İDİ-dən seçki pozuntuları ilə bağlı ilkin MƏLUMAT

02-11-2015 14:57
İDİ-dən seçki pozuntuları ilə bağlı ilkin MƏLUMAT
Demokratik Təşəbbüslər İnstitutuna (İDİ) daxil olan informasiyalara görə müşahidəçilər tərəfindən aşağıdakı hüquq pozuntuları qeydə alınıb. 

(Saat 8:00-dan 10:00-adək)

18 saylı Nərimanov-Nizami seçki dairənin 5 saylı məntəqəsində 20-dən çox karusel əməliyyatı qeydə alınıb. 

33 saylı Xətai Birinci Seçki dairəsinin 20 saylı məntəqəsinin sədri deputatlığa namizəd Ruslan İzzətlinin müşahidəçisini məntəqəyə buraxmayıb. Probelmlə bağlı DSK-ya müraciət olunub, ancaq heç bir tədbir görülməyib.

71 Saylı Masallı kənd Seçki Darəsinin 18 saylı məntəqəsində bülletenlərin sol küncü qabaqcadan kəsilib. Məntəqə sədri müşahidəçilərin telefonla çəkiliş aparmasına və yazmasına mane olub.

23 saylı Nəsimi-Səbail Seçki dairəsinin 17 saylı məntəqəsində Azər Qasımlının  məşvərətçi və vəkilini polis idarəsinə aparıblar. 
33 saylı Xətai Birinci Seçki Dairəsinin  24 və 25 saylı məntəqələrində topa bülletenlər kəsilib, 8 saylı məntəqədə karusel əməliyyatı qeydə alınıb. 
15 saylı Binəqədi Birinci Seçki Dairəsinin 9 saylı seçki məntəqəsində də karusel əməliyyatı müşahidə olunub və müşahidəçilərə təzyiq edilib. 
‬12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 23 və 30 saylı məntəqəsində karusel əməliyyatı qeydə alınıb. 

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində məntəqə sədrinin seçki qutusuna topa büllüten atdığı müşahidə olunub və baş verən olay kameralarda görüntülənib.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 17 saylı məntəqəsində müşahidəçiyə seçkini müşahidə etməyə imkan verilməyib, 15 və 17 saylı məntəqələrdə karusel əməliyyatı qeydə alınıb. 

21 saylı Nəsimi Birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsində müşahidəçilər 07:00-da məntəqəyə buraxılmalı olduğu halda 07:30-da buraxılıb. 8 saylı məntəqədə 1 nəfər 2 dəfə səs verib, 1 kabinəyə 2 nəfər daxil olub. 17 saylı məntəqdə seçicilərin şəxsiyyət vəsiqələrini müşahidəyə imkan verməyiblər(08:30).

9 saylı məntəqədə saat 08:30 olmasına baxmayaraq 60 nəfər artıq "səs verib".

3 saylı məntəqədə məntəqəyə daxil olan seçicilərin vəsiqələrinə və barmaq izlərinə baxılmayıb (saat 08:35).

27 saylı məntəqədə müşahidə etməyə şərait yaratmırlar, seçiciləri təşkil olunmuş halda kütlə şəklində gətirirlər və digər müşahidəçilərə mane olurlar. 
7 saylı məntəqədə Tural Abbaslının müşahidəçisi Rüfət Əliyev barəsində saxta akt tərtib edilib və onu məntəqədən uzaqlaşdırmaq istəyiblər.

6 saylı məntəqədə Tural Abbaslının müşahidəçilərinə təzyiq edilib və 3 saylı məntəqədə müşahidəçisi Maqsud Maqsudlu haqqında qanunsuz akt tərtib  edilib, müşahidəçilikdən kənarlaşdırılıb. 

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 33 saylı məntəqəsində saat 11:00-dək cəmi 17 nəfər səs verib, 2 saylı məntəqəsinə jurnalistlər buraxılmayıblar. 

24 saylı Nizami Birinci Seçki Dairəsinin 10 saylı məntəqəsində (229 saylı məktəb) qutuya topa bülletenlər atılıb.

42 saylı Sumqayıt İkinci Seçki Dairəsində "karusel"də fırlanan xanımların fotosu yayılıb.  ‪

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində demək olar ki, məntəqə sədri karusel üsulu ilə qutunu bülletenlə doldurub. 

15 saylı Binəqədi birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində bir saat ərzində iki karusel əməliyyatı qeydə alınıb. 

Qeyd edək edək ki, pozuntulara dair bütün foto və video faktlar sosial şəbəkələrdə vahid hashtag altında - ‪#‎monitoring15‬, ‪#‎voteaz15‬, ‪#‎sechki15‬ paylaşılır. Eyni zamanda bu məlumatlar İDİ-nın "Facebook” (Facebook: https://www.facebook.com/AKIFIDI/?pnref=lhc ) səhifəsində də paralel olaraq yayılır.