IDI daşınmaz əmlakın qeydiyyatı ilə bağlı araşdırma sənədi yaydı

18-04-2018 12:39
IDI daşınmaz əmlakın qeydiyyatı ilə bağlı araşdırma sənədi yaydı
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupu daşınmaz əmlakın qeydiyyatı problemləri ilə bağlı sənəd hazırlayıb.

Sənəddə bu sahədə mövcud olan köklü problemlərə toxunulur, qanunvericilikdəki boşluqlardan bəhs edilir və problemlərin necə həll edilməsilə bağlı tövsiyələr verilir. 
 
Bu, sayca IDI-nin araşdırma qrupunun 3-cü sənədidir və araşdırmalar davam edir. 
 
Bildiyimiz kimi, Demokratik Təşəbbüslər İnstitutu mütəmadi olaraq gənclərin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir. 

Belə ki, gənclər yeni bacarıq və vərdişləri əldə etmək üçün bəzi dəyərli ekspertlərin yaxından köməyi ilə fərdi araşdırmalar aparır, eyni zamanda bu araşdırmaları sənəd halına salırlar. 

Təqdim edilən sənəd - "Daşınmaz əmlakın qeydiyyatı problemləri ilə bağlı araşdırma" da bu baxımdan əhəmiyyətlidir və bu sahədə mövcud durumu əhatə edir. 

Sənədin tam mətnini bu linkdən əldə edə bilərsiniz: IDI-AS-18042018