Əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı qanunvericiliyin analizi və praktik vəziyyətə dair araşdırma sənədi

12-08-2019 15:53
Əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı qanunvericiliyin analizi və praktik vəziyyətə dair araşdırma sənədi
Əlilliyi olan şəxslər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar risk qrupuna daxildirlər. 

Bu qrup insanların digərlərinə nisbətdə problemləri daha çoxdur. 

Onların tibbi müalicəsi, gündəlik dolanışı, təhsil alması, istirahət etməsi, işləməsi, sosiallaşması və s. ayrı-ayrılıqda problemdir. Bütün bu problemlərlə tək başa çıxmaq əlilliyi olan şəxslərin əksəriyyəti üçün mümkünsüzdü. 

Bu problemlərlə yanaşı, cəmiyyətin əlilliyi olan insanı bir şəxsiyyət kimi qəbul etməsində də çətinliklər var. Bir halda ki biri əlilliyi olan şəxsi gördükdə qulağını çəkir, övladının onunla söhbətinə belə icazə vermir, onu "kar”, "kor”, "lal”, "dəli”, "anormal”, "şikəst” adlandırır, bu qrupa daxil olan insanların rahat mühitdə yaşaması imkansızlaşır. 

Demokratik Təşəbbüslər İnstitutunun araşdırma qrupu əlilliyi olan şəxslərin problemlərini ön plana çıxarmaq üçün bu sahədə qəbul olunan qanunvericilik bazasını, onun praktikada tətbiqini, digər ölkələrdə sosial müdafiə sistemini incələyib və bunun əsasında araşdırma sənədi hazırlayıb.
 
Araşdırma əlilliyi olan şəxslərin məşğulluğu, bu sahədə boşluqlar üzərində xüsusiləşib. 

Hazırlanmış sənəd onlayn araşdırmadan, informasiya sorğusundan istifadə edilib, ekspertlərdən rəylər alınıb. 

Sənəddə üzə çıxan çatışmazlıqlar və problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülüb.