verdiyi çərçivədə, daxili resurslar hesabına seckilərin gedişinin muşahidəsilə yanaşı, seçkidə iştirak edən tərəflərə hüquqi yardım göstərməyə çalışır. 

III. SİYASİ KONTEKST VƏ SEÇKİ  SİSTEMİ  

SİYASİ KONTEKST

Qarşıdan gələn seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi  və hakim partiya ilə әsas müxalifәt partiyaları arasında dialoqun yoxluğu ilə  sәciyyәlәnәn siyasi mühitdә cәrәyan edir. Parlamentdə təmsil olunan 11 partiyadan biri olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri hazırkı dövlət başçısıdır və bu partiya 125 yerlik ölkə parlamentində 69 deputatla çoxluq təşkil edir. Parlamentdə təmsil olunan sayca ikinci böyük qrup 42 müstəqil deputatdan ibarətdir ki, onlar da, adətən, səsvermədə hakim partiyanın tərəfində çıxış edirlər.  Qalan 12 yeri on siyasi partiya tutmuşdur. Mövcüd parlamentdə 5 yer hal-hazırda boşdur. Müxalif siyasi partiyalar olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2010-cu il seçkilərində parlamentdə təmsil olunmaq imkanını itirmişdirlər. 2009-cu ildə yaradılmış müxalif Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov 2013-cü ilin fevral ayından barəsində İHAM-ın dərhal azad olunmasıyla bağlı qərar olmasına baxmayaraq, hələ də həbsdə saxlanılır.

Parlament seçkiləri Ermənistanla Azərbaycab arasında davam etməkdə olan Qarabağ münaqişəsi və Azərbaycan ərazisinin 20%-ə yaxın hissəsinin işğal olunduğu bir şəraitdə həyata keçiriləcək. Bu vəziyyət həmin ərazilər üzrə seçkilərin keçirilməsini, xüsusilə də, çox saylı məcburi köçkünlər üçün səsvermənin təşkilini çətinləşdirir. Həmçinin işğal faktı Dağlıq Qarabağın erməni əhalisinin seçkilərdə iştirakına şərait yaratmağa imkan vermir.  

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) 9 oktyabrda 2010-ci il seçkiləri ilə əlaqədar iş üzrə daha  bir qərar çıxarmışdır. Bu iş "Qəhrəmanlı və digərlərinin işi” adlanır. İHAM Fuad Qəhrəmanlı, Zəlimxan Məmmədli və Namizəd Səfərovun namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsindən hər üç şikayətçinin 2010-cu ildə parlament  seçkiləri zamanı qarşılaşdıqları qanun pozuntularını araşdıraraq onların  xeyrinə qərar çıxarıb. Həmin dairədən seçkilər Yeni Azərbaycan Partiyasınının nümayəndəsi Hüseynbala Mirələmovun lehinə rəsmiləşdirilmişdir. Hal-hazırda da bu şəxs yenə həmin dairədən YAP-ın namizədidir. 

Seçkilərə start verildikdən sonra hakimiyyətin seçki mühitinin normallaşdırmamasını əsas gətirərək beynəlxalq ictimaiyyətin önəmli qurumları sərt qərarlar qəbul etmiş, Azərbaycan hakimiyyətini islahatlara səsləmişdir. Avropa Birliyinin Parlament Asambleyası 10 Sentyabr 2015-ci il tarixdə qəbul etdiyi Qətnamənin 21-ci bəndində bəyan edir ki, Avropa Parlamenti Avropa İttifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət İdarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinməyə çağırmalıdır. Çünki ölkə hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır və çox ciddi qüsurları olan seçki mühitinin legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey olmayacaq. Bu Qətnamədən bir gün sonra  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Mixail Link bəyanat verərək, bildirib ki, "Azərbaycan hakimiyyətinin ölkədə noyabrın 1-də keçiriləcək seçkiləri müşahidə edəcək şəxslərin sayı ilə bağlı məhdudiyyət qoyması bu prosesin müşahidəsini mümkünsüz edir. ... ATƏT qarşısında seçkilərlə bağlı götürdüyü öhdəliklərə, eyni zamanda Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə mandatının prinsiplərinə ziddir”. Sonradan müraciətlərə baxmayaraq ATƏT PA-da müşahidəçi göndərməkdən imtin etmişdir.  

SEÇKİ SİSTEMİ

Tək palatalı parlament olan Milli Məclis beşillik müddət ərzində fəaliyyət göstərən 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi üzrə birmandatlı seçki dairələrindən birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə secilirlər. Seçkilәrdә әn çox sәs toplamış namizәd seçilmiş hesab edilir. Әgər seçki dairəsində heç bir namizәd qeydiyyata alınmayıbsa vә ya yalnız bir namizәd qeydiyyata alınıbsa, o zaman hәmin dairәdә seçkilәr təxirә salınır vә proses təkrarlanır. Seçkilərin baş tutmuş hesab edilməsi üçün yetərsay tələb olunmur. 

Əvvəlki parlament seçkiləri 7 noyabr 2010-cu il tarixdə keçirilmişdir. Beşinci cağırış Parlament seckiləri 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə ölkə Konstitusiyasının 84-cu maddəsinə uyğun olaraq noyabr ayının ilk bazar günü  - 1 noyabr 2015-ci ilə təyin edildi. 

IV. PARLAMENT SECKİLƏRİNƏ HAZIRLIQ

SEÇKİ ADMİNİSTRASİYASI

Parlament seçkiləri Mərkəzi Seçki Komissiyası (MSK), 125 Dairə Seçki Komissiyası (DSK) və seçkilər gününə yaxın formalaşan məntəqələr də daxil olmaqla təxminən 5386 Məntəqə Seçki Komissiyasından (MnSK) ibarət üç pilləli struktura malik qurum  tərəfindən  idarə olunur. Bütün komissiyalar beşillik müddətə seçilən, müvafiq olaraq 18, 9 və 6 nəfərdən ibarət daimi orqanlardır. MSK üzvləri, DSK sədr və katibləri istisna olmaqla, digər komissiya üzvləri daimi əməkhaqqı almır, sadəcə, seçkilər dövründə qısamüddətli əməkhaqqı alırlar. MSK üzvləri parlament tərəfindən seçilir, DSK-lar Mərkəzi Seçki Komissiyası və MnSK-lər isə müvafiq DSK-lar tərəfindən təyin edilir. Komissiya üzvlərinin üçdə biri parlament çoxluğunu, üçdə biri parlament azlığını və üçdə biri isə müstəqil deputatları təmsil edir. Qanuna əsasən, bütün komissiya sədrləri parlament çoxluğunun namizədidirlər. Beləliklə, parlament çoxluğu "de-fakto” bütün seçki komissiyalarında səs çoxluğuna malikdir. 

Seçki üçün texniki hazırlıq prosesi gedir, seçki administrasiyası müvafiq son tarixləri gözləməklə bərabər, tələb olunan əlavə normativ sənədləri qəbul etməkdədir. MSK iclasları mәtbuat vә müşahidәçilәrə açıqdır. Qәrarlar dövlətin maliyyələşdirdiyi mәtbuat vә MSK-nın internet sәhifәsi vasitәsilә ictimaiyyәtә açıqlanır. Bununla belə, MSK üzvləri çox vaxt iclasdan əvvəl müzakirə üçün zәruri olan ilkin qәrarlar vә bütün sәnәdlәrlә tәmin edilmirlər. MSK  DSK və MnSK-lar üçün səsvermə prosedurları təlimlərini,  polis, media qurumlar ilə birgə maarifləndirmə tədbirləri, online ve TV-lərdə maarifləndirici çarxlar, seçicilərin məlumatlandırma plakatlarının yayılmasını həyata  keçirmişdir. 

SEÇİCİ QEYDİYYATI 

Məhkəmə qərarı ilə bu hüquqdan məhrum olan şəxslər istisna olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək hüququ vardır. Seçici qeydiyyatı passiv xarakter daşıyır və seçici siyahıları MSK-nın idarə etdiyi seçicilərin daimi qeydiyyat bazası əsasında tərtib olunur. Secki Məcəlləsinə əsasən seçicilərin daimi siyahısı MSK-nın muəyyənləşdirdiyi formada hər il mayın 30-dək hər bir secki məntəqəsi uzrə təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. 2015-ci il may ayının 27-də təsdiq olunmuş məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7 faizi isə qadınlardır. Ancaq bu rəqəm Azərbaycan Respublikası Dovlət Statistika Komitəsinin acıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. 

Dövlət Statistika Komitəsinin verdiyi məlumata gorə, əhalinin (9 593 000) 6 715 400 – nün yaşı 18-dən yuxarıdır. Yəni əhalinin 70 faizi (49,78 % kişi, 50,22 % qadın) seçicidir. Ancaq MSK-nın acıqladığı rəqəmdən məlum olur ki, seçicilər əhalinin 53 faizini təşkil edir. 

Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya cıxır. Qeyd edək ki, seçkilərdə iştirak edən tərəflərin, yerli QHT-lər və media təmsilcilərinin, ATƏT/DTİHB-nin SMM-nın narahatlıqlarına baxmayaraq, yuxarıda adı çəkilən orqanlar bu uyğunsuzluqlara aydınlıq gətirməyiblər. 

Məntəqə seçki komissiyası səsvermə gününə azı 35 gün qalmış seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirməlidir. IDI-nin apardığı müşahidələrə görə -37, 38, 39, 47, 48, 50, 57, 62, 63, 69, 75, 71, 70, 84,  saylı seçki dirələrinin ərazisində yerləşən seçki məntəqələrində sentyabrın 26-na qədər seçici siyahıları vurulmayıb. Müşahidəçilər seçici siyahısı haqda məlumat ala bilmirlər.

Seçicilər adlarının siyahıda olub-olmamasını MSK-nın İnternet səhifəsi və yaxud "qaynar xətt”i vasitəsilə də yoxlaya bilərlər. 

SEÇKİ DAİRƏLƏRİNİN TƏŞKİLİ
 
IDI seckiqabağı dövrdə dairə secki komissiyalarının təşkili ilə bağlı qeydə aldığı catışmazlıqlar aradan qaldırılmamışdır. Nəticədə seçki dairələri arasında olan balansın pozulması həm seçilən, həm seçən tərəflər üçün bərabərlik prinsipini pozmuş olur, həm də işləmək imkanlarını çətinləşdirir və bu da səsvermә hüququnun bәrabər olmasını şübhә altına qoyur.


V. SECKİQABAĞI SİYASİ ŞƏRAİT VƏ İDDİAÇILAR 

SİYASİ ŞƏRAİT 

IDI seçkilər öncəsi vəziyyətə dair hesabatında ölkədə siyasi hüquqlar və fəaliyyət azadlıqlarının ciddi şəkildə məhdudlaşdırılması, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif  təşkilatların təzyiq siyasətinin hədəfinə çevrilməsi;  ictimai şəxslərin və QHT-lərin hesablarına həbs qoyulması, ofislərin bağlanması, fəaliyyətlərin dayandırılması; donorların ölkə QHT-lərinə qrant verilməsi yollarının hüquqi baxımdan əngəllənməsi; tanınmış hüquq müdafiəçiləri, ekspertlər, hüquqşünaslar, vəkillər və ictimai şəxslərin daxil olduğu İşçi Qrupunun hazırladığı siyasi və vicdan məhbusunun siyahısı barədə verdiyi məlumatlar hələ də öz qüvvəsini saxlamaqdadır.

Sentyabrın 30-da AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Nərimanov rayonu ərazisində polis tərəfindən saxlanılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanmış cinayət işi üzrə şübhəli bilinir. Partiyadan bildirilir ki, onun həbsi birbaşa siyasi fəaliyyətilə əlaqəlidir.

Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı "Məhsul” stadionunda müxalif partiyaların bəzən mitinqlər keçirməsinə imkan verilir. Orada mitinq keçiriləndə isə həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələrinin  hərəkəti əvvəlcədən məhdudlaşdırır, mitinqə qatılmaq istəyənlərin qarşısında süni maneələr yaradılır, mitinqə gələnləri polis nümayişkaranə şəkildə videolentə alır və sonra həmin görüntülər əsasında vətəndaşlara təzyiq göstərilir. 

Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bildirdiyinə görə hələ də bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Həmçinin qapalı məkanlarda konfrans, dəyirmi masa və s. formatlarda ictimai toplantılar keçirmək demək olar ki, mümkünsüz hala gəlib və onlar  ciddi maneçiliklərlə üzləşdikləri vurğulanır.

İDDİAÇILAR 

Siyasi partiyalar institutsional olaraq funksionallıqdan çıxarılıb və onların  sərbəst fəaliyyət göstərilməsinə hüquqi və faktiki mühit yoxdur. 2013-cü il Prazident seçkilərində əsas müxalif güc kimi özünü göstərən və rəsmi nəticələrinə görə ikinci olmuş Cəmil Həsənlinin rəhbərlik etdiyi Milli Şuranın və onun aparıcı qüvvəsi olan  AXCP seçkillərin demokratik keçirilməsinə inamsızlığını ifadə edərək  iştirakı baykot etmişdir.  Seçkilərə start verildikdən sonra isə ADP də partiya formasında seçkilərdə iştirakdan  imtina etdiyini bəyan etmişdir.  

Yaradılmış bütün çətinliklərə baxmayara ölkənin aparıçı müxalif siyasi qurumlarından sayılan Müsavat Partiyası və REAL Hərəkatı seçkilərdə iştirk etməyi qərara almışdır.  7 siyasi partiyanı özündə birləşdirən "Azadlıq-2015”, Ümid Partiyası, VHP və digər partiyalar da seçkilərdə fəallıq nümayiş etdirirlər. Həmçinin müxalif siyasi gənclər hərəkatlarından NİDA VH, D18 və AĞ Blok təmsilçiləri də seçki kampaniyasına qoşulub.

Seçkilәrdә әn çox namizәd sayına YAP  malikdir. İrəli sürülən qeydə alınan  namizədlər barəsində daha ətraflı məlumat üçün 1 saylı Əlavəyə baxın. 

VI. NAMİZƏDLƏRİN İRƏLİ SURULMƏSİ VƏ QEYDİYYATI

Əvvəlki parlament seckilərindən fərqli olaraq  hazırkı seckilərin ilkin mərhələsi - namizədlərin irəli surulməsi və qeydiyyatı prosesi daha ciddi qanun pozuntuları ilə muşayiət olunub. Pozuntular əsasən hakim partiya və onun siyasətini dəstəkləyən və ya açıq  loyal münasibət göstərənlər istisna olmaqla digər, xüsusilə də müxalf siyasi partiyalar və siyasi prtiyalar blokları və təşkilatlar adından namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib.  

Muşahidələr gostərir ki, 1 noyabr 2015-ci  il parlament seckilərinin ilkin mərhələsində bir çox seçki dairələrində DSK-lar siyasi alternativsizlik muhitinin yaradılmasına səy gostərərək, bununla da YAP-ın dəstəklədiyi namizədlərlə muqayisədə digər namizədlərə munasibətdə siyasi ayrı-seckilik numayiş etdiriblər. Araşdırmalar gostərir ki, hazırda ölkə üzrə təxminən 46 secki dairəsində siyasi alternativsizlik muhiti mövcuddur. (2 saylı Əlavə).

Hüquqi çərçivə

Secki Məcəlləsinin 53-cü maddəsinə əsasən  namizəd oz təşəbbüsü və ya aktiv secki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər. Həmin Məcəllənin 54-cü maddəsinə görə namizədin irəli sürulməsini həmçinin siyasi partiya və ya siyasi partiyalar bloku həyata kecirə bilər (Secki Məcəlləsi maddə 54.1). Siyasi partiya həmin partiyanın üzvlәri olmayan şәxslәrin namizәdliyini də irәli sürә bilәr. Namizәdliklәr müvafiq DSK-lara yazılı bildiriş tәqdim etmәklә irәli sürülür. DSK tәqdim edilmiş sәnәdlәri beş günlük müddəәt әrzindә yoxlamalı vә namizәdliyin  təsdiq edilib-edilməməsi barədə qərar verməlidir. Təsdiq edildikdə muvafiq secki dairəsi ərazisi uzrə deputatlığa namizəd kimi qeydə alınmaq ucun  namizədliyi irəli surulmuş hər bir vətəndaşa muvafiq dairə ərazisindən ən azı 450 secici imzası toplanması üçün imza vərəqləri verilməlidir. 

450-dən çox təhvil verilmiş namizədin imzaları və digər sənədləri 7 gün əzrində DSK tərəfindən yoxlanılaraq namizədliyin qeydə alınıb-alınmaması haqqında qərar verilməlidir.

Rəsmi məlumat

Hazırkı parlament seckilərində namizədlərin irəli surulməsi və qeydiyyatı prosesi faktiki olaraq 1 sentyabr 2015-ci il tarixdə start verilib və  9 oktyabr 2015-ci ilədək davam edib. MSK-nın namizədliyin irəli sürülməsi və qeydə alınması barədə məlumatları seçki dairələri üzrə İnformasiya Mərkəzinin www.infocenter.gov.az saytında əvvəlki müsbət təcrübədən fərqli olaraq  yerləşdirməkdən yayınmışdır. MSK  sədri iclaslarda şifahi qaydada ümumi statistik qısa nəticələri ictimaiyyətə açıqlamışdır.  MSK-üzvünün 2 dəfə rəsmi iclasda bu barədə məsələ qaldırmasından sonra təkcə qeydə alınmışlar barəsində məlumat yerləşdirilmiş, digərləri gizlədildiyindən prosesi izləmək mümkün olmamışdır. Ona görə də qeyd olunan rəqəmlərin reallığı əks etdirməsi barədə əminlik yarartmır. MSK-ya görə 1823- müraciət edən namizəddən 1457 –imzalarını toplayıb qaytarmışdır. Onlardan 1240 nəfər qeydə alınmışdır. 

Bu barədə iştirakçı tərəflərin İDİ-yə verdiyi məlumatları və MSK-nın göstərdiyi rəsmi məlumatları daha ətraflı 1 saylə Əlavədən əldə etmək olar.

Namizədlərin irəli surulməsi və qeydiyyatı prosesi uzrə muşahidələr

IDI 1 noyabr 2015-ci il Milli Məclisə seckilərin 1-ci mərhələsi - namizədlərin irəli surulməsi və  qeydiyyatı ilə bağlı pozuntuları ölkənin 87 secki dairəsi üzrə qeydə alaraq, dəqiqləşdirib ( 2 saylı Əlavə). Digər secki dairələrində müşahidə olunmuş pozuntu hallları üzrə araşdırma davam edir.

IDI muşahidə etdiyi pozuntu hallarını aşağıdakı formada qruplaşdırıb:

Namizəd olmaq istəyən şəxslərə munasibətdə bərabərliyin pozulması

Secki Məcəlləsinin 55-ci maddəsində gostərilir ki, namizədliyini irəli surmüş şəxslərə bərabər şərait yaradılmalıdır. Lakin bəzi Dairə Secki Komissiyaları qeyd olunan maddənin tələblərinə əməl etməyərək , namizəd olmaq istəyən şəxslərə qarşı ayrı-seckilik numayiş etdirib. Namizədliyini irəli sürən (iqtidar partiyası və ya hakimiyyətyönlü olmayan) şəxslərdən qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb olunub, sənədlərin qəbulu və imza vərəqələrinin verilməsində müxtəlif problemlər yaradılıb.

Bu cur pozuntular uzrə İDİ-nin muşahidə etdiyi hallara dair numunələr:

- 06.09.2015-də Ümid Partiyasının səlahiyyətli nümayəndə Ənvər Ağazadənin bildirdiyinə görə partiyanın namizədlərinin sənədlərini təqdim etmək istədikləri 67 və 68 saylı 
Cəlilabad seçki dairələri üzrə DSK sədrləri bazar günü olduğu üçün fəalliyyətdə olmadıqlarını bildirmişlər və namizədlərin irəli sürülməsi üçün sənədləri qəbul etməyiblər. 70 saylı Masallı şəhər DSK-da isə sənədlərin qəbulu 3-günə həyata keçirilib.

- 10.09.2015-ci il tarixdə 46 saylı Şirvan DSK Müsavatın namizədi Elman Fəttahın namizədliyinin irəli sürülməsi haqda sənədlərini gün ərzində qəbul etməkdən imtina edib. MSK-nın müdaxiləsindən sonra günün sonunda sənədləri qəbul edərkən qanunvericilikdə nəzərdə tutulmayan (hərbi biletin surəti, tərcümeyi hal, partiya üzvü olması haqda arayış) əlavə sənədlər tələb edib. 

- 05.09.2015–də Ümid Partiyasının namizədi, 125-lər klubunun üzvü Yeganə Hacıyeva bildirmişdir ki, 5 gündür onun sənədləri 26 saylı DSK-nın sədri yerində olmaması bəhanəsilə qəbul olunmur. Sonda sənədlərin qəbulu MSK-nın müdaxiləsi nəticəsində 
09.09.2015-ci il tarixdə mümkün olmuşdur. Namizədin imza vərəqlərini qanunla maksimum 5 gün ərzində almalı olduğu halda yalnız sentyabrın 17-si götürə bilmişdir.

- 11.09.2015-də 125 saylı DSK NİDA-çı namizəd Rahib Hüseynovdan məhkumluğun olub olmaması haqqında arayış istəyib və sənədlərini qəbul etməmək üçün DSK sədrinin dəfələrlə yerində olmaması bildirilib.

- 19.09.2015-də namizəd Elşən Həsənov (AĞ Blok) bildirir ki, 7 gündür sənədləri 27 saylı Sabunçu ikinci DSK-ya təqdim edib, amma imza vərəqələrini ala bilmir. Heç bir səbəb gətirmədən yubadırlar. Bu isə, namizədin imzatoplama kampaniyasına ciddi maneədir.

- 54 saylı Şabran-Siyəzən seçki dairəsində isə DSK sədri Saleh Təhməzov Müsavatın namizədi Nadir Qafarovdan bütün ailə üzvlərinin iş yerləri ilə bağlı sənədlər istəyib. 
AMİP sədri Yusif Bağırzadəyə qarşı 37 saylı Nizami birinici (Gəncə) DSK sədri Faiq Hacıyev 5 gün müddətində ona cavab verməli olduğu halda, imza vərəqələrinin verilməsini 9 gün gecikdirib.

- Azadlıq-2015 siyasi partiyalar blokunun namizədi Şöhrət Məmmədzadə 107 saylı Qazax DSK-dan imza vərəqələrini götürə bilmədiyi haqda MSK-ya şikayət etdikdən sonra vərəqələri ona veriblər.

- 64 saylı Sabirabad ikinci DSK-da namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Əkbər Əliyevdən iş yerindən arayış, partiya biletinin sürəti tələb olunub. Sentyabrın 22-si sənədlərini 64 saylı DSK-na təqdim etsə də MSK-ya rəsmi şikayət edildikdən sonra ona imza vərəqələri yalnız oktyabrın 1-də, imza toplama kampaniyasının bitməsinə 1 gün qalmış təqdim olunub.

Eyni pozuntulara cədvəldə göstərilən DSK-larda da yol verib. Əksər DSK-ları hakim partiyanın və hakimiyyət yönlü namizədlərin sənədlərini qəbul edib imza vəqələrini 1-2 gün ərzində, müxalif və həqiqi müstəqil olan namizədlərin imza vəqələrini isə  bir qayda olaraq sənəd qəbulundan 5 gün sonra təqdim edib.

İnzibati resurslardan sui-istifadə

Secki Məcəlləsinin 55.2-ci maddəsinə qeyd edilir ki, vəzifə movqeyindən və ya xidməti movqedən ustunluk əldə etməklə istifadə olunan hərəkətlər qadağan edilir. Həmcinin Secki Məcəlləsinin 57.1-ci maddəsində gostərilir ki, dovlət orqanlarının, bələdiyyə qrumlarının, mulkiyyət formasından asılı olmayaraq huquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir və həmin şəxslərin 11-1-ci maddəyə görə seçkilərin gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

Bu cur pozuntular uzrə IDI-nin muşahidə etdiyi hallara dair numunələr:

- 55 saylı Xaçmaz şəhər  DSK-dan  AMİP  tərəfindən namizədliyi irəli sürülmüş Məhəmməd Qurbanovun məlumatına görə Xaçmaz rayon İH başçısı Şəmsəddin Xanbabayev YAP tərəfindən adıçəkilən dairədən irəli sürülmüş namizəd Eldəniz Səlimovun imzalarını toplatdırılır və lehinə təbliğat aparır. 

- 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə hazırk deputat və yenidən bitərəf namizəd Jalə Əliyeva və YAP-ın namizədi İsgəndərov Gülağanın imzaları Gəlmə kənd icra nümayəndəliyində şəxsiyyət vəsiqəsi qabaqcadan kənd sakinlərindən yığılaraq yazılıb. 

- 107 saylı Qazax DSK tərəfindən 28.09. 2015-də  Daş Salahlı kənd icra nümayndəsi Asif Yusifova verilən imza vərəqləri sonradan onun göstərişilə məktəb direktoru Kamil Yusifov, Ulduz Mancanovun rəhbərliyi ilə Rayon İcra Hakimiyyətinin namizədi hesab olunan Paşa Mərdalıyevin xeyrinə məktəbdə yerləşən seçki məntəqələrində doldurulub. 

- 24 saylı Nizami birinci seçki dairəsi üzrə YAP-ın namizədi Rövnəq Abdullayev üçün imzalarıı Keşlə qəsəbəsində bələdiyyə sədri Ələmdar Bafadarov toplayıb.

IDI-nin apardığı müşahidələrə görə 2 saylı Əlavədə qeyd olunan seçki dairələri üzrə hakim partiyanın irəli sürdüyü namizədlərin və ya hakimiyyətyönlü namizəd kimi bilinən şəxslərin seçki sənədlərinin hazırlanması, imzalarının yığılması işi yerli icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumlarının işçiləri tərəfindən müəssisələrdə və məktəblərdə həyata keçirilib. 

İmzaların toplanması prosesinə yaradılan manelər

Secki Məcəlləsinin 57-ci maddəsi imza toplama prosesində seciciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna gorə onları hər hansı formada mukafatlandırmaq qadağan edilir. Əksər seçki dairəsində, xüsəsən əyalətlərdə müxalif namizədə imza verməməyə, imza verən seçicilərə 2015-ci il seçkilərinin yeni və total tətbiq olunan üsulu kimi verdiyi imzadan imtina etməsi üçün təzyiqlər edilib.

Bu cur pozuntular uzrə IDI-nin muşahidə etdiyi hallara dair numunələr:

- 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən Müsavatın namizədi Səxavət Soltanlı 13 Sentyabr 2015-də qanunsuzluqla üzləşib. Qobustan rayonu Xilmilli kəndi ərazisində namizədin xeyrinə imza toplayan səlahiyyətli nümayəndə Qədim Soltan yerli icra nümayəndəsi Rasim Novruzov, bələdiyyənin Namiq adlı sədri və bir qrup şəxs tərəfindən saxlanılıb, təzyiq edilərək, naməlum istiqamətə aparılıb. Qədim Soltanın avtomobilini əziblər və ona bir daha Qobustana gəlməyi qadagan etdiyini bildiriblər. Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Mərkəzi Seçki Komissiyasına məlumat verilib. Namizədin bildirdiyinə görə YAP-ın Qobustan rayon təşkilatının sədri Oqtay Gülalıyev namizədə imza verən şəxsləri imzalarından imtina etməyə məcbur edib.

- REAL-ın İdarə Heyətinin üzvü və 24 Saylı Nizami birinci seçki dairəsi üzrə deputatlığa namizədi Xalid Bağırova imza verənlərə İcra Hakimiyyəti tərəfindən təzyiq edilib. Keşlə İcra nümayəndəsi Qara Qarakişiyev tərəfindən imza verənlərə təzyiq edilərəq imtina ərizəsi yazdırılıb. 

- Ümid Partiyasının (125-lər klubunun) 26 saylı Sabunçu seçki dairəsindən namizədi Yeganə Hacıyeva bildirib ki, 20 sentyabr, 2015-ci il saat 14 radələrində seçki qərargahıma naməlum şəxs daxil olaraq, bu qərargahın yerləşdiyi obyektin ona  kirayə verildiyini  və bizim tezliklə buranı tərk etməli olduğumuzu bildirdi  və həmçinin nümayəndələrimə təzyiq göstərdi. Eyni gün, saat 17 radələrində  naməlum şəxs Bakıxanov qəsəbəsi, Sülh küçəsi 50-52 ünvanında imza toplayan anım nümayəndələrimə zor tətbiq edərək və nümayəndəmə xəsarət yetirərək  namizədliyimin təsdiq olunması üçün toplanılan imza vərəqələrinin bir hissəsini onların əllərindən alıb.  

- 55-saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Müsavatın namizədi Söhrab Əmrahova Qobuqıraq kənd icra nümayəndəsi Fərman Babayev qohumları vasitəsilə çatdırıb ki, namizədin oğlu həbs edilə bilər. İmza verənlərə kütləvi təzyiqlər olub. Müxalifət namizədinin xeyrinə imza atanlar işdən azad olunmaları ilə təhdid edilib. İmza vərəqələrinin DSK-ya təhvil verildiyi gün - 22 sentyabrda namizədin idarə etdiyi avtomobil vurulub, DSK-nın qarşısında namizədin qovluğu əlindən alınaraq qaçırılıb. İmza vərəqələri təhvil verildikdən dərhal sonra deputatlığa namizəd Söhrab Əmrahov, Müsavatın rayon təşkilatının sədri Heybət Əmrah, Məclis üzvü Ramazan Əliyev və partiyanın seçki üzrə səlahiyyətli nümayəndəsi Ramiz Mustafayev polisə aparılıb. Göstərişin Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən verldiyi deyilir. 

- 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə Ümidin namizədi Ənvər Ağazadənin imza toplayanlarına və ona imza verənlərə Yardımlı Rayon İcra hakimiyyətinin 1-ci müavini Azər Xanıyev göstərişi ilə yerli icra nümayəndələri təzyiq ediblər.

- 46 saylı seçki dairəsində Elman Fəttahın səlahiyyətli nümayəndəsinin xanımı Yelena Aleksandrovnanı verdiyi imzadan imtinaya məcbur ediblər. Səlahiyyətli nümayəndə Alikram Xurşidova 117 seçicinin imzasından imtina ərizəsini DSK sədri nümayiş etdirib.

- 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Müsavatın  namizədi Namiq Hacılı üçün  imza toplayan İlqar Muradovu 16 sentyabrda polis şöbəsinə çağırıb hədələyiblər. 

- Müsavatın 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Zakir İsmayıl bildirib ki, onu və onun üçün imza toplayan şəxslərin hər addımını izləyirlər. İcra Hakimiyyətindən imza toplayan qardaşı oğlunun atasına, yəni namizədin qardaşına zəng edərək, ona hədə-qorxu gəliblər. Ucar Mənzil Kommunal İdarəsinin rəisi Kənan Kərimov sakinlərə qabaqcadan xəbərdarlıq edib ki, Müsavatçı namizəd üçün imza verməsinlər. 

- 23 Sentyabr 2015-də Müsavatın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Başxanım Abbaslı ciddi təzyiqlərlə üzləşib. Ağstafanın icra başçısı Məhərrrəm Quliyev namizədin rayonu tərk etməsini tələb edib. Ona imza yığan və imza verən şəxslər rayon rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalıb, təqib olunublar.

- 66 saylı Biləsuvar seçki dairəsinin ərazisində Biləsuvar rayonu İcra Hakimiyyətinin Aşağı Cürəli kəndi üzrə icra nümayəndəsi Qalib Bağırov imza verən vətəndaşlara açıq şəkildə təzyiq gösətrib. Bu barədə namizəd Yusif  Mehdi xəbər verib. Həmin kənd üzrə icra nümayəndəsinin müavini İsaq Hüseynov öz şəxsi avtomobili ilə (10 BA 227 dövlət nömrə nişanlı Jiquli 2107) imza toplayanları gün boyu izləmiş, imza verənləri imza verməkdən çəkindirən çağırışlar etmişdir.

İmzaların yoxlanılması prosesi uzrə aşkarlığın pozulması

Secki Məcəlləsinin 59.3-cü maddəsi namizədlərin qeydiyyata alınması ucun imzaların yoxlanılması prosesində namizədlər, onların səlahiyyətli numayəndələri, siyasi partiyaların (siyasi blokların) səlahiyyətli numayəndələrinə iştirak etmək hüququ verib. 

Bunun üçün muvafiq secki komissiyaları yuxarıdakı sozgedən tərəflərə imzaların yoxlanması barədə əvvəlcədən məlumat verməlidirlər. 59.13-cü maddəyə görə hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun tərtib etdiyi protokolun, rəyin və cədvəlin surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış həmin şəxslərə verilir. 

Həmçinin Məcəllənin 58.2.-ci maddəsinə görə 58.1.2 — 58.1.6-cı maddələrdə göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir. Göstərilən tələb məcburi xarakter daşısa da, secki komissiyaları bu şəxslərə bir çox hallarda imzaların yoxlanması zamanı əvvəlcədən məlumat verməyiblər. 

Bu cur pozuntular uzrə IDI-nin muşahidə etdiyi hallara dair numunələr:

- "Azadlıq-2015” siyasi partiyalar blokunin 64 saylı Sabirabad 2-ci dairədən namizədi Qiyas Sadıqovun imzalarının yoxlanması zamanı ona heç bir məlumat verilməmiş, iclasdan öncə də qeyd olunan sənədlərin heç biri verilməmişdir. 02 oktyabr 2015- ci il tarixdə DSK namizədliyin qeydə alınmasından imtina qərarı vermişdir. DSK qərarını namizədə 550 seçici imzası vermiş seçicilərdən 197 nəfəri yazılı ərizə ilə müraciət edərək "aldadılma” nəticəsində imza verdiklərini göstərmişlər və həmin imzaları komissiya etibarsız hesab etdiyinə görə etibarı imzalar namizədin qeydə alınması üçün yetərli olmamışdır.

- REAL-ın 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə namizədi Mübariz Rəhimli də yoxlama prosesi və komissiyanın iclası barəsində heç bir məlumat verilməmiş, qeyd olunan sənədlərin heç biri ilə təmin edilməmişdir. DSK namizədin qeydə alınmaması haqqında 05 oktyabr 2015-ci il tarixli qərar qəbul edib və namizəd bu barədə yalnız, iclasdan sonrakı gün Seçki Məcəlləsinin tələbinə zidd hazırlanan qərarın surətilə tanış olduqda bilmişdir. Lakin qərardan aydın olmur ki, namizədin qeydə alınmasından imtinanın əsasları nədən ibarətdir. 

- 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə Ümid Partiyasının namizədi Salman İmanlı yoxlamada iştirak haqqında rəsmi ərizə və teleqramla qabaqcadan onun müraciəti təmin olunmamış və ona yoxlama barədə iclsdan öncə heç bir sənəd verilməmişdir DSK 05 oktyabr 2015-ci il tarixli imtina qərar vermiş və öz qərarında işçi qrupu tərəfindən yoxlanılan və müəyyən edilən etibarlı imzaların yetərli olmaması və gəlirlərin gizlədilməsinə əsaslanıb.

- 43 saylı Sumqayıt üçüncü seçki dairəsi  üzrə "AZADLIQ-2015” blokunun namizədi KXCP sədri Mirmahmud Fəttayevin qeydə alınmasından 03 oktyabr 2015- ci ildə DSK qərar vermişdir. DSK qərarında xətşünas ekspertin olmadığı halda 150-dən artıq imzanı imzaları seçicilərə məxsüs hesab etməyərək etibarsız hesab etmişdir.  Bu halda da namizədin huquqları pozulmuş və dəfələrlə müraciətinə baxmayara onun yoxlamada iştirakı, zəruri sənədləri alması, iclasda özünü müdafiə etməsi təmin olunmamışdır.

Secki prosesinə kənar mudaxilələr

Secki Məcəlləsinin 115-ci maddəsinə gostərilir ki, secki prosesinin butun mərhələlərində seckilərin nəticələrinə təsir edəcək, həmcinin vətəndaşların secmək və ya secilmək huququna hər hansı kənar mudaxilələr qadağan edilir. 

Bu cur pozuntular uzrə IDI-nin muşahidə etdiyi hallara dair numunələr:

Müsavat Partiyasının 82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədi Rəşid Nəcəflinin namizədliyi qeydə alınmayıb. DSK toplanan 550 imzadan 224-nün etibarsız sayıb.  İcra başçısı Şahin Məmmədovun və onun müavini Rövşən Əhmədovun Muğanlı kəndinə gəldiyini bildirən Rəşid Nəcəfli qeyd edib ki, hakimiyyət onun namizədliyinin qeydə alınmaması üçün bütün qanunsuz tədbirlərə əl atıb. (26 sentyabr 2015.)

70 saylı Masallı Seçki Dairəsindən namizədliyini müstəqil olaraq irəli sürmüş keçmiş siyasi məhbus Fikrət Cəfərli qeydə alınmayıb. Fikrət Cəfərli bildirib ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafiq Hüseynov icra strukturları vasitəsi ilə imza vermiş seçicilərə təzyiqlər edib və ən sonda imza toplayan 2 nəfəri məcbur etdirərək imzalarından imtina etdirməklə topladıqları imzaları etibarsız hesab edilib. Ona imtina ərizısini təzyiq altında verdiyini sonradan notarial təsdiq olunmuş 30 sentyabr 2015-ci il tarixli MSK-ya edilən müraciətində Nurullayev Ağamirzə də göstərib. 

9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə müstəqil namizəd, NİDA VH İdarə Heyəti üzvü Ülvi Həsənli barəsində DSK namizədliyin qeydə alınmasından imtina edilməsi barədə 08 oktyabr 2015-ci il tarixli qərar vermişdir. DSK öz qərarında işçi qrupu tərəfindən yoxlanılan və müəyyən edilən etibarlı imzaların yetərli olmaması və imza verən şəxslər guya aldadıldıqları üçün öz imzalarından imtina etdiyinə görə seçici imzalarının etibarslz hesab edilmiəsi səbəb olmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən rəhbər vəzifəli şəxsləri tərəfindən edilən təzyiq və DSK-nın qanunsuz hərəkətsizliyi  nəticəsində baş tutmuşdur. Ülvi Həsənliyə məlum olmuşdur ki, onun yerinə dairəyə başqa bir nəfəri aparıb namizədlikdən imtina ərizəsi yazıblar, sonradan dairə sədri Həsən Bayranov görüb ki, başqa adamdı, deyib mənə Ülvi Həsənli lazımdı, bu başqa adamdı.

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə "Azadlıq-2015” bloku tərəfindən namizədliyin qeydə alınmasından imtina edilməsi barədə DSK 07 oktyabr 2015-ci il tarixli qərar vermişdir.  Əsas olaraq 96 nəfər seçicinin müraciəti əsasında imzalarının etibarsız hesab edilməsilə cəmi 119 imza etibarsız hesab edilmişdir. Buna dair 9 oktyabr 2015-ci il tarixdə akt tərtib etmiş namizədə imza vermiş seçicilərin müraciətindən aydın olur ki, onlar heç bir imtina ərizəsi yazmayıblar və onların adından təşkil olunmuş hansısa (hətta namizədin bacısı oğlunun) müraciəti DSK qanunsuz olaraq, araşdırma aparmadan əsas kimi götürüb. Hətta imza toplamış Həsənov İlhamın adından da imtina ərizəsi göstərilir ki, guya onu aldadıblar və xəbəri olmayıb ki, namizədə imza verir. Halbu ki, onun özü namizəd üçün 50 imza toplayıb. Araşdırma zamanı məlum olur ki, imtina etmə halı Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YAP-ın nazmizədi Naqif Həmzəyevin göstərişi əsasında edilən təzyiq və DSK-nın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş vermişdir. 

Müşahidələr onu göstərir ki, qeyd olunan məsələlrdə DSK-lara yerli İcra Hakimiyyətlərinin təsiri əhəmiyyətli dərəcədədir. Bunu təsdiq edən əsas göstəricilərdən biri odur ki,  müxalif namizədlərin imza vərəqələrindəki məlumatlar dərhal  icra hakimiyyətinə çatdırılır deyə onlar imza vermiş şəxslərin kimliyini bilərərk ünvanlı şəkildə müdaxiləni həyata keçirə bilirlər. Belə halların Əlavədə göstərilən seçki dairələri üzrə də baş verməsi barədə müxtəlif tərəfləri təmsil edən müxalif və müstəqil namizədlər də təsdiq ediblər.

Secki iştirakcılarına qarşı təzyiqlər

Seçki Məcəlləsinin 11-1 –ci maddəsinə görə dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin seçkilərin gedişinə qanunsuz müdaxilə etmələri qadağandır. Vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, AR Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. IDI ilə əməkdaşlıq edən muşahidəcilərin verdiyi məlumatlara gorə, secki huquqları pozulan bir cox seçicilər çox halda yerli icra strukturları və polisin təzyiqlərindən cəkinərək aidiyyatı üzrə şikayət vermək istəmirlər. 

Bu cur pozuntular uzrə IDI-nin muşahidə etdiyi hallara dair numunələr:

- 52-saylı seçki dairəsindən bitərəf namizəd Yaşar İsrafilova Quba rayon Təhsil şöbəsinin müdiri Loğman Müslümov tərəfindən namizədliyinin geri götürülməsi üçün təzyiq edilib.

- 59 saylı Salyan seçki dairəsi üzrə Müsavatın namizədi Valeh Hümmətoğluya namizədliyini geri götürmək üçün təzyiq edilib. Geri  götürməkdən imtina etdiyi üçün iaşə (çayxana) obyekti İcra başçısının göstərişi (şifahi) ilə baglanıb.

- 43 saylı Sumqayıt seçki dairəsindən AZADLIQ-2015 tərəfindən namizədliyinin irəli sürəcəyini bəyan edən KXCP sədri Mirmahmud Mirəlioğlu deyib ki, sənədləri DSK-ya təqdim olunarkən səlahiyyətli nümayəndəsini oğurlayıblar. (16 Sentyabr 2015)

"Azalıq-2015” seçki blokundan 63 saylı Sabirabad 1-ci seçki dairəsi üzrə namizəd Pənah Hüseynin sənədləri DSK-dan yoxa çıxıb. Mətbuatda məlumat getdikdən və MSK-ya rəsmi şikayət ünvanladıqdan sonra sənədlər tapılıb və bir gün sonra namizədliyi qeydə alınıb. 
Biləsuvar rayonunda İcra başçısı Mahir Quliyev namizədlərə şəxsən özü basqı göstərir. 19.09.2015 tarixində Bakı şəhərində yaşayan Fərqan Əsədov adlı 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa bitərəf namizədin bütün səylərə baxmayaraq namizədliyini geri götürmürdü, atasının sözlərinə görə onu icra hakimiyyətinə çağıraraq qohumlarının işdən çıxarılması metodu ilə ciddi hədə qorxudan sonra namizədliyini geri götürüb.

Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Vaqif Allahverdiyevin tapşırığı ilə icra nümayəndələri Ümid Partiyasının - 81 Saylı Beyləqan şəhər dairəsindən namizədi Anar İsayevə imza vermiş şəxslərə, onların qohumlarına təzyiq edilib. Namizədə imza vermiş şəxslərdən aldadılaraq imza alındığı barədə bəyanat vermələri tələb edilib (22.09.2015)
NİDA-nın 107 saylı Qazax seçki dairəsi üzrə namizədi Nicat Əmiraslanovun namizədliyni geri götürmək üçün orta məktəbdə işləyən anasına təzyiq edilib,  Qırmız Körpü sərhəd məntəqəsində işləyən əmisi və SOCAR da çalışan digər əmisi vasitəsilə namizədə təzyiqlər edilib.
BQP-nin 95 saylı Tərtər seçki dairəsi üzrə bitərəf namizədi Könül Quliyevanın Qaraqoyunlu kənd İcra Nümayəndəsi Nazim adlı şəxs tərəfindən VAZ 2107 markalı 10-857 nömrəli ağ maşınla qarşısı kəsilərək hədələnib.
119 saylı Ağdam kənd seçki dairəsi üzrə VHP-nin namizədi Namiq Əhmədin bildirdiyinə görə 09.09.2015-də Ağdam rayon Polis İdarəsinin rəisi atasını bölməyə dəvət edib. Oğlunun namizədliyini geri götürməsi haqda təhdid edib. 
4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə Ümid Partiyasının namizədi Faiq Əliyev oktyabrın 1-də polis zorakılığı ilə üzləşib. Sədərəkdə qohumunun toyunda olduğu zaman polislər onu zorla polis maşınına mindirərək Naxçıvan Şəhər Polis  şöbəsinə aparıblar. 4-5 saat saxlandıqdan sonra əsasız olaraq Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 450 manat cərimə olunub. 

VII. ŞİKAYƏT VƏ MÜRACİƏTLƏR

Seçki Məcəlləsinin 112-ci maddəsinə görə şikayәt vә müraciәtləri seçicilәr, namizәdlәr, siyasi partiyalar vә bloklar vә onların nümayәndәlәri, müşahidәçilәr vә seçki komissiyaları edә bilәrlәr. Seçki komissiyalarının seçki hüquqlarını pozan hərәkәt vә qәrarlarına daha yüksәk sәviyyәli seçki komissiyasında baxıla bilər. Seçki komissiyalarının şikayәtlәrә dair qәrarları habelә MSK qәrar vә hәrәkәtlәrindәn. Apelyasiya Mәhkәmәsinә şikayәt etmәk olar. Apelyasiyadan isə Ali Məhkəməyə şiakyət etmək mümkündür. Şikayət və ya müraciəti təqdim etmәk üçün vaxt müddəti, pozuntunun baş verdiyi vә ya qәrarın çıxarıldığı gündәn sonra 3 gündür. Seçkilərə 30 gün qalmışadək 3, seçkilərə 30 gün qalmışdan etibarən və seçkilər günundən sonrakı 2-ci gündən etibarən 2, seçki günü və nöbəti gün dərhal baxılır və qәrar çıxarılır.

Seçki Mәcəlləsi seçki ilә bağlı mübahisələrә baxılması üçün müvafiq olaraq MSK-da 9 və DSK-da 3 nəfərdən ibarət ekspert qrupunun yaradılmasını nəzərdə tutur.

1 noyabr 2015-ci il parlament seckilərinin ilkin mərhələsində, yəni namizədlərin irəli surulməsi və qeydiyyatı prosesində dairə secki komissiyalarının hərəkətlərindən və hərəkətsizliklərindən olunan şikayətlərin əksəriyyəti obyektiv surətdə araşdırılmayıb. Qeyd edək ki, MSKnın  rəsmi internet unvanında verilən məlumata gorə, parlament seckilərinin bu mərhələsində MSK-ya 74 şikayət daxil olub. Bu şikayətlərdən 19-u  təmin edilib, 4 şikayət aidiyyatı qaydanın pozulması ilə daxil olduğu ucun DSK- lara gondərilib, 3 şikayətə xitam verilib, 48 şikayətin isə əsassız olması adı ilə təmin edilməyib. Daha ətraflı 3 saylı əlavədən məlumat almaq mümkündür. Təmin edilməyən şikayətlər uzrə hərtərəfli şəkildə araşdırılma aparılmayıb. Ekspert Qrupunun uzvləri tərəfindən şikayətlər araşıdırılarkən daha çox dairə secki komissiyasının qərarına əsaslanmışdır. Araşdırma zamanı MSK da DSK-lar kimi aşkarlıq prinsipini və araşdırmaya dair prosedural prinsipləri pozmuşdur. 
IDI MSK-da və məhkəmələrdə şikayətlərin baxılmasının monitorinqini aparır və növbəti həftə monitorinqin nəticələrini ictimaiyyətə çatdıracaqdır.


VIII. MEDİA MÜHİTİ VƏ TƏŞVİQATA HAZIRLIQ

MEDİA 

Seçkiqabağı mühiti nəzərdən keçirərkən müstəqil medianın üzləşdiyi vəziyyət xüsusilə narahatlıq doğurur. Ölkədə olan TV-lər tamamilə hakim siyasi qüvvənin nəzarəti altındadır. Mövcud TV-lərdən 3 kanalla efirdə olan AZTV və  İTV birbaşa dövlətdən maliyyələşir, yerdə qalan 5 TV kanalı isə hakim elitaya bağlı hesab olunur və serial çəkimlərinə dəstək adı altında müxtəlif dövrlərdə büdcə yardımları alır. Bu TV-lərdə xəbərlər daim təktərəfli və təbliğat xarakterlidir, aktual ictimai-siyasi debatlılıq yoxdur, canlı yayımlarına ictimai müzakirələr aparılmır,  müxalif və ya tənqidi fikir söyləyən müstəqil şəxslərin üzünə qapalıdır. 

Bir-iki çap mediası istisna olmaqla KİV-lərin fəaliyyəti senzuralaşmışdır. 

Müstəqil  media layihəsi olan "Meydan " TV-nin əməkdaşı Şirin Abbasov Sentyabrın 16-da yoxa çıxıb. Onun axtarışları nəticə verməyib. 2 gün sonra məlum olub ki, O  DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsnin əməkdaşları tərəfindən həbs edilib sonradan "polisə müqavimət” bəhanəsi ilə 30 sutka inzibati həbs cəzası veilib. Onun vəkili Elçin Sadıqovla görüşünə icazə verilməyib. Bir gün sonra başqa əməkdaş 22 yaşlı Aytac Əhmədova eyni idarə  tərəfindən saxlanılıb. O bir neçə saat saxlandıqdan sonra azad edilib. Daha sonra üç xanım jurnalist gecə saatlarında Bakı Hava Limanında həbs edilib və qeyd edilən idarəyə aparılıb, dindirilib, növbəti gün sərbəst buraxılıb. Ümumiyyətlə bu saytda yazan və ya məqaləsi çıxan hər kəs istintaqa çağrılaraq dindirilib.

IDI medianın seçkilərdə fəaliyyətini qiymətləndirmək üçün monitorinq aparmış və birinci dövr üçün nəticələri 07 oktyabr 2015-ci il tarixdə açıqlamışdır.

TƏŞVİQAT PROSESİNƏ HAZIRLIQ

Bu ilki seckilərin birinci mərhələsində siyasi partiya və bloklardan xeyli sayda  namizədin qeydiyyata alınmaması nəticəsində hakim partiya olan YAP istisna olmaqla digərləri təşviqat dövründə pulsuz efir vaxtını əldə etmək huququnu itiriblər. Bundan sonra YAP təktərəfli təşviqat aparmayacağını bəyan edərək əldə etdiyi huquqdan imtina edib. Eyni hal 2010-cu il parlament seçkiləri dövründə baş versə də  MSK  qərarı ilə qeydiyyatdan kecmiş hər namizədə İctimai Televiziyada bir dəfə 4 dəqiqəlik pulsuz efir vaxtı verilmişdir. Bu il isə belə bir qərar olmadı və beləliklə ödənişsiz təşviqat olmayacağı məlum oldu.  Qeyd edək ki, Secki  Məcəlləsinin 80.1-ci maddəsinə əsasən ölkə üzrə 125 secki dairəsinin  60-dan coxunda namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiyalar blokları pulsuz efir vaxtı əldə edə bilirlər.  

Lakin  İctimai Televiziya və Radio Yayımları Şirkəti pullu efir vaxtının qiymətini reklam qiymətinin maksimum həddi qədər gostərb. Belə ki, prime-time zamanı bir dəqiqənin qiyməti 3540 manata (ƏDV daxil olmaqla), ən az izlənmə vaxtında isə - saat 11:50-də dəqiqəsi 1416 manat müəyyən edilmişdir.  Ölkədə  minimum əmək haqqı 105 manat, orta əmək haqqı aylıq 397 manat olduğu halda bu qiymət çox yüksəkdir. Beləliklə, İTV-nin müəyyən etdiyi qiymətdən böyük ehtimalla heç bir namizədin istifadəsi mümkün olmayacaq.  

Dövlət televiziya və radiosunun təşviqat prosesində iştirakına Seçki Məcəlləsi məhdudiyyət qoyub. Özəl teleradio şirkətləri isə seçki prosesində namizədlərə pullu vaxt ayırmaqdan imtina ediblər. Beləliklə, 20 gün sonrakı seçkilərin keçirlməsini media tam susqunluqla izləməkdədir .

Lakin, sosial media seçki təşviqatına daha yaxşı hazırlanıb. İstər bəzi online mediada, istərsə də sosial mediada, xüsusilə facebookda təşviqata yer ayrılması diqqət çəkir. 
MSK seckiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 250  yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində  2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılmışdır.

Bununla da seckiqabağı təşviqat prosesinin qarşıduran siyasi tərəflərin acıq, ədalətli və bərabər rəqabət şəraitində keçirilməsi  imkanları əhəmiyyətli dərəcədə itirilib.

VIII. NƏTİCƏLƏR VƏ TÖVSİYYƏLƏR

IDI Parlament seckiləri gedişinin ilkin mərhələsilə bağlı aşağıdakı nəticələrə gəlir:

- Parlament seckiləri öncəsi siyasi muhit, cağırışlara baxmayaraq siyasi və vicdan məhbusu kimi tanınan şəxslərin həbsdən azad edilməsi, habelə soz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, ictimai - siyasi fəaliyyət imkanları ilə bağlı problemlər azad və demokratik qaydada seckilərin kecirilməsi ücün normal şəraiti təmin etməyib.

- Secki Məcəlləsinə son illərdə edilmiş məhdudlaşdırıcı  əlavə və dəyişikliklər ölkədə secki təcrübəsinintəkmilləşdirilməsinə imkanlar yaratmayıb. Əksinə namizədlərin qeydiyyatı üçün yaradılan problemləri daha da dərinləşdirib və 1 noyabr 2015-ci il parlament seckilərində seçki komissiyalarının namizədlərin qeydiyyatından imtinası ilə bağlı qanunsuz qərarlar verməsi imkanlarını artırıb. 

- 1 noyabr 2015-ci il Milli Məclisə seckilər üzrə namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsi yerli icra hakimiyyətlərinin namizəd olmaq istəyən şəxslərə təzyiqləri, seçki komissiyalarının fəaliyyətində aşkarlıq və namizədlərə münasibətdə bərabərlik prinsiplərinin pozulması, namizədə imza vermiş seçicilərin kütləvi olaraq öz imzalarından imtina ərizəsi yazdırılması, habelə kənar mudaxilələr nəticəsində bir çox secki dairələrində alternativsizlik mühitinin yaradılması ilə nəticələnib.

- MSK öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirib. Lakin namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində DSK-ların fəaliyyətindəki pozuntularla bağlı əksər şikayətlərə MSK-nın yanaşması əsaslandırılmış və obeyktiv olmayıb.

- Namizədlərin irəli surulməsi və qeydiyyatı dövründə baş vermiş qanun pozuntuları 1 noyabr 2015-ci il parlament seckilərinin azad, ədalətli və demokratik keçiriləcəyini şübhə altına alıb.

IDI Parlament seckiləri gedişinin ilkin mərhələsində gəlinən nəticələrə əsasən aşağıdakıları təklif edir: 

- Yerli və beynəlxalq təşkilatlarının cağırışlarına diqqət yetirilməli ölkədə qarşılıqlı etimad mühitinin yaradılması üçün siyasi və vicdan məhbusu kimi tanınan şəxslər həbsdən azad edilməlidir;

- MSK tərəfindən qəbul olunmuş normativ xarakterli aktların Seçki Məcəlləsilə uyğunsuzluqları aradan qaldırılmalı, Məcəllənin tələbləri və beynəlxalq qurumların müvafiq tövsiyələri yerinə yetirilməlidir.

- Parlament seçkiləri ərəfəsində namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı qeydə alınmış qanun pozuntularının araşdıırlması istiqamətində muvafiq tədbirlər görülməli, ədalətli, obyektiv və əsaslandırılmış araşdırmalar aparılmalıdır. 

- Seçki huququnu pozan butun şəxslər, xüsusən də bü işlərdə iştirak etmiş dövlət və bələdiyyə orqanlarının vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır.
Parlament seckilərinin növbəti mərhələlərində - seckiqabağı təbliğat və secki günü seçki subyektlərinə sərbəst və azad  secki mühiti yaradılmalı, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı təmin olunmalı, seckiqabağı ictimai muzakirələr üçün şərait yaradılmalı, habelə seçki prosesinə kənar mudaxilələrin qarşısı alınmalıdır.

IDI İdarə Heyəti
Bakı şəhəri, 16 oktyabr 2015-ci il"