Çəkilişlərə icazə alınmalıdırmı? - Akif Qurbanovdan MSK sədrinə cavab - SƏS YAZISI

16-11-2015 16:12
Çəkilişlərə icazə alınmalıdırmı? - Akif Qurbanovdan MSK sədrinə cavab - SƏS YAZISI
Ötən gün Mərkəzi Seçki Komissiyasında (MSK) 42 saylı Sumqayıt ikinci və 22 saylı Nəsimi ikinci seçki dairələtindən namizədliyini irəli sürmüş Hafiz Babalı və Rəşid Mansurovun şikayəti üzrə keçirilmiş iclasda MSK sədri Məzahir Pənahov məntəqələrdə video və foto çəkilişlərlə bağlı məsələyə toxunub. 

MSK sədri bildirib ki, çəkilişlər ancaq məntəqələrdə iştirak etmiş şəxslərin icazəsi ilə aparıla bilər. 

MSK üzvü Akif Qurbanov isə sözügedən məsələ ilə bağlı çıxış edərək M.Pənahovun fikirlərinə etiraz edib. O, MSK sədrinin söylədiklərini qanunazidd hesab edib.

A.Qurbanovun çıxışını təqdim edirik: