IDI növbədənkənar parlament seçkiləri ilə bağlı II Aralıq Hesabat yaydı

08-02-2020 17:18
IDI növbədənkənar parlament seçkiləri ilə bağlı II Aralıq Hesabat yaydı
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı II Aralıq Hesabat yayıb. 

Hesabatda deyilir ki, IDI seçkiöncəsi mühit, seçkilərə hazırlıq prosesi, namizədlərin qeydiyyatı prosesinin davamı, seçki administrasiyasının fəaliyyəti, seçkiqabağı təşviqat, təşviqat dövründə rast gəlinən pozuntular, şikayət və müraciətlərə baxılması vəziyyətinə dair monitorinqlər aparıb. 

Seckiqabağı təşviqat prosesində siyasi azadlıqların, xüsusilə ilə söz və mətbuat azadlığı və sərbəst toplaşmaq azadlığının təmin olunması yönündə irəliləyişlər baş verməyib, siyasi məhbus heasb edilən şəxslər azad edilməyib. 

Seçici siyahılarının yenilənməsi yanvarın 15-də 125 seçki dairəsi üzrə 5,238,000 nəfərlə başa çatıb. Siyahıya əlavə 25,098 seçici daxil edilib. MSK-nın sayı ilə Dovlət Statistika Komitəsinin acıqladığı rəqəm yenə də kəskin surətdə fərqlənir.

IDI-nin apardığı müşahidələrə görə bəzi seçki dirələrinin ərazisində yerləşən seçki məntəqələrində seçici siyahıları vurulmayıb və ya elə yerdə yerləşdirilib ki, görmək mümkün deyil. Müşahidəçilər seçici siyahısı haqda məlumat ala bilmirlər.

313 namizәd qeydiyyatdan sonra çox qısa vaxt ərzində namizədliyini geri götürüb. 

Müşahidələr onu göstərir ki, namizədliklərin kütləvi surətdə və dərhal geri götürülməsi bu prosesin göstərişlə həyata keçirilməsi şübhəsi yaradır. 

IDI-nin apardığı monitorinq nəticəsində seçkilərdə iştiraka davam edən namizədlərin sayının 1305 nəfər olduğu müəyyən olunub.

IDI-nin muşahidələri gostərir ki, secki muddətinin azaldılması qanunun imkan verdiyi vasitələrdən yararlanmaqla seckiqabağı təşviqat aparmağa ciddi manelər yaradıb. Təşviqat üçün əlverişli şərait yaradılmaması seçki kampaniyası dövrünün sönük keçməsinə səbəb olub. 

Müxalifətin əhəmiyyətli bir hissəsi olan Milli Şura seçkilərdə iştirak etmədiyindən bu dövr ərzində hər hansı kütləvi tədbir keçirməyib. Digər aparıcı müxalif qurumlar olan Musavat Partiyası, Real Partiyası və müstəqil namizədlərin fəaliyyəti isə daha çox seçki dairələrinə fokuslanıb, ölkə miqyaslı hər hansı kütləvi tədbirlər keçirməyiblər. Nəticə etibarilə seckiqabağı təşviqat prosesinin qarşıduran siyasi tərəflərin acıq, ədalətli və bərabər rəqabət şəraitində keçirilməsi imkanları itirilib.

IDI ilə əməkdaşlıq edən muşahidəçilər ölkənin 78 seçki dairəsi üzrə uzunmuddətli muşahidə zamanı seckiqabağı təşviqat kampaniyasının gedişində müxtəlif pozuntu hallarını qeydə alıblar. 

40 seçki dairəsi üzrə müxalif və ya müstəqil namizədin hər hansı seçki kampaniyası apardığı müşahidə olunmayıb. Faktiki olaraq həmin seçki dairələrində siyasi alternativsizlik  vəziyyətidir.

Parlament seckilərinin bu mərhələsində 27 namizəd, 4 vətəndaş və 1 səlahiyyətli nümayəndədən MSK-ya 23 şikayət daxil olub. Bu şikayətlərdən 4-ü təmin edilib, 2 şikayət qismən təmin edilib, 17 şikayət əsassız olması adı ilə təmin edilməyib.

Bu dövr ərzində verilmiş 25 seçki şikayətinin (14 iddia ərizəsi, 11 kassasiya şikayəti olmaqla) 24-ü məhkəmələr tərəfindən təmin edilməyib, 1 seçki şikayəti mümkün sayılmayıb.
 
Hesabatın tam mətni aşağıda dərc olunub: