IDI-nin növbədənkənar parlament seçkiləriləri ilə bağlı qiymətləndirmə sənədi
25-12-2019 15:39

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərilərinin hansı əsaslarla elan olunması, seçkiöncəsi mühit, seçkilərə hazırlıq prosesi, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarları, həmçinin yerli və beynəlxalq qurumların azad və ədalətli seçkilərin keçirilməsi üçün təklif və tövsiyələrinin icra vəziyyətinə dair qiymətləndirmə aparıb.
IDI hesab edir ki, parlamentin buraxılması ilə bağlı qərar nə mövcud Konstitusiyanın tələbləri çərçivəsində verilib, nə də bu qərar verilərkən (demokratik təcrübənin tətbiqi baxımdan) beynəlxalq qurumların çağırışları nəzərə alınıb.
Sənəddə qeyd olunur ki, 2020-ci ilin fevral ayının 9-na təyin olunan növbədənkənar parlament seçkiləri də hakim partiyanın inzibati resursları mütləq istifadə etdiyi, real siyasi qüvvələr (iqtidar-müxalifət) arasında siyasi dialoqun yoxluğunun diktə etdiyi, əlverişsiz siyasi mühitdә baş verir.
IDI-nin yaydığı sənədin tam mətnini buradan əldə edə bilərsiniz: