İDİ-dən seçkilərlə bağlı yeni təşəbbüs

29-10-2015 10:18
İDİ-dən seçkilərlə bağlı yeni təşəbbüs
Demokratik Təşəbbüslər İnstitutu (İDİ) seçkilərlə bağlı yeni təşəbbüslə çıxış edib. 

Arqument.Az-a daxil olan məlumata görə, İDİ 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab vermədi istiqamətində araşdırma aparmışdır. 

Təşkilat araşdırmanın ilkin nəticələrini seçki prosesinin tərəfləri olan siyasi partiyalar, vətəndaş cəmiyyətinin təmsilçiləri və beynəlxalq təşkilatların nümayəndələri ilə yaxın günlərdə müzakirə etməyi planlaşdırır. 

Bununla da İDİ tərəflərin rəy və təkliflərini nəzərə alaraq,  mümkün şərtlər çərçivəsində araşdırmanın nəticələrini təqdim etməklə, geniş ictimaiyyətin birgə müzakirəsini təşkil etmək niyyətini ifadə edir.
 
İDİ bununla bağlı seçki prosesinin bütün tərəflərinə rəsmi müraciət göndərəcək. 

Bu istiqamətdə keçiriləcək görüşlər və müzakirə ediləcək məsələlərlə bağlı mediada müntəzəm məlumat veriləcək.