IDI Parlament seçkiləri ilə bağlı media monitorinqini açıqladı

30-10-2015 15:53
IDI Parlament seçkiləri ilə bağlı media monitorinqini açıqladı


 

 

 DEMOKRATİK TƏŞƏBBÜSLƏR İNSTİTUTU (IDI)

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

PARLAMENT SEÇKİLƏRİ

 

1 noyabr, 2015-ci il

 

MEDİA  MONİTORİNQİNİN

ikinci dövr üçün

N Ə T İ C Ə L Ə R İ

Bakı şəhəri                                                                                     30 oktyabr 2015-ci il

Ünvan: Azərbaycan, Bakı, AZ 1026, Nobel pr-ti 84/9

Tel:(+994 55) 234 76 76;

E-mail:d[email protected]

Facebook page: https://www.facebook.com/AKIFIDI?pnref=lhc

KÜTLƏVI INFORMASIYA VASITƏLƏRININ TƏŞVİQAT DÖVRÜNDƏ MONITORINQI

 

Oktyabr 2015

Televiziyaların Monitorinqinin nəticələri

  1

 

TV

 

2

Ümumi miqdar

(19:00-23:00) 480:00:00

3

 

Bilgi-maarifləndirici

Vaxt-saniyə

4

 

Xəbər- təşviqat

5

iqtidar və onu dəstəkləyən tərəfin lehinə

Vaxt-saniyə

6

iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə Vaxt-saniyə

 

7

 

Balanslı informasiya

8

müxalifət  və onu dəstəkləyən tərəfin lehinə

Vaxt-saniyə

9

müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə

Vaxt-saniyə

İTV

8-10

 

00:07;48 (552)

00:05.54 (354)

 

00.00.36 (36)

 

 

 

00:01:18

(78)

11-20

05:57:30

(21450)

01:31:29 (5489)

 

04:26:01 (15961)

 

 

 

 

21-28

08:08:15 (29295)

1:22:37 (4957)

 

06:45:38 (24338)

 

 

 

 

Itv-ay

14:10:53

(51213)

02:57:12 (10800)

 

11:12:15 (40335)

 

 

 

00:01:18 (78)

ANS

8-10

00:05:23 (323)

00:04:34 (274)

 

00:00:49 (49)

 

 

 

 

11-20

00:19:26 (1166)

00:16:01 (961)

 

00:03.25 (205)

 

 

 

 

21-28

00:20:36 (1274)

00:08:50 (530)

 

00:9.23 (488)

 

 

1:39 (99)

0:44 (44)

Ans-ay

00:45:25

(2725)

00:29:25 (1765)

 

00:13:37 (817)

 

 

1:39 (99)

0:44 (44)

ATV

8-10

00:03:47 (227)

00:02.10 (130)

 

00:01:37 (97)

 

 

 

 

11-20

00:57:07 (3427)

00:31:56 (1916)

 

00:19:55 (1195)

 

 

 

00:05:16

(316)

21-28

01:21:26 (4886)

00: 14:18 (858)

 

1:07:08 (4028)

 

 

 

 

Atv-ay

02:14:35

(8075)

00:45:38 (2738)

 

01:23:41 (5021)

 

 

 

00:05:16

 (316)

AzTV-

8-10

00.13.07  (787)

00:03.47 (227)

 

00.09.20 (560)

 

 

 

 

11-20

09:12:25 (33145)

00:43:35 (2615)

 

08:28:50 (30530)

 

 

 

 

21-28

04:18:10 (15490)

01:03:34 (3814)

 

03:14:25 (11665)

 

 

 

 

Azt-ay

12:41:58 (49428)

01:47:32 (6666)

 

10:54:29 (42762)

 

 

 

 

Cəmi

30:57:21 (111441)

06:06:09 (21969)

 

24:42:15 (88935)

 

 

1:39 (99)

00:07:18 (438)

Cəmi %

100%- 12.29%

19.71%

0%

79.80%

0.%

0%

0,09%

0.40%

 

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Cədvəldə Oktyabr ayı üçün  Monitorinqin nəticələri verilib.Monitorinq 8 oktyabrdan, yəni təşviqatın başlaması günündən 28-dək olan günləri, cəmi 21 günü əhatə edib və zaman dilimləri ayrılaraq hər televiziya üçün ayrıca göstərilib.

 Təşviqat dövründə dövlət televiziyası Az TV rəsmi olaraq təşviqat apara bilməzdi. İctimai Teleradio isə həm pulsuz, həm də pullu efir vaxtı vermə hüququna və vəzifəsinə malik idi. Lakin 2010-cu ildə hər namizədə verilən 4 dəqiqəlik efir vaxtına hüquqi baxımdan heç bir dəyişiklik olmasa da, bu dəfə imkan verilmədi. Beləliklə, İTV-də Az TV kimi ödənişsiz efir vaxtı verməkdən imtina edən tərəf oldu. Bu qərar TV-nin olmadı. MSK bu istiqamətdə keçən seçkidə qərar vermişdi. Lakin, bu il belə bir qərar qəbul etmədi. Seçki Məcəlləsinin 77-ci maddəsinə əsasən sadəcə 60 dairədə namizədi qeydiyyata alınmış partiya olan YAP-ın ödənişsiz efir vaxtından istifadə etmə hüququ yaranırdı. Onlar isə bu üstünlüklərindən könüllü imtina etdilər. Beləliklə, cəmiyyət, seçicilər ölkə üzrə ən geniş informasiya mənbəyi olan TV-lərdən seçki prosesini, namizədlərin kimliyini, platformalar haqqında məlumatları eşitmək və görməkdən məhrum edildilər. Ödənişli efir vaxtının verilməsi də özəl televiziyalar tərəfindən rədd edildi. Onlar da seçki prosesində təşviqat platforması kimi iştirakdan imtina etdilər. Sadəcə İTV ödənişli efir vaxtının veriləcəyini elan etdi. Onun prime-time`da təklif etdiyi qiymət bir dəqiqə üçün 3540 manat təşkil etdi. Beləliklə, deputat olmaq istəyən namizəd 5 dəqiqəlik efir vaxtı üçün seçiləcəyi halda bir illik əməkhaqqını öncədən ödəməli idi. Ümumiyyətlə, bir dəqiqənin qiyməti ölkədə minimum aylıq əmək haqqının dəyərindən 34 dəfə yüksək müəyyən edilmişdir. Bu səbəblə də bütün təşviqat dönəmində heç bir namizəd bu imkandan istifadə etmədi. Beləliklə, televiziya rəhbərliyi yüksək qiymət müəyyən edilməsinin başlıca səbəbi olan heç bir namizədin efirdən istifadə etməməmsi hədəfinə çatmış oldu. Namizədlər bütün təşviqat dönəmində nə monitorinq aparılan  televiziyalarda, nə digər televiziya və radiolarda seçki təşviqatı apara bilmədilər.

Monitorinq qeyd edildiyi kimi, axşam saat 19:00-23:00 arasında olduğundan, 21 gün ərzində cəmi bu vaxtın miqrarı 252 saat edir. (907200 saniyə). Bu zaman kəsiyində monitorinq edilən verilişlərdə və proqramlarda mahiyyəti üzrə qiymətləndirməyə alınan müddət cəmi 30 saat 57 dəqiqə 21 saniyə (111441 saniyə) olmuşdur. Bu isə ümumi vaxtın 11%-dən çox edir.

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Bütün televiziyalarda 252 saatlıq  müddətdə   cəmi 30 saat, 57 dəqiqə, 21 saniyə seçki prosesi ilə əlaqələndirilən yaxud seçkilərdə seçicilərə təsir etmək qabiliyyəti olan ictimai-siyasi informasiyalara yer verilmişdir. Bu bütün prime-time vaxtının 11 %-ini əhatə edir.

Cəmi 30 saat, 57 dəqiqə, 21 saniyə informasiyanın, 06:06:09-u (21969-saniyə) təşviqat dönəmində 4 televiziyanın  maarifləndirici xarakterli məlumatları olmuşdur. Bu ümumi məlumatların 19,71%-ni təşkil edir ki, bu da keçən aydakına nisbətdə, iki dəfədən çox artıb.   

30 saat, 57 dəqiqə, 21 saniyə informasiyanın böyük əksəriyyəti, 24 saat 42 dəqiqə, 15 saniyəsi (88935-saniyə)iqtidar və onu dəstəkləyən tərəfin lehinə gedən informasiyaları əhatə etmişdir. Bu isə bütün informasiyanın təxninən 79,80 %-i əhatə edir.

252 saatlıq prime-time vaxtında sadəcə 99 saniyə (0,1%) informasiya müxalifətin lehinə sayılacaq informasiya olmuşdur. Bu isə Musavat Partiyasının seçkilərdən çəkilməsinə dair partiya divanının qərarı haqqında ANS TV-nin məlumatı olmuşdur. Ümumi məlumatların 7 dəqiqə 18 saniyəsi (438-saniyə) müxalifət və onun dəstəkləyənlərin əleyhinə olmuşdur. Bu isə cəmi 0,4% təşkil edir.

252 saatlıq zaman kəsiyində iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə sayıla biləcək məlumat olmamış, balanslı, tərəflərin fikirlərinə yer verən  informasiya və ya veriliş də heç bir televiziya kanalında müşahidə edilməmişdir. Bu dövr rəsmi təşviqat dönəmi olmasına baxmayaraq, monitorinq edilən heç bir televiziyada birbaşa ödənişli təşviqat matrealına rast gəlinməmiş, lakin iqtidar və onu dəstəkləyən tərəflərin  lehinə ödənişsiz gen-bol informasiyalar verilmişdir.

İnformasiyaların Televiziyalar arasında paylaşımı

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] -->    Ümumi informasiyaların içərisində  sentyabr ayından fərqli olaraq ən böyük pay Az TV-yə deyil, İTV-yə düşür. Monitorinqdə qiymətləndirilən informasiyaların 46%-i İ TV –nin payına düşür.

 Bu onu göstərir ki, İTV dövlət televiziyasını siyasi təbliğat prosesində keçməyə nail olub.

2-ci yer AzTV-nin payına düşür. Az TV 44% -lik payla İTV-dən sonrakı yeri tutur.

İki özəl telekanalın payı cəmi 10 %-dir. Bu 10%-lik hissənin 7%-i ATV-nin, 3%- isə  ANS-in payına düşür. ANS öz payını dəyişdirməsə də, ATV-də keçən aya nisbətdə 3%-lik artım var.

 

İnformasiyaların siyasi tərəflərə görə paylaşımı

İnformasiyaların siyasi tərəflərə görə qiymətləndirilməsinə gəldikdə, marifləndirici xarakteri olmayıb, konkret tərəflərin lehinə olan informasiyaların çəkisi əzici çoxluqda olmuşdur. Ümumilikdə 24 saat 50 dəqiqəlik informasiyanın heç bir saniyəsi iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə olmamışdır. Müfalifətin əleyhinə olan informasiyaların çəkisi də çox cüzidir və əslində görünən siyasi təbliğatda müxalifətin olmaması fikrini oturtmaq məqsədi ilə mümkün olduğu qədər əleyhinə informasiyalar da verilməmişdir. 21 gün ərzində müxalifət əleyhinə verilən məlumatın <!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> miqdarı1% olmuş, bu isə cəmi 7 dəqiqə 18 saniyəlik bir vaxtı əhatə edir. Müxalifət və ya onu dəstəkləyən tərəfin lehinə verilən məlumat, 28 oktyabrda ANS TV-də 99 saniyəlik Musavatın seçkidən çəkilməsi xəbəri olmuşdur. Bu isə əslində bilgiləndirici məlumat kateqoriyasındadır. Siyasi mahiyyətdə qiymətləndirilən informasiyaların 24 saat 42 dəqiqə 15 saniyəlik hissəsi (88935-saniyə) iqtidar və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalar olmuşdur. Bu siyasi tərəfli məlumatların 99%-ni təşkil edir. Müxalifətin əleyhinə olan 1%-də bura əlavə etdikdə tabloda 100% tamamlanır.   Bütün informasiyalar iqtidar və onun siyasətinin uğurunu dəstəkləyən siyasi tərəfin lehinə efirə getmiş, cəmiyyətə alternativ fikirlər təqdim edilməməşdir.    

Telekanallardakı vəziyyət

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> ANS TV

Özəl kanallardan ANS televiziyasının bir ay ərzində prime-time zamanı cəmi 45 dəqiqə 25 saniyəlik informasiyası monitorinq altına düşmüşdür. Bu keçən ay qeydə alınan 1 saat 8 dəqiqə 29 saniyəlik informasiyadan daha az olmuşdur.

Bu məlumatlardan 29 dəqiqə 25 saniyə, yəni 59-%-i maarifləndirici informasiyadır. Müqayisə üçün deyək ki, keçən ay bu rəqəm 15 % olmuşdur.  Qalan 38% informasiya, yəni 13 dəqiqə 37 saniyə informasiya iqtidar və onu dəstəkləyən tərəfinə lehinə olan informasiya kimi qiymətləndirilmişdir. 2 %-lik informasiya müxalifətin lehinə olan, onun mövqeyini əks etdirən məlumat olmuşdur. Bu cəmi 1 dəqiqə 39 saniyədir. 1% məlumat isə müxalifət və onu dəstəklətyən tərəfin əleyhinə qeydə alınmışdır.

 

 

 

 

 

 

 

ATV

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] -->  ATV kanalında bir ay ərzində monitorinq altına düşən informasiya 2 saat 14 dəqiqə 35 saniyə olmuşdur. Bu keçən ay qeydə alınan informasiyalardan 35% çoxdur. Məlumatların 45 dəqiqə 38 saniyəsi, yəni 34% həcmində maarifləndirici xəbərlər olmuş, 1 saat 23 dəqiqə 41 saniyəsi, yəni 66% informasiya isə tərəfli informasiyalar olmuşdur. Bütün informasiyaların 62%-i iqtidar və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalara aid edilmişdir. Ümumiyyətlə tərəfli informasiyaların 95%-i  iqtidar və onu dəstəkləyən tərəfin lehinə, 5%-i isə müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə olan informasiya olmuşdur. Beləliklə, Televiziyanın təməl siyasəti 100% iqtidarı təbliğ edib, onu önə çıxarmaqdan ibarət olduğu müəyyən edilmişdir.

 

AZ TV

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Oktyabr ayı təşviqat dövrü ərzində Az TV-nin 12 saat 41 dəqiqə 58 saniyə informasiyası (49428 saniyə) monitorinq çərçivəsində qiymətləndirilmişdir. Bu sentyabr ayındakından təxminən 45% azdır.  Bu zaman cəmi 13% informasiya maarifləndirici xarakterdə olmuşdur. Anoloji nisbət sentyabrda 2% təşkil edib. Qalan 87% informasiya tərəfli olmuşdur. Tərəfli informasiyanın hamısı 100% iqtidar və onu dəstəkləyən tərəfin lehinə olmuş, ölkənin siyasi palitrası tək rəngli olaraq təqdim olunmuşdur. Nə balanslı, nə müxalifətin lehinə və əleyhinə, nə də iqtidarın əleyhinə informasiya efirə verilmişdir.

 

 

 

İTV

 İctimai kanalın digər kanallardan fərqli tərəfi onun quruluş məqsədinin ayrıca qeyd edilməsi və xüsusi qanunla tənzimlənməsidir. İTV yayım siyasətini balanslı qurmalı, siyasi tərəflərə bərabər imkanlar təqdim etməlidir. Monitorinq dövründə İTV-də 14 saat 10 dəqiqə 53 saniyə, (yəni 51213 saniyə) informasiya qiymətləndirməyə cəlb edilmişdir. Bu məlumatlardan 21 %-i marifləndirici xarakterdə olmuşdur. Bunun səbəbi Seçki Məcəlləsində MSK-ya vaxt ayrılması zəruriliyindən qaynaqlanıb. Qalan 79% informasiya tərəfli informasiya kimi qiymətləndirilmişdir. Bu informasiyaların 99.95%- i yəni, 40335 saniyəlik informasiya (11 saat 12 dəqiqə 15 saniyə) iqtidar və onu dəstəkləyən tərəfin lehinə olmuşdur. Bu rəqəm sentyabr ayının rəqəmləri ilə müqaisədə artmışdır. Cəmi 0,1%-lik informasiya 78 saniyə(1 dəqiqə 18 saniyə) müxalifət və onun əleyhinə qiymətləndiriləcək informasiya kimi xarakterizə edilmişdir. Beləliklə, İTV-də Az TV kimi tamamilə təktərəfli informasiya yayıcısı kimi özünü göstərmişdir. Ayrıca, ödənişli efir vaxtı ayırmasına baxmayaraq, yüksək qiymət müəyyən etdiyindən, 21 günlük təşviqat dövründə heç bir namizəd ödənişli efirdən istifadə etməmişdir. Beləliklə, seçki dövrü teleradiolarda heç bir təşviqat olmayan ilk seçki müstəqil Azərbaycanın 24 illik siyasi tarixinə keçmişdir. 


 

Oktyabr -2015

Təşviqat dönəmində qəzet və online medianın monitorinqinin nəticələri

KİV

 

Ümumi

 

Bilgi-maarifləndirici

Xəbər- təşviqat

İqtidar və onu dəstəkləyən tərəfin lehinə

İqtidar və onu dəstəkləyən tərəfin əlehinə

Tərəfsiz

Müxalifət  və onu dəstəkləyən tərəfin lehinə

Müxalifət və onu dəstəkləyən tərəfin əlehinə

 

Məqalə və işarə

Məqalə və işarə

Məqalə və işarə

Məqalə və işarə

Məqalə və işarə

Məqalə və işarə

Məqalə və işarə

Məqalə və işarə

Azadlıq

64-169916

5-3141

3-8286

3-8361

46-113211

5-8332

4-8926

5-24388

Azərbaycan

111-311442

88-240855

0

22-64533

0

0

0

1-6104

Azərtac

108-186842

96-157383

3- 3229

9-26230

0

0

0

0

Contact.az

15-28006

0

0

2-3489

0

5-2249

8-22268

0

Lent.az

66-151176

22-30523

40-101294

2-18839

 

 

1-1139

1-2381

Yeni MüsavatMusavat.com

2 video

2 bannet

156 -533727

26-102369

2 video

2 banner

78-221991

14-52929

6-33874

4-23597

26-93145

2-5822

Cəmi

520-1381109

2 video

2 bannet

211-534271

124-334800

2 video

2 banner

52-205782

52-147085

14-34178

38-125478

9-38695

 

Yuxarıdakı cədvəldə 6 KİV-in Oktyabr ayı ərzində rəsmi təşviqat dönəmində seçki mövzusunda monitorinqinin nəticələri verilmişdir. Ümumilikdə yazılı mətnlər monitorinq edildiyinə görə məqalə sayı və işarə qeydə alınmış, daha sonra mahiyyət etibarı ilə ilkin olaraq KİV-lərin adının qarşısında ümumi say  göstərilmiş, sonra isə məqalələr, yazılar qiymətləndirilərək bu başlıqlara uyğun olan paylaşılmışdır.  Bilgi-maarifləndirici ,Xəbər- təşviqat, İqtidar və onu dəstəkləyən tərəfin lehinə, İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə, Tərəfsiz, Müxalifət  və onu dəstəkləyən tərəfin lehinə, Müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə.

İqtidar və onu dəstəkləyən tərəf anlayışına hökumətin siyasətini sistemli şəkildə tənqid etməyən, əsasən dəstəkləyən, referendumda, büdcə qəbulu sırasında, kilid məsələlərin müzakirəsində hökuməti birbaşa vəya dolayılı olaraq öyən, dəstəkləyən, tərəfini tutan siyasi partiya təmsilçiləri və şəxslər daxildir. Müxalifət və onu dəstəkləyən tərəfə də əsasən bütün seçkilərdə, referendumda, büdcə qəbulu və xərcləmələrində hökuməti tənqid edən, onun icraatlarını bəyənməyən şəxslər və siyasilər daxil edilib.

 

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Qəzet və online medianın Oktyabr ayı monitorinqinin ümumi mənzərəsi

 Oktyabr Ayı üçün monitorinq edilən 6 media qurumunun vəziyyəti yandakı diaqramda əks olunub. Cəmi 520 məqalə və ya yazı monitorinq çərçivəsində qiymətləndirilmiş, bu yazıların ümumi həcmi 1 milyon 381 min 109 kompüter işarəsi, 2 video matreal və 2 banner  olmuşdur.

Ən çox seçki prosesini içəqlandıran və monitorinqə tuş gələn tərəf Yeni Müsavat qəzetidir. Onun 156 informasiyası, 2 video matrealı və 2 banneri  533 min 727 işarə ilə 39%-lik bir payı əhatə edib. Bu keçən aydakından təxminən 20% azdır. Ikinci yer, 23%-lə (311442 işarə və 111 informasiya) Azərbaycan qəzetinə məxsusdur. Bu qəzetin məqalələrinin sayı Sentyabr ayına nisbətən 30%, ümumi həcmi isə 10% artmışdır.  3-cü yer  yenə də www.azertac.azın olub. O, 13 %-lik nəticə ilə (186842 işarə-108 informasiya) 4-cü yeri tutan Azadlığı qabaqlayır. Azərtacın informasiyaları keçən aydakı ilə müqaisdə 40% artmışdır.  Azadlıq 12%-lik (166916 işarə-64 informasiya) nəticə toplayıb. Azadlığın ümumi məqalə və işarə sayında cüzi artım müşahidə edilib.  5-ci yerdə 11%-lik nəticə ilə www.lent.az saytı gəlir. Onun informasiya sayı 66, işarə sayı  151176 olub. Bu rəqəm keçən aydakından 45% çoxdur. Lakin yenə də 5-ci yerlə kifayətlənməli olub. Sonuncu www.contact.az  saytı olub. Onun nəticəsi cəmi 2%, informasiya sayı 15, işarə sayı  28006 olub. Bu keçən aydakından 2 dəfədən çox azalma deməkdır.

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Ümumi vəziyyət

Oktyabr ayında təşviqat zamanında cəmi 520 məqalə və ya yazı monitorin çərçivəsində qiymətləndirməyə tabe tutulmuşdur. Bu yazıların ümumi həcmi 1 milyon 381 min 109 kompüter işarəsi olmuşdur. Bu miqdarda informasiyanın 31%- yəni 211 fərqli məlumat, (534 min 271 işarə), marifləndirici xarakterli informasiyalar olmuşdur. Əsasən bu informasiyalar seçki prosesi ilə bağlı, namizədlərin şikayətlərinin nəticələri səsverməyə hazırlıq, təşviqatın gedişi, MSK və DSK qərarlarının təqdimatı və s. formatlı informasiyalar olmuşdur.

İnformasiyaların 69% isə digər kateqoriyaya aid edilmişdir. Hansı ki, bu təsnifləndirmədə Xəbər- təşviqat- 19%, İqtidar və onu dəstəkləyən tərəfin lehinə-12%, İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə-9%, Tərəfsiz informasiyalar-20%,  Müxalifət  və onu dəstəkləyən tərəfin lehinə-7%, Müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə-(2%) olan informasiyalar  cəmləşmişdir. Ümumilikdə bu informasiyalar 309 informasiyada, 846 min 838 işarədə təqdim edilmişdir.  

Xəbər- təşviqat-19% (334 800 işarə, 124 informasiya),

İqtidar və onu dəstəkləyən tərəfin lehinə- 12% (205782 işarə, 52 informasiya ),

İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə-9% (147085 işarə, 52 informasiya)

Tərəfsiz- 20% (34 178 işarə, 14 informasiya)

Müxalifət  və onu dəstəkləyən tərəfin lehinə-7% (125 478 işarə, 38 informasiya)

Müxalifət  və onu dəstəkləyən tərəfin lehinə- 2% (38 695 işarə, 9 informasiya).

Diqqramdan da göründüyü kimi, informasiyaların cəmi 19%-i təşviqat məlumatları olmuşdur. Hansı ki bu dövr birbaşa rəsmi təşviqat dövrü hesab edilirdi. İqtidar tərəfinin lehinə 12%, Müxalifət tərəfinin lehinə 7%, İqtidarın əleyhinə 9%, müxalifətin əleyhinə isə 2% informasiya getmişdir. Qeyd etməliyik ki, monitorinqə müxalif partiyalara yaxın qəzetlərdən salınsa da, iqtidar partiyasına yaxın qəzet salınmamış, sadəcə rəsmi qəzet və agentlik məlumatları monitorinq edilmişdir.

 

Tərəfli məlumatların çəkisi

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> İnformasiyanın tərəfliliyi baxımından incələndiyində, İqtidar və onun lehinə olan məlumatlar 40%, müxalifətin və onu dəstəkləyənlərin lehinə 24% təşkil edib. İqtidarın əleyhinə məlumatların nisbəti, müxalifətin əleyhinə olan nisbətdən daha yüksəkdir, 28%-in 8%-ə nisbətdə.

 

 

 

 

 

İqtidar və onu dəstəkləyənlərin lehinə verilən informasiyaların bölgüsü

İqtidar və onu dəstəkləyən tərəfin lehinə olan 52 informasiya ümumi informasiyaların 12%-lik bir hissəsini təşkil edir. KİV qurumları arasında bu diaqramdakı kimi paylaşılıb. Cəmi 205 min 782 kompüter işarəsinin 37%-i rəsmi Azərbaycan qəzetinin payına, 30%-i isə Yeni Müsavat qəzetinin payına düşüb. 15% Azərtac, 11% lent.az, 5% Azadlıq və 2% Contact.az saytının payına düşüb.   <!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] -->  

 

 

 

Müxalifət  və onu dəstəkləyən tərəfin lehinə verilən informasiyaların bölgüsü

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Müxalifət və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalar ümumi informasiyaların içərisində cəmi 7%-lik bir yerə sahibdir. 125 478 kompüter işarəsi həcmində olan 38 informasiyanın KİV-lər arasında paylaşımı belədir:

Yeni Müsavat qəzeti- 74% (93145 işarə,26 informasiya)

Contact.az saytı- 18% (22268 işarə, 3 informasiya)

Azadlıq qəzeti- 7% (8926 işarə-4 informasiya)

Lent.az saytı- 1% (1139 işarə, 1 informasiya)

 

 

 

İqtidar və onu dəstəkləyənlərin əleyhinə verilən informasiyaların bölgüsü

İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə olan məlumatlar ümumi məlumatların sadəcə 9%-lik bir hissəsini təşkil edir və 147 min 85 işarə həcmindədir. Bu informasiyalar  sadəcə iki KİV-də olmuşdur. Bunlar Azadlıq və Yeni Müsavat qəzetləridir. Azadlıq qəzetində 46 informasiya əlehdə olmuş, cəmi 113 min 211 kompüter işarəsi olaraq qeydə alınmış, 77% olmuşdur.    <!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Yeni Müsavatda isə bu informasiya sayı 6 ədəd olmuş, 33 min 874 işarə ilə 23% təşkil etmişdir.

 

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Müxalifət və onu dəstəkləyənlərin əleyhinə verilən informasiyaların bölgüsü

Nə qədər paradoksal olsa da  monitorinqdə müxalifət və onu dəstəkləyənlərin əleyhinə qiymətləndirilən yazılarda da liderlik Azadlıq qəzetində olmuşdur. Ümumi informasiyaların sadəcə 2%-lik hissəsini təşkil edən bu bölmədə cəmi 38 min 695 kompüter işarəsi qeydə alınıb. Həmin informasiyaların 63%-lik hissəsi Azadlıq qəzetinin patına düşür. 2-ci yerdə rəsmi Parlamentin orqanı olan Azərbaycan qəzeti gəlir. Onun payına 16% düşüb. 15%-lik nəticə ilə bir digər müxalif qəzet olan Yeni Müsavat 3-cü yerdə bərqərar olub. Sonda 6%-lik nəticə ilə Lent.az saytı olub. Rəsmi Azərtac agentliyində və contact.az saytında müxalifət və onu dəstəkləyənlər əlethinə informasiyaya rastlanmayıb. Ümumiyyətlə, müxalifət əleyhinə verilən məlumatların 78%-i Azadlıq və Yeni müsavat qəzetlərinin payına düşüb.   

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Azadlıq qəzeti

Azadlıq qəzetində monitorinqə düşən informasiya bir ay ərzində cəmi 169 min 916 işarə ilə 63 informasiya olub. Bu isə ümumi informasiyaların sadəcə 12%-i təşkil edir. Azadlıqda gedən informasiyaların 65%-i (113 211 işarə) iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə olan məlumatlar olub. 5% (3141 işarə) informasiya marifləndirici, bilgiləndirici xarakterli olub. 14% (24388 işarə) Müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə, 5% -(8332 işarə) tərəfsiz informasiya olub. 5% (8361 işarə) məlumat iqtidar və onu dəstəkləyən tərəfin lehinə olub. Cəmi 4%-lik xəbər-təşviqata rastlanıb.  

 

Azərbaycan qəzeti

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Milli Məclisin rəsmi orqanı olan Azərbaycan qəzetinin oktyabr ayı ərzində 111 informasiyası monitorinq çərçivəsində qiymətləndirilmişdir. Bu ümumi informasiyanın 23%-i təşkil edib. 88 informasiya (240 855 işarə) bilgiləndirici-marifləndirici təsnifatında qeyd edilmiş, bu 77%-lik bir hissəni əhatə etmişdir. Yerdə qalan 21%-lik 23  informasiya (64 533 işarə) iqtidar və onu dəstəkləyən tərəfin lehinə olmuşdur. Bir məlumat müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə olmuş, bu 2%-lik bir pay deməkdir. Beləliklə, digər 4 təsnifatda heç bir xəbər olmamış, tərəfsiz informasiya, yaxud iqtidar əleyhinə, habelə müxalifət haqqında lehə heç bir informasiyaya yer verilməməişdir. Bu tablo, TV-lərdəki yanaşmaya çox oxşardır.

          

Azərtac İ A

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Rəsmi dövlət Agentliyi olan Azərtac İnformasiya Agentliyinin rəsmi internet səhifəsindən oktyabr ayı ərzində 108 informasiya (186 842 işarə) monitorinq edilmişdir. Bu ümumi informasiyaların 13%-lik bir hissəsi deməkdir.  Bu informasiyaların 84%-i (157383 işarə, 96 informasiya) bilgiləndirici-marifləndirici xarakterli informasiyalr olmuşdur. Yerdə qalan 14% informasiya (22 informasiyada 26230 işarə) iqtidar və onu dəstəkləyən tərəfin lehinə olmuşdur. 2%-lik inhormasiya təşviqat matrealı kimi qiymətləndirilmişdir Digər 4  bolmədə Azərbaycan qəzetində olduğu kimi sadəcə sıfır olmuşdur

 

Contact.az

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Contact.az saytında ümumilikdə ən az informasiya monitorinq çərçivəsində qiymətləndirilmişdir. Cəmi 15 informasiya 28006 işarədə ümumi informasiyanın 2%-ni təşkil edib. Bu informasiyanın nin 8%-lik hissəsi (9 informasiya, 2249 işarə) tərəfsiz xarakterli olmuşdur. Informasiyaların 12%-i %-i, (2 informasiya,3489 işarə) iqtidar və onu dəstəkləyənlərin lehinə yönəlmiş məlumatlar olub. 80%-lik (8 informasiya-22268 işarə) hissə müxalifətin lehinə qiymətləndirilib. Digər təsnifatlarda  informasiya təsnifatında rəqəmlər  sıfır olub. Bunlar müxalifət əleyhinə, iqtidar əleyhinə, təşviqat və maarifləndirici kateqoriyalarıdır.  

 

Lent.az

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Lent az-ın sentyabr ayı ərzində 66 informasiyası (151176 işarə) monitorinq çərçivəsində qiymətləndirilib. Bu informasiyaların 32-dən çoxu, xəbər-təşviqat  mahiyyətində olub. 12%-i (18839 işarə-6 informasiya) iqtidar və onu dəstəkləyənlərin lehinə, 20%-i (30523 işarəlik,22 informasiya) marifləndirici-bilgiləndirici,1% (2381işarə-1 informasiya) müxalifət və onu dəstəkləyən tərəfin əlehinə, 1%-(1139 işarə-1 informasiya) müxalifət və onu dəstəkləyən tərəfinə lehinə informasiya kimi qiymətləndirilmişdir. 

 

 

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> Yeni Müsavat qəzeti

Yeni Müsavat qəzetinin Oktyabr ayı ərzində monitorinqə düşən informasiya sayı digər KİV-lərə nisbətən ən çox olub. Ümumilikdə 520 informasiyanın 156-ə bu KİV-in payına düşüb. 533 min 727 kompüter işarəsi ilə bütün informasiyanın 39%-i əhatə edib. Ən çox informasiya 42%-lə xəbər-təşviqat kateqoriyasına aid olub.  10%-lik bölmə iqtidar və onu dəstəkləyən tərəfin lehinə olub. 18% informasiya müxalifət və onu dəstəkləyən tərəfin lehinə olmuş, 19%-lik hissə isə maarifləndirici informasiya kimi qiymətləndirilmişdir. 6%-lik bir hissə İqtidar və onu dəstəkləyən tərəfin lehinə olmuş, 4%-lik bir hissə isə tərəfsiz informasiya kimi qiymətləndirilmişdir. Cəmi 1%-lik bir hissə müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə qiymətləndirilib.  Ayrıca, Yeni müsavat qəzetinin saytında iki namizədin banneri yerləşdirilmiş və təşviqat dönəmində iki fərqli təşviqat videosuda yayımlanmışdır.