Əsas səhifə » İDİ sədri AŞPA məruzəçisi ilə görüşdü

İDİ sədri AŞPA məruzəçisi ilə görüşdü


İDİ sədri AŞPA məruzəçisi ilə görüşdü
Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) sədri Akif Qurbanov AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları üzrə Komitəsinin sədri və bu qurumun Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə məruzəçisi Alen Destexe ilə görüşüb. 

Görüşdə barədə məlumat verən Akif Qurbanov bildirib ki, müzakirənin əsas mövzuları birləşmək, ifadə və sərbəst toplaşma azadlığı, siyasi məhbuslar, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra vəziyyəti, Vətəndaş Cəmiyyəti üzvlərinin fəaliyyətini iflic edən hüquqi və praktik manelər və s. olub. 

"Görüş iştirakçıları arasında vaxtı və mövzuların hədəfini yayındıranlardan, hər şeyin yağ kimin getdiyini, yaranan problemlərin də əsas səbəbkarı kimi yalnız öz həmkarlarını təqdim etməyə çalışanlar olsa da, gerçək vəziyyəti məruzəçiyə çatdıra bildik. O da qeydlərini apardı, görək bir neçə aya hesabatda nə açıqlayacaq", - Qurbanov vurğulayıb.