IDI-dən seçkidə iştirak edən tərəflərə müraciət

29-10-2015 10:11
IDI-dən seçkidə iştirak edən tərəflərə müraciət
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinə töhvə vermək üçün seçkidə iştirak edən tərəflərə - seçicilər, seçki komissiyaları, siyasi partiyalar, siyasi partiyalar blokları, namizədlər, səlahiyyətli nümayəndələr və müşahidəçilərə əməkdaşlıqla bağlı müraciət edir. 

IDI ümid edir ki, seçkidə iştirak edən tərəflər seçkilərin demokratik, azad və ədalətli keçirilməsi üçün təşkilatla birgə əməkdaşlıq edərək yaranacaq problemlərin, çətinliklərin həllinə səy göstərəcəklər. 

Təşkilat bildirir ki, tərəflər qanunsuzluqlar və seçki hüquqlarının pozuntuları halları ilə üzləşdikləri zaman mütəxəssislər onlara hüquqi yardım göstərəcək, eyni zamanda maarifləndirici tövsiyələr verəcək. 

Bundan əlavə, IDI seçkidə iştirak edən tərəflərin üzləşdiyi problemləri qeydə alaraq, baş verən pozuntularla bağlı hesabat hazırlayacaq və nəticə etibarilə seçki prosesinin gedişi haqqında ictimaiyyəti məlumatlandıracaq. 

Təşkilat hesab edir ki, seçkidə iştirak edən tərəflərin ictimai təşkilatlarla əməkdaşlıq etməsi seçkiöncəsi mühitin və həmçinin seçki prosesinin gedişi zamanı baş verənlərin düzgün dəyərləndirilməsinə böyük töhvə verəcək. 

IDI seçkidə iştirak edən tərəflərdən aşağıdakı əlaqə vasitələrindən istifadə etməyi xahiş edir:

Telefon: (+994) 55 234 76 76;    (+994) 50 305 50 36
Məlumat göndərmək üçün - E-mail: [email protected] 
Huquqi yardım üçün – E-mail: [email protected]
 
Təşkilatın "Facebook" səhifəsinə bu linkdən daxil ola bilərsiniz: