İDİ sədri ATƏT nümayəndələri ilə görüşdü

29-10-2015 10:14
İDİ sədri ATƏT nümayəndələri ilə görüşdü
ATƏT-in  Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri ilə bağlı Azərbaycanda səfərdə olan ehtiyacları qiymətləndirmə missiyasının nümayındələri bu gün Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) sədri Akif Qurbanovla görüşüb.

Arqument.Az-a daxil olan məlumata görə, görüşdə ötən seçkilərdən sonra qanunvericilikdə edilmiş dəyişikliklər, həmçinin bu il ölkədə keçiriləcək parlament seçkilərindən öncəki siyasi mühit, mövcud seçki qanunvericiliyi, seçicilərin qeydiyyatı, seçici aktivliyi, vətəndaş cəmiyyətinin fəaliyyəti və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

İDİ sədri müzakirə olunan məsələlərlə bağlı ATƏT nümayəndələrinin suallarını cavablandırıb. 

Qeyd edək ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri ilə bağlı ehtiyacları qiymətləndirmə missiyasının Azərbaycana səfəri avqustun 11-də başlayıb və bir həftə davam edəcək.