İDİ seçkilərlə bağlı aralıq hesabat yaydı - II hissə (TAM MƏTN)

02-11-2015 14:56
İDİ seçkilərlə bağlı aralıq hesabat yaydı - II hissə (TAM MƏTN)
Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 1 noyabr 2015-ci ildə Azərbaycanda keçiriləcək Parlament seçkiləri ilə bağlı aralıq hesabatının II hissəsini yayıb. 

II  ARALIQ  HESABAT

(10 oktyabr – 28 oktyabr 2015-ci il)

I. XÜLASƏ

Hesabat dövründə Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gәlәn seçkilәrә hazırlıq işlərini davam etdirib və öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirib. Lakin seçki qabağı təşviqat zamanı namizədlər üçün bərabər şəraitin yaradılmasını təmin edə bilməyib. 

Seçici siyahılarının yenilənməsi oktyabrın 7-də ümumi sayı 125 seçki dairəsinin 5415 seçki məntəqəsi üzrə 5,096,468 nəfər olan siyahı ilə başa çatdırılmışdır. May ayında edilən yenilənmədən sonra siyahıya əlavə 3,179 seçici daxil edilmişdir. 

MSK-nın sayı ilə Dovlət Statistika Komitəsinin acıqladığı rəqəm kəskin surətdə fərqlənir. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya cıxır.

IDI-nin apardığı müşahidələrə görə bəzi seçki dirələrinin ərazisində yerləşən seçki məntəqələrində seçici siyahıları vurulmayıb və ya elə yerdə yerləşdirilib ki, görmək mümkün deyil. Müşahidəçilər seçici siyahısı haqda məlumat ala bilmirlər.

479 namizәd qeydiyyatdan sonrakı müddətdə çox qısa vaxt ərzində namizədliyini geri götürmüşdür. 2010 seçkilərində namizədliyini geri götürənlərin sayı cəmi 41 nəfər olmuşdur. 

Qeydə alınmış namizədlərin seçkilərdə iştiraka rəsmi davam edənlərin sayı 767 nəfərdən ibarətdir.

IDI-nin muşahidələri gostərir ki, secki muddətinin azaldılması qanunun imkan verdiyi üsul və vasitələrdən yararlanmaqla seckiqabağı təşviqat aparmağa ciddi məhdudiyyət yaradıb. Müxalifətin əhəmiyyətli bir hissəsi olan Milli Şuranın seçkilərdə iştirak etməməsi, aparıcı müxalif qurumlar olan Musvata Partiyası, Real Hərəkatı və digərlərinin fəaliyyətinə normal şərait yaradılmaması seçki kampaniyası dövrünün tamamilə sönük keçməsinə səbəb olmuşdur. Bununla da seckiqabağı təşviqat prosesinin qarşıduran siyasi tərəflərin acıq, ədalətli və bərabər rəqabət şəraitində keçirilməsi  imkanları itirilmişdir.
1 noyabr 2015-ci il parlament seckilərinin birinci mərhələsində siyasi partiya və bloklardan xeyli sayda  namizədin qeydiyyata alınmaması nəticəsində hakim partiya olan YAP istisna olmaqla digərləri təşviqat dövründə pulsuz efir vaxtını əldə etmək huququnu itiriblər. Bundan sonra YAP  əldə etdiyi huquqdan imtina edib.

1 noyabr 2015-ci ildə keciriləcək Milli Məclis seckilərinin təşviqat mərhələsində ödənişli təşviqatda iştirak etmək istəyən KİV-lərin qiymətləri əksər namizədlər ücün əlçatan olmayıb.

Əvvəlki parlament seckilərindən fərqli olaraq,  hazırkı seçkilər dövründə siyasi partiyaların yürüş-mitinqlər keçirməsi mumkun olmayıb.

IDI ilə əməkdaşlıq edən muşahidəcilər ölkənin 87 secki dairəsi uzrə uzunmuddətli muşahidə zamanı seckiqabağı təşviqat kampaniyasının gedişində müxtəlif pozuntu hallarını qeydə alıblar.

Yerli muşahidəcilərin qeydiyyatı prosesi uzrə yubanmalar və məhdudiyyətlər qeydə alınıb.

MSK tərəfindən exit-poll keçirmək üçün 4 təşkilat qeydiyyata alınmışdır. Lakin ictimai rəydə həmin qurumların keçirəcəyi sorğunun obyektivliyinə ciddi şübhələr vardır.

II. GİRİŞ
 
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə bir qrup tanınmiş hüquqşünas və ictimai xadim tərəfindən yaradılıb. Rəsmi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət edilməsinə baxmyaraq, qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından imtina edilmişdir. Ona görə də bununla əlaqədar məhkəməyə müraciət olunmuşdur. Bütün daxili məhkəmə instansiyalarına baş vurulsa da, məhkəmələr Ədliyyə Nazirliyinin imtinasını qüvvədə saxlamışdır. 06 aprel 2015-ci il tarixdə IDI hüquqarının təmin olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (IHAM) müraciət etmişdir. Təşkilatın fəaliyyətinin əsas məqsədi demokratik təsisatların, vətəndaş cəmiyyəti və seçki institutlarının səviyyəsinin yüksəldilməsinə; insan huquqları və ifadə azadlığının təmininə; yerli özünü idarənin təkmilləşməsinə; bütün sahələrdə şəffaflığın artırılmasına; Azərbaycan cəmiyyətinin demokratik dünyaya inteqrasiyasına yardım etməkdən ibarətdir.

IDI 23 dekabr 2014-cü il tarixdə keçirilmiş Bələdiyyə seçkilərini müşahidə edib.  Bundan əlavə, ölkədə seçicilərin sayına dair real vəziyyəti öyrənmək məqsədilə IDI 2014-cü ildə "Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparmışdır. 

İDİ 2015-ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində araşdırma aparmışdır.  18 avqust 2015-ci il tarixdə ölkənin aparıcı siyasi partiya və VC liderlərinin iştirakı ilə "Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər” adında geniş ictimi müzakirə (forum) təşkil etmişdir.  

31 avqust 2015-ci ildə IDI seçkilər öncəsi vəziyyətin qiymətləndirilməsinə dair hesabat hazırlayaraq ictimaiyyətə yayımlamışdır. 
IDI 07 oktyabr 2015-ci il tarixdə seçkilərə dair apardığı MEDİA MONİTORİNQin birinci dövr üçün nəticələrini açıqlamışdır. 
16 oktyabr 2015-ci ildə IDI seçkilərin birinci mərhələsi hesab olunan namizədlərin irəli sürülməsi və qeydə alınmasına dair  I ARALIQ HESABAT yaymışdır. 
29 oktyabr 2015-ci ildə seçki komissiyalarında və məhkəmələrdə  seçki şikayətlərinin araşdırılmasına dair IDI tərəfindən keçirilmiş monitorinqin ilkin nəticələri açıqlanmışdır. 
IDI 30 oktyabr 2015-ci il tarixdə seçkilərə dair apardığı MEDİA MONİTORİNQin ikinci dövr –təşviqat  müddəti üçün nəticələrini açıqlamışdır. 
IDI Azərbaycan Respublikasının müxtəlif bölgəsində - Bakı, Sumqayıt, Gəncə, Qazax, Şəki, Masallı, Kürdəmir, Sabirabad, Tərtər və Xacmaz şəhər və rayonlarında, həmçinin Naxçıvan MR ərazisində yerli vətəndaş qrupları, habelə mustəqil KİV və yerli QHT-lər ilə əməkdaşlıq edir. 
 
___________________________________________________________________________

1.https://www.facebook.com/notes/demokratik-t%C9%99%C5%9F%C9%99bb%C3%BCsl%C9%99r-institutu-institute-for-democratic-initiatives/b%C9%99l%C9%99diyy%C9%99-seckil%C9%99rinin-monitorinqinin-n%C9%99tic%C9%99l%C9%99rin%C9%99-dair-r-%C9%99-y/1557152937858139
2. [url=http://idi-aze.org/az/seici-qeydiyyatnn/]http://idi-aze.org/az/seici-qeydiyyatnn/[/url]
3. [url=http://idi-aze.org/az/sekilere-dair-qanunvericiliyin-analizi/]http://idi-aze.org/az/sekilere-dair-qanunvericiliyin-analizi/[/url]
5.http://idi-aze.org/az/idi-den-parlament-sekileri-ncesi-hesabat-tam-metn/

7.http://idi-aze.org/az/idi-sekilerle-bal-aralq-hesabat-yayd-tam-metn-pdf/


9.http://idi-aze.org/az/idi-parlament-sekileri-ile-bal-media-monitorinqini-aqlad/)


Seçkilərə start verildikdən sonra 1 sentyabr 2015-ci ildən edibarən Parlament seckiləri ilə bağlı  IDI şərtlərin imkan verdiyi çərçivədə, daxili resurslar hesabına seckilərin gedişinin muşahidəsilə yanaşı, seçkidə iştirak edən tərəflərə hüquqi yardım göstərməyə çalışır. 

III. SEÇKİ ADMİNİSTRASİYASI

Hesabat dövründə Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gәlәn seçkilәrә hazırlıq işlərini davam etdirib. MSK müvafiq son tarixləri gözləməklə bərabər, tələb olunan əlavə normativ sənədləri qəbul etməkdədir. MSK iclasları mәtbuat vә müşahidәçilәrə açıqdır. Qәrarlar dövlətin maliyyələşdirdiyi mәtbuat vә MSK-nın internet sәhifәsi vasitәsilә ictimaiyyәtә açıqlanır. Bununla belə, MSK üzvləri çox vaxt iclasdan əvvəl müzakirə üçün zәruri olan ilkin qәrarlar vә bütün sәnәdlәrlә tәmin edilmirlər.

MSK tərəfindən oktyabrın 14-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5344431 ədəd seçki bülleteni çap olunub.  22 oktyabr tarixdәn etibarən isə seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Seçki bülletenlәrinin çap edilmәsinә və paylanmasına başlanması tәdbirinә KİV vә müşahidəçilәr dəvәt edilib. Bülletenlәr 3 MSK üzvündәn ibarәt komissiyanın nәzarәti altında Milli Mәclisin mәtbəәsində çap edilib. Bülletenlərin çapı zamanı namizədlәrin qeydiyyatı ilә bağlı apellyasiya və kassasiya şikayətlərinin təqdim edilməsi üçün müәyyәn edilmiş müddәt nəzərə alınmamışdır.

MSK seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində oktyabrın 12-dən etibarən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. Treninqlərin seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə davam edib və ümumilikdə 32000-dən artıq məntəqə seçki komissiyası üzvünün iştirakı ilə gerçəkləşdirilib. Həmçinin, oktyabrın 22-24 arası 3 günlük davam edən dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün treninqlər keçirib.

Oktyabrın 22-də isə MSK tərəfindən 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib.

IV. SEÇİCİ QEYDİYYATI 

Seçici siyahılarının yenilənməsi oktyabrın 7-də ümumi sayı 125 seçki dairəsinin 5415 seçki məntəqəsi üzrə 5,096,468 nəfər olan siyahı ilə başa çatdırılmışdır. May ayında edilən yenilənmədən sonra siyahıya əlavə 3,179 seçici daxil edilmişdir. 

2015-ci il may ayının 27-də təsdiq olunmuş məlumata görə isə ölkə üzrə vahid seçicilər siyahısına  5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7 faizi isə qadınlardır. Ancaq bu rəqəm Azərbaycan Respublikası Dovlət Statistika Komitəsinin acıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata gorə, əhalinin (9 593 000) 6 715 400 – nün yaşı 18-dən yuxarıdır.  Yəni əhalinin 70 faizi (49,78 % kişi, 50,22 % qadın) seçicidir. Ancaq MSK-nın acıqladığı rəqəmdən məlum olur ki, seçicilər əhalinin 53 faizini təşkil edir. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya cıxır. Qeyd edək ki, seçkilərdə iştirak edən tərəflərin, yerli QHT-lər və media təmsilcilərinin, ATƏT/DTİHB-nin SMM-nın narahatlıqlarına baxmayaraq, yuxarıda adı çəkilən orqanlar bu uyğunsuzluqlara aydınlıq gətirməyiblər. 

Məntəqə seçki komissiyası səsvermə gününə azı 35 gün qalmış seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirməlidir. IDI-nin apardığı müşahidələrə görə bəzi seçki dirələrinin ərazisində yerləşən seçki məntəqələrində seçici siyahıları vurulmayıb və ya elə yerdə yerləşdirilib ki, görmək mümkün deyil. Müşahidəçilər seçici siyahısı haqda məlumat ala bilmirlər.
 
________________________________
10.http://www.azstat.org/MESearch/details

1. Seçici siyahılarındakı problemlər

• 37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi 7, 8 saylı məntəqələrdə seçici siyahısı asılmayıb (bu məntəqələr yerləşən 41 saylı orta məktəbdə əsaslı təmir gedir). 
• 63, 64, 65 saylı seçki dairələrinin monitorinqi zamanı məlum olub ki, istisnasız olaraq bütün məntəqələrdə seçici siyahıları qapalı şəraitdədir və seçicinin istədiyi zaman özünün, yaxud yaxınlarının adlarını həmin siyahıdan axtarıb tapması müşkülə çevrilir. Əsasən, məktəb, xəstəxana, tibb məntəqələri, kənd kitabxanalarında quraşdırılmış məntəqələr siyahıları qapalı məkana yerləşdirirlər.
• Adı siyahıda olmayan vətəndaşların adı siyahıya əlavə olunmur, əvəzində onlara seçki günü şəxsiyyət vəsiqəsi ilə məntəqəyə gəlmələrini və əlavə siyahıya yazılaraq səs verə biləcəkləri bildirilmişdir. Bu şəxslərə nümunə olaraq Taclı Ağalarbəyli adında seçicini nümunə göstərmək olar, ona 44 saylı seçki dairəsinin 14 saylı məntəqəsinin üzvləri bildiriblər ki, adı siyahıda olmasa da seçki günü şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb səs verə bilər.
• 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi 35 saylı məntəqədə, 27 oktyabr saat 12.40-da seçici siyahısının qapalı yerdə saxlanıldığı müşahidə olundu.
• 108 saylı Ağstafa seçki dairəsi 16 saylə məntəqədə 28.10.2015, saat 13.25-də ktib Hüseynov Yolçu Əli oğlu məntəqədəydi,  başqa kimsə yox idi, bağlı qapını katib açdı və siyahı 20 gün olar vurulub dedi.
• Naxçıvan MR-də yerləşən 1-7 saylı seçki dairələrinin hər birində seçici siyahıları 15 gün qalmış məntəqələrdə seçicilərin tanış olması yerləşdirilib.

2. MnSK-ların davamiyyəti 

• 33 saylı Xətai birinci seçki dairəsində 64 saylı orta məktədə yerləşən 29 və 26 saylı məntəqələr 26.10.2015-də saat 16:00 da bağlı idi.
• 27.10.2015 tarixdə saat 14:30-da 40 saylı Kəpəz ikinci seçki dairəsinin 5 saylı məntəqənin qapısı bağlı idi.
• 27.10.2015 tarixdə saat 15:00-da 70 saylı Masallı şəhər seçki dairəsinin 27 saylı, saat 15:15-də 26 saylı məntəqələrinin qapısı qıfıllı idi. 
• 75 saylı seçki dairəsinin 6 saylı məntəqəsi 28.10.2015 tarixdə saat 12:15-də bağlı idi. 
• 115 saylı Şəki kənd seçki dairəsinın 22 saylı məntəqəsində 27.10.2015 tarixdə saat 16:30`da məntəqənin qapısı bağlıdır. 
• 113 saylı Şəki şəhər seçki dairəsinin 19 saylı məntəqəsində 28.10.2015 saat  11:37`də kimsə yoxdur, seçki məntəqəsinin qapıarı bağlıdır. 
• 117 saylı Oğuz  - Qəbələ seçki dairəsinın 30 saylı məntəqəsində 28.10.2015 tarixdə 15:00`da, 59 saylı məntəqəsi saat  15:47`də bağlıdır.
• 27.10 . 2015-də 107 saylı Qazax seçki dairəsi 02 saylı məntəqə, saat 17.30-da məntəqənin qapısı bağlıdır.

V. NAMİZƏDLƏRİN QEYDİYYATI

Əvvəlki parlament seckilərindən fərqli olaraq hazırkı seckilərin ilkin mərhələsi - namizədlərin irəli surulməsi və qeydiyyatı prosesi daha ciddi qanun pozuntuları ilə muşayiət olunub. Pozuntular əsasən hakim partiya və onun siyasətini dəstəkləyən və ya açıq  loyal münasibət göstərənlər istisna olmaqla digər, xüsusilə də müxalf siyasi partiyalar və siyasi prtiyalar blokları və təşkilatlar adından namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib.  

Muşahidələr gostərir ki, 1 noyabr 2015-ci  il parlament seckilərinin ilkin mərhələsində bir çox seçki dairələrində DSK-lar siyasi alternativsizlik muhitinin yaradılmasına səy gostərərək, bununla da YAP-ın dəstəklədiyi namizədlərlə muqayisədə digər namizədlərə munasibətdə siyasi ayrı-seckilik numayiş etdiriblər. Araşdırmalar gostərir ki, hazırda ölkə üzrə təxminən 46 secki dairəsində siyasi alternativsizlik muhiti mövcuddur.  

Hazırkı parlament seckilərində namizədlərin irəli surulməsi və qeydiyyatı prosesi faktiki olaraq 1 sentyabr 2015-ci il tarixdə start verilib və  9 oktyabr 2015-ci ilədək davam edib. MSK-nın namizədliyin irəli sürülməsi və qeydə alınması barədə məlumatları seçki dairələri üzrə İnformasiya Mərkəzinin www.infocenter.gov.az saytında əvvəlki müsbət təcrübədən fərqli olaraq  yerləşdirməkdən yayınmışdır. MSK  sədri iclaslarda şifahi qaydada ümumi statistik qısa nəticələri ictimaiyyətə açıqlamışdır.  MSK-üzvünün 2 dəfə rəsmi iclasda bu barədə məsələ qaldırmasından sonra təkcə qeydə alınmışlar barəsində məlumat yerləşdirilmiş, digərləri gizlədildiyindən prosesi tam izləmək mümkün olmamışdır. Ona görə də qeyd olunan rəqəmlər reallığı əks etdirməsi barədə əminlik yarartmır. 

MSK-ya görə  DSK-lar tәrәfindən namizədlərin qeydiyyatı 9 oktyabr tarixində başa çatmışdır ki, nəticədə də irәli sürülmüş 1823 namizəddən 1457 –imzalarını toplayıb qaytarmışdır. Onlardan 1246 nəfər qeydə alınmışdır. MSK DSK-ların qeydiyyatla bağlı qərarlarından edilmiş şikayətlərin çoxuna 28 oktyabr tarixinә qәdər baxaraq, müvafiq qәrarlar qәbul etmişdir. Bu barədə ətraflı məlumatı seçki şikayətlərinin MSK və məhkəmələrdə araşdırılmasına dair IDI-nin apardığı monitorinqin nəticələrindən əldə etmək olar.   

28 oktyabr tarixinә qədər 479 namizәd qeydiyyatdan sonrakı müddətdə çox qısa vaxt ərzində namizədliyini geri götürmüşdür. Qeyd edək ki, 2010 seçkilərində namizədliyini geri götürənlərin sayı cəmi 41 nəfər olmuşdur. Müşahidələr onu göstərir ki, əslində namizədliyini geri götürən həmin şəxslərin çoxluq təşkil etməsinin məqsədi İTV-də gözlənilən təşviqat üçün efir vaxtının nəzarətdə saxlamaq və süni surətdə yarışanların sayının görüntüsünü yaratmaq olub. Efir vaxtının verilməməsi müəyyənləşdikdən sonra artıq onların iştirakına da gərək qalmamış və namizədliklərinin kütləvi surətdə və dərhal geri götürülməsi sanki bir göstərişlə həyata keçirilmişdir.  Bu qənaətə gəlməyə əsas həm də namizədlərin əksəriyyətinin dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə işləməsi rol oynayır.

Qeydə alınmış namizədlərin seçkilərdə iştiraka rəsmi davam edənləri (767 nəfər) seçkidə iştirak formasına uyğun olaraq aşağıdakı qaydada təsnif edilir: 
 
_____________________________________________________
11.http://idi-aze.org/az/idi-sekilerle-bal-aralq-hesabat-yayd-tam-metn-pdf/ 12.http://arqument.az/az/seki-sikayetlerine-formal-yanaslr-monitorinq-tam-metn/#.VjOO1tLhDMz

 
I. Siyasi partiya və ya blok şəklində iştirak edənlər

1. YAP - 115 nəfər 
2. MÜSAVAT - 25 nəfər 
3. BAXCP - 22 nəfər
4."AZADLIQ-2015” bloku - 20 nəfər
(KXCP-10, VİP-4, AXP-3, BAP-2, Bitərəf-1) 
5. ÜMİD - 17 nəfər 
6. MDHP - 16 nəfər
7. BQP - 15 nəfər 
8. VHP - 14 nəfər
9.ADİSP - 12 nəfər
10. AMİP - 10 nəfər 
11. AVP - 9 nəfər
12. ASDP - 5 nəfər 
13. ASRP - 2 nəfər 
14. VP - 2 nəfər 
15. AMDEP - 1 nəfər 
16. ADMP - 1 nəfər 
(Cəmi 286 nəfər)

II. Öz təşəbbüsü ilə iştirak edənlər 
 
Siyasi partiyalar

17. AKP – 8 nəfər
18. ƏP – 7 nəfər
19. ADP – 3 nəfər
20. DADP – 1 nəfər
21. VBP – 1 nəfər
(Cəmi 20 nəfər) 

Siyasi təşkilatlar 

22. REAL – 9 nəfər
23. NİDA – 2 nəfər
24. D18 - 1 nəfər
24. AĞ Blok – 3 nəfər (Cəmi 15 nəfər)

25. Bitərəflər-446 nəfər

VI. SEÇKİQABAĞI TƏŞVİQAT 
 
A. HÜQUQİ ÇƏRÇİVƏ

Seçki Məcəlləsinin 75.2.-ci maddəsinə əsasən  seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Qeyd edək ki, 2008 və 2010-cu illərdə Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəticəsində təşviqat muddəti seçkilərə 60 gün qalmışdan 23 gün qalmışadək azaldıldı. Həmcinin qeydə alınmış namizədlərin təbliğat aparması ucun dovlət budcəsindən maliyyə ayrılması qaydası ləğv edildi.  Və dövlət deleviziya və radiosunda təşviqat imkanları qadağan edildi. Yuxarıda sözügedən qanun layihələrinin heç biri Avropa Şurası Venesiya Komissiyasının rəyi öyrənilmədən, o cumlədən ictimai müzakirələr keçirilmədən qəbul edilib.

Seçki Məcəlləsinin 74.2-ci maddəsinə uyğun olaraq seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:

1. Kütləvi informasiya vasitələri ilə;
2. Kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) kecirilməsi yolu ilə;
3. Çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;
4. Qanunla qadağan edilməyən digər usullarla.

B. MÜHİT

IDI-nin muşahidələri gostərir ki, secki muddətinin azaldılması qanunun imkan verdiyi yuxarıdakı üsul və vasitələrdən yararlanmaqla seckiqabağı təşviqat aparmağa ciddi məhdudiyyət yaradıb. Həmçinin müxalifətin əhəmiyyətli bir hissəsi olan Milli Şuranın seçkilərdə iştirak etməməsi, aparıcı müxalif qurumlar olan Musvata Partiyası, Real Hərəkatı və digərlərinin fəaliyyətinə normal şərait yaradılmaması seçki kampaniyası dövrünün tamamilə sönük keçməsinə səbəb olmuşdur. Bununla da seckiqabağı təşviqat prosesinin qarşıduran siyasi tərəflərin acıq, ədalətli və bərabər rəqabət şəraitində keçirilməsi  imkanları itirilmişdir.

C. Təşviqatın KİV-də aparılması

Seckiqabağı təşviqat kampaniyası televiziya və radio vasitəsilə, eləcə də dövrü nəşrlər vasitəsilə həyata kecirilir. Secki Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq namizədləri 60 secki dairəsindən çoxunda qeydiyyatdan kecən siyasi partiyalar və siyasi partiyalar bloku İctimai televiziya və radioda pulsuz efir vaxtı əldə edə bilər. 1 noyabr 2015-ci il parlament seckilərinin birinci mərhələsində siyasi partiya və bloklardan xeyli sayda  namizədin qeydiyyata alınmaması nəticəsində hakim partiya olan YAP istisna olmaqla digərləri təşviqat dövründə pulsuz efir vaxtını əldə etmək huququnu itiriblər. Bundan sonra YAP  təktərəfli təşviqat aparmayacağını bəyan edərək əldə etdiyi huquqdan imtina edib. Eyni hal 2010-cu il parlament seçkiləri dövründə baş versə də  MSK  qərarı ilə qeydiyyatdan kecmiş hər namizədə İctimai Televiziyada bir dəfə 4 dəqiqəlik pulsuz efir vaxtı verilmişdir. Bu il isə belə bir qərar olmadı və beləliklə ödənişsiz təşviqat olmayacağı məlum oldu.

1 noyabr 2015-ci ildə keciriləcək Milli Məclis seckilərinin təşviqat mərhələsində ödənişli təşviqatda iştirak etmək istəyən KİV-lərin qiymətləri əksər namizədlər ücün əlçatan olmayıb. IDI təəssuflə qeyd edir ki, televiziyalarda pullu efir vaxtının qiyməti reklam qiymətinin maksimum həddində gostərilib. Belə ki,  İctimai Televiziya və Radio Yayımları Şirkəti prime-time zamanı bir dəqiqənin qiyməti 3540 manata (ƏDV daxil olmaqla), ən az izlənmə vaxtında isə - saat 11:50-də dəqiqəsi 1416 manat müəyyən edilmişdir.  Ölkədə  minimum əmək haqqı 105 manat, orta əmək haqqı aylıq 397 manat olduğu halda bu qiymət çox yüksəkdir. Beləliklə, İTV-nin müəyyən etdiyi qiymətdən heç bir namizədin istifadəsi mümkün olmayıb.  

Dövlət televiziya və radiosunun təşviqat prosesində iştirakına Seçki Məcəlləsi məhdudiyyət qoyub. Özəl teleradio şirkətləri isə seçki prosesində namizədlərə pullu vaxt ayırmaqdan imtina ediblər. Beləliklə, hesabat müddətində seçkilərin keçirlməsini media tam susqunluqla izləyib .

D. Seçkiqabağı təşviqatın kütləvi tədbirlər vasitəsilə aparılması

Seçki Məcəlləsinin 86-cı maddəsində qeyd edilir ki, dövlət orqanları, bələdiyyə qurumları namizədlərə, siyasi partiyalara təşviqat dövründə vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində, keçirilməsində yerlərin ayrılmasında kömək etməlidirlər.

MSK seckiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 250  yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində  2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılmışdı. IDI-nin uzunmuddətli muşahidəciləri 9 oktyabrdan başlayaraq bu yerlərin montitorinqini aparıblar. Muşahidələr əsasında məlum olub ki, əksər yerlərin sahəsi və ucqar məsafədə yerləşməsi seçicilərlə göruşlərin kecirilməsi üçün münasib deyil. Məsələn, 89 saylı Göyçay-Ağdaş secki dairəsinin ərazisində seçicilərlə görüş üçün ayrılan yer Göyçay rayonunda yerləşir və Ağdaş rayonundan olan seçicilər həmin əraziyə çox uzun məsafə qət etməlidirlər. Eyni hallar digər secki dairələrinin ərazisindəki acıq və qapalı yerlərin muşahidəsi zamanı qeyd alınıb. 
Əvvəlki parlament seckilərindən fərqli olaraq,  hazırkı seçkilər dövründə siyasi partiyaların yürüş-mitinqlər keçirməsi mumkun olmayıb. Ölkə üzrə yalnız 1 dəfə 25 oktyabr 2015-ci il tarixdə Bakı şəhərində yerləşən "Məhsul” stadionunda Musavat Partiyası 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədi İsa Qəmbərin seçicilər ilə görüşü üçün mitinq keçirib.

E. Çap, audovizual və digər təşviqat üsulları vasitəsilə seçkiqabağı təşviqatın təşkili

Seçki Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq təşviqat çap, audio, video yazılar həmçinin qanunla qadağan edilməyən digər üsullardan istifadə etməklə aparıla bilər. 

Əvvəlki seckilərdən fərqli olaraq bu seckilərdə deputatlığa namizədlər yeni medianın imkanlarından geniş istifadə ediblər. "Facebook”, "Youtube”, "Twiter” kimi sosial şəbəkələrdə namizədlərin təbliğatları aparılıb. Bu təşviqat usullarına muraciət edilməsinin digər bir səbəbi isə butun namizədlər üçün ödənişli təşviqat imkanlarının maddi baxımdan əlçatan olması, habelə televiziyaların təşviqat prosesində iştirak etməməsidir.

Namizədlər öz təşviqatlarını həmçinin veb portallar və informasiya agentliklərində də aparıblar. Məsələn, www.lent.az, www.qafqazinfo.az, www.musavat.com, APA və Trend informasiya agentliklərində namizədlərin muxtəlif xarakterli təşviqat materialları yerləşdirilib.

F. IDI-nin seçkiqabağı təşviqat kampaniyası uzrə muşahidələri

IDI ilə əməkdaşlıq edən muşahidəcilər ölkənin 87 secki dairəsi uzrə uzunmuddətli muşahidə zamanı seckiqabağı təşviqat kampaniyasının gedişində müxtəlif pozuntu hallarını qeydə alıblar.

IDI muşahidə etdiyi pozuntu hallarını aşağıdakı formada qruplaşdırıb:

a) İnzibati və maliyyə resurslardan  sui-istifadə halları
Bu cur qanun pozuntuları ilə bağlı daxil olan məlumatlar gostərir ki, son illərdə kecirilən seckilərdə
olduğu kimi bu seckilərdə də namizədlər secicilərin rəğbətini qazanmaq ucun muxtəlif qanunsuz
vasitələrdən istifadə ediblər. Belə ki, bəzi secki dairələrində namizədlər secicilərə əvəzsiz xidmətlər
gostərərək, onların yaşadıqları məhəllələrdə, yerli xarakterli yollarda abadlaşdırma və təmir işləri
həyata keciriblər. Butun bunlar isə Secki Məcəlləsinin 74-cu maddəsinin həmcinin İnzibati Xətalar Məcəlləsinin 39 və 42-1-ci maddəsinin tələblərinin pozulmasıdır.

• 37 Nizami birinci və 38 Nizami ikinci seçki dairəsi ərazisindən DSK-ların iştirakı ilə  22.10.2015 saat 10-00-da Gəncə İH rəhbərliyi ilə birgə GDU, ATU, ADAU-nun tələbə və müəllim heyətini bütünlüklə 40 saylı Kəpəz (Gəncə) ikinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi, Milli Məclisin deputatı Quliyev Musa İsa oğlunun təbliğat görüşünə aparıblar.

• 56 saylı Xaçmaz kənd seçki dairəsi ərazisində yerləşən Nərəcan kəndində YAP-ın namizədi İlham Əliyev üçün görüş təşkil edilib. Yalnız büdcə təşkilatlarının işçilərindən ibarət seçicilər görüşdə iştirak ediblər.

• Yerli hakimiyyətin bütün strukturları səfərbər olunaraq 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə YAP-ın namizədi Əhliman Əmiraslanovun adından Kürdəmir rayonunun Türkədi, Ərəbxana, Cərtiyaz kəndlərinin yollarına çınqıl tökülüb. 

• 57 saylı Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış bitərəf namizəd Belçikada Azərbaycan lobbisində fəaliyyət göstərən Müslüm Məmmədovu dəstəkləyir. Bütün yerli hakimiyyət sturukturları büdcə təşkilatlarında qapalı görüşlər keçirərək onu təbliğ edirlər.  

• 70 saylı Masallı şəhər dairəsindən namizəd, Milli Məclisin deputatı Nəriman Əliyevin 25.10.2015 tarixdə Masallıdakı görüşünə seçicilərin aparılmasını ərazi nümayəndələrinin və məktəb direktorlarının təşkil etdiyi müşahidə edilib.

• 115 saylı Şəki kənd seçki dairəsi ərazisinə daxil olan Orta Zəyzid kəndinin icra nümayəndəsi Mustafayeva Xuraman (24.10.2015 tarixdə) , Baş Kəldək icra nümayəndəsi Məsimov Cavanşir tərəfindən ( 27.10.2015 tarixdə) hazırda həmin dairədən MM-in üzvü olan namizədin xeyrinə müdaxilələr edir, Müsavat Partiyasının namizədi İkram İsrafilin  əleyhinə fəaliyyət göstərirlər. 

• Yeni Azərbaycan Partiyasının 5 saylı Şahbuz-Babək seçki dairəsindən namizədi Siyavuş Novruzovun oktyabrın 20-də Şahbuz şəhərindəki "Kino Araz” klubunda, oktyabrın 22-də  saat 14.00-da Babək rayon Cəhri kəndində (Görüşü  Cəhri, Payız və Aşağı Buzqov kəndlərinin inzibati ərazi nümayəndələri təşkil edib və şəxsən görüşdə iştirak ediblər ), oktyabrın 23-də Babək rayonunun Xal-xal, Vayxır, Sirab, Qahab kəndlərində seçicilərilə görüşündə inzibati resurslardan istifadə edilib. Əhali görüşə gəlmədiyi üçün Babək rayon İcra Hakimiyyətinin tapşırığı ilə həkimlər, tibb, təhsil,  mədəniyyət və digər dövlət müəssisələrində işləyən işçilər məcburi qaydada icra nümayəndələri tərəfindən görüşlərə cəlb edilib.

• 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizəd, BAXCP sədri Qüdrət Həsənquliyevin 20 oktyabrda 14.00-da Ordubad rayonunda seçicilərlə görüşünə məcburi qaydada  dövlət müəssisələrində işləyənlər, habelə tibb, təhsil və mədəniyyət işçiləri cəlb edilib. Bütün dövlət idarə və müəssisələrinə, icra nümayəndəliklərinə  Q.Həsənquliyevin təbliğatılnı aparmaq və ona səs vermək tapşırılıb. 

• 77 saylı Astara seçki dairəsi üzrə YAP-ın namizədi Rəşad Mahmudvun Pəlikəş və Kijəbə kəndlərində oktyabr ayının 10-da görüşünü Pəlikəş bələdiyyə sədri Xaqani Məmmədov, Kijəbənin icra nümayəndəsi Rəfail Babayev şəxsən təşkil etmişdir. Məktəb direktorları və bələdiyyə üzvlərini bu işə məcbur edərək işçiləri və onların qohum əqrabalarını görüşdə iştrak üçün məcbur etmişdir. Görüşlərdə icra başçısının müavini, namizədin qardaşı Allahverən Mahmudov şəxsən iştrak etmişdir. Oktyabr ayının 24-də isə Ağkörpü məktəbində valideyinlər gorüşü adıyla bütün icra numayəndəliyinin vəzifəli şəxsləri yıgışaraq seçki təbligatı aparıblar.

b) Namizədlərə bərabər imkanların yaradılmaması

Muşahidələrə əsasən bəzi secki dairələrinin ərazilərində namizədlər üçün bərabər şərait təmin edilməyib. Bu da Secki Məcəlləsinin namizədlər üçün bərabər şəraitin yaradılması haqqında tələblərinin pozulmasıdır: 

• 95 saylı Tərtər seçki dairəsindən müstəqil namizəd Şəhriyar Məcidzadənin məlumatına görə digər bitərəf namizəd və MM-in deputatı Sahib Alıyevin Hüsənli, Cəmilli, İrəvanlı, Düyərli kəndlərində keçirilən görüşlərində bələdiyyə sədrləri, məktəb direktorları, icra nümayəndələri iştirak edib. Bizim görüşlərimizə maneçilik törədiləndə isə DSK məlumatlandırılmasına baxmayaraq hadisənin qarşısını almayıb və ya almağa cəhd göstərməyib. Sahib Alıyevin və YAP-ın namizədi Surxay Mirzəyevin təşviqat plakatları məktəblərdə işləyən şəxslər tərəfindən təşviqat üçün ayrılmış yerlərə asılıb. Onların yağışdan qorunması üçün üzərinə başqa materialdan örtük çəkilib.

• 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə Vəhdət Partiyasının namizədi və sədri Tahir Kərimlini  Ağsulu bütün icra orqanlari və seçki orqanları təbliğ edir. Namizədin 10.10.2015 Bico kəndi, 11.10.2015 Qaraqoyunlu kəndi, 12.10.2015 Ərəbuşağı-Ağalarbəyli, 13.10.2015 İsmayıllı rayonu Qubaxəlilli, 14.10.2015 Padar və Qaraqaşlı, 15.10.2015 Kəndoba, Cəlayir, Abasxanlı, Hacıuşağı, 16.10.2015 Ərəbmehdibəy və Xəlilli, 18.10.2015 Aratlı-Curuğlu və Maşadqanlı, 20.10.2015 Növcü və Pirhəsənli, 22.10.2015 Təklə, Muradlı, Bozavand, Şahbəyli və Rəhimli , 23.10.2015 Daşdəmirbəyli, Ağarx, Ağabəyli, 24.10.2015 Nuran və Nüydü, 25.10.2015 Qəşəd və Ləngəbiz, 26.10.2015 Padarçöl və İlxıçı kəndlərində görüşləri olmuşdur, bu görüşlərə kənd icra nümayəndələrəi cəlb olunaraq öz resuslarindan istifadə edib insanlari toplayiblar. Namizədlərdən yalnız Tahir Kərimliyə kəndlərdə qapalı zal verilir, müxalif namizəd olan Zəka Sahib və Yaqub Babalıya isə yalnız açıq havada kənd meydanı verilir.

• 23 saylı Nəsimi-Səbail seçki dairəsində namizəd Azər Qasımlı tərəfindən seçki hərəkətləri edərkən DSK qanunvericiliyin tələbinə uyğun olaraq sənədlər vaxtında qəbul edilmir, süründürməçiliyə yol verilir.  DSK sədri sanki yuxarıdan bir əmr gözləyir hər məsələ ilə bağlı. Qanunun tələbini həmən yerinə yetirmir, hər səfər hər məsələ ilə bağlı deyir ki, sabah araşdırıb deyərəm. Məsələn namizəd  vəkil təyin edir, DSK sədri deyir sabah dəqiq deyərəm qəbul edib-etməyəcəyimizi.  Yəni işi uzadır hər zaman.
• 33 saylı Xətai birinci seçki dairiəsində YAP-ın namizədi Hüseynbala Mirələmova orta məktəb və uşaq bağçalarının akt zalında görüş keçirdiyi halda, digər namizədlərə MSK-nin ayırdığı iki yerdə görüş keçirmək izini verilib.

c) Seçkiqabağı təşviqat dövründə təzyiqlər

Seckiqabağı təşviqat dövründə secki iştirakçılarına, xüsusən də namizədlərə təzyiq halları qeydə alınıb. Bu cur hallar əsasən namizədlərin görüşü zamanı seçicilərə qarşı, habelə namizədlərin təşviqat materiallarının yapışdırılması ilə bağlı olub. Bu isə Secki Məcəlləsinin 55-ci maddəsinin tələblərinin pozulmasıdır:

• 55 saylı Xaçmaz şəhər DSK sədri Bəhram Ömərov həmin dairədən Müsavatın namizədi Söhrab Əmrahovun təbliğatına süni əngəllər yaradır: ondan hara gedəcəyi barədə 24 saat əvvəl məlumat verməsini, görüşlərin qrafikini əvvəlcədən dairəyə təqdim etməsini tələb edir.  Söhrab Əmrahov onunla görüşə gələn seçicilərə təzyiq ehtimalının böyük olması səbəbindən bu qanunsuz tələbləri yerinə yetirməkdən imtina edir. 

• 23.10.2015 tarixdə saat 15:30-da Müsavat Partiyasının 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizədi Xasay Fərzullanın rayonun Gəyəçöl kəndindəki görüşdən sonra namizəd seçicilərinin dəvəti ilə kənd çayxanasına gedib. Bu zaman kənd Ərazi nümayəndəsi  Afərin Şükürov namizədə yaxınlaşıb görüşün bitdiyini xatırladaraq çayxananı tərk etməsini tələb edib. Kənd ictimaiyyətinin müdaxiləsindən sonra bir qədər uzaqlaşsa da, təkrar yaxınlaşaraq namizəddən kənddən çıxıb getməsini tələb edib.
 
• 63 Sabirabad seçki dairəsindən Azadlıq-2015 seçki blokunun namizədi Pənah Hüseyn  28.10.2015-də  keçirilən görüşündə onun təbliğatçılarına və müşahidəçiərinə pul təklif olunduğunu dilə gətirib.

d) Təşviqat materiallarının məhv edilməsi

IDI ilə əməkdaşlıq edən muşahidəcilər təşviqat dövründə məlumat lövhələrində, yol kənarlarında, xususi mulkiyyətdə olan obyektlərdə və digər yerlərdə namizədlərə aid təşviqat materiallarının məhv edilməsini muşahidə ediblər:

• Müşahidəçi 102 saylı Şəmkir-Samux seçki dairəsindən deputatlığa namizəd Etibar Ələkbərovun plakatlarını 23.10.2015 tarixdə 1,2,3,4,5,6,7,8,12,13 saylı məntəqələrinin təşviqat lövhələrindən çırılmış şəkildə aşkar edib. 28.10.2015 tarixdə isə təşviqat plakatları dairə üzrə bütün məntəqələrin təşviqat lövhələrindən yığışdırılmışdır.

• 55 saylı DSK sədri Bəhram Ömərovun göstərişi ilə Müsavat Partiyasının namizədi Söhrab Əmrahovun  "zalımlara divan tutulan vaxt olacaqdır” cümləsinə görə təşviqat materialları seçki məntəqələrinin qarşısındakı lövhələrdən çıxarılıb.

• 113 saylı Şəki şəhər seçki dairəsinin bütün ərazisində yalnız bir namizəd (YAP`ın nümayəndəsi) Yaqub Mahmudova aid təşviqat materialları asılıb. Bu halın yaranmasının səbəbi kimi həmin dairənin 16 və 17 saylı məntəqələrində YAP`ın namizədindən başqa bütün namizədlərin plakatlarının cırılması müşahidə olundu.

• 18 saylı Nərimanov-Nizami seçki dairəsindən NİDA Vətəndaş Hərəkatının namizədi Ramin Hüseynovun demək olar ki, bütün lövhələrdə plakatlar cırılıb. Təkrar yapışdırılmadan sonra da 3, 5, 17,18  13.1 4, 25 ,26 saylı məntəqələrdə təşviqat materialları yenidən qopardılıb.

Namizədə təşviqat materiallarında NİDA logosunu qoymağıyla bağlı DSK sədri tərəfindən təzyiq olunub. Bir neçə dəfə israr və təkidlə plakatları dəyişdirmək tələb olunub. 

• 33 saylı Xətai birinci seçki dairəsindən namizəd, D18 hərəkatının sədri Ruslan İzzətlinin təşviqat plakatları dairənin mərkəzi yerlərində xüsusilə Sarayev və  M.Rüstəmov küçələrində, Kənd Əhmədlinin mərkəzi yerlərində yerləşən löhvələrdə cırılıb. Xüusisu kampaniya olduğu ondan görünür ki, yalnız onun təşviqat materialları cırılıb.

• 22 saylı Nəsimi ikinci seçki dairənin ərazisində 3,4,10,23,24,25 saylı məntəqələrə aid lövhələrdə namizəd Rəşid Mansurovun plakatlar cırılıb.

VII. MEDİA 

Seçkiqabağı mühiti nəzərdən keçirərkən müstəqil medianın üzləşdiyi vəziyyət xüsusilə narahatlıq doğurur. Ölkədə olan TV-lər tamamilə hakim siyasi qüvvənin nəzarəti altındadır. Mövcud TV-lərdən 3 kanalla efirdə olan AZTV və  İTV birbaşa dövlətdən maliyyələşir, yerdə qalan 5 TV kanalı isə hakim elitaya bağlı hesab olunur və serial çəkimlərinə dəstək adı altında müxtəlif dövrlərdə büdcə yardımları alır. Bu TV-lərdə xəbərlər daim təktərəfli və təbliğat xarakterlidir, aktual ictimai-siyasi debatlılıq yoxdur, canlı yayımlarına ictimai müzakirələr aparılmır,  müxalif və ya tənqidi fikir söyləyən müstəqil şəxslərin üzünə qapalıdır. 

Bir-iki çap mediası istisna olmaqla KİV-lərin fəaliyyəti senzuralaşmışdır. IDI  medianın seçkilərdə fəaliyyətini qiymətləndirmək üçün monitorinq aparmış və birinci dövr üçün nəticələri 07 oktyabr 2015-ci il tarixdə açıqlamışdır.   Həmçinin ikinci dövr üçün monitorinqin nəticələrini isə 30 oktyabr 2015-ci il tarixdə yayımlamışdır.

VIII. ŞİKAYƏT VƏ MÜRACİƏTLƏR

IDI seçkilərə rəsmi start verildikdən sonra MSK-da və məhkəmələrdə şikayət və müraciətlərin baxılmasının monitorinqini aparır və 1 sentyabr - 27 oktyabr 2015-ci il tarixli müddət ərzində baxılmış şikayətlər üzrə monitorinqin ilkin nəticələrini 29 oktyabr 2015-ci il tarixdə təqdim edib. Monitorinq aparılan zamanı MSK və məhkəmələrin iclasları izlənilmiş, verilmiş qərarlar təhlil edilmiş, iddiaçı və cavabdeh tərəflərin mövqeləri öyrənilmişdir. 

IX. MÜŞAHİDӘÇİLӘR

A. Yerli müşahidəçilər

Seçki Mәcәllәsi beynәlxalq vә yerli seçki müşahidәsinin aparılmasını nәzәrdә tutur. Yerli müşahidәçilәr fərd vә ya qeydiyyatdan keçmiş namizəd, partiya vә ya seçkilər sahәsindә fәal QHT nümayәndəsi kimi qeydiyyata alınırlar. MSK bütövlükdә ölkәdә müşahidә aparmağı arzulayan müşahidəçilәri qeydiyyata alır, DSK-lar isә mәhz öz dairəsində müşahidә aparacaq müşahidəçilərin akkreditasiyası ilә mәşğuldur. 

MSK rəsmi məlumatına görə onun tərəfindən ölkə üzrə 2619 yerli müşahidәçi və DSK tərәfindən 63000 müşahidəçi qeydiyyata alınıb.  

Әn böyük yerli müşahidə təşkilatlarından biri kimi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli son prezident seçkilərindən sonra ağır ittihamlarla həbs olunsa da, yerli və beynəlxalq ictimaiyyət onu siyasi və vicdan məhbusu kimi tanımışdır. SMDT-nin məruz qaldığı basqılar nəticəində təşkilat bu ilki seçkilərin müşahidəsindən kənarda qalmışdır. 

Həmçinin vətəndaş cəmiyyətinin üzləşdiyi ciddi huquqi-siyasi problemlər səbəbilə seçkilərə dair təcrübəsi olan yerli QHT-lər də bu seçkiləri müşahidə etməkdən məhrum olmuşdur. 
_______________________________________

Müşahidəçilərin qeydiyyatı zamanı bir sıra problemlər yaradılmışdır:

• 57 sayli Kürdəmir DSK müşahidəçilərin sənədlərini qəbul etməyib.Müavat Partiyasının namizədi Abişov Vilayət sənədləri 26.10.2015 ci il saat 10 radələrində təqdim etsə də DSK sədri Şərbala Səfərov bizlik deyil, MSK sistemi bağlayıb deyərək qəbul etməkdən imtina etmişdir. 

• 1 saylı Masallı kənd DSK-sı Müsavatın qeydə alınmış namizədi Xasay Fərzullanın 42 məntəqəyə təyin etdiyi məşvərətçi səs hüquqlu komissiya üzvlərini 15.10.2015 tarixdə təsdiq edib vəsiqə ilə təmin etsə də, MSK-nın göstərişilə 26.10.2015 tarixdə namizədə üzvlərin səlahiyyətinə xitam verildiyini söyləmişdir (bu barədə yazılı olaraq rəsmi qərar təqdim edilməmişdir).

• Siyasi partiyanın 60-dan çox dairədə namizədi qeydə alınmadığı əsas götürülərək DSK və MSK tərəfindən siyasi partiya tərəfindən verilmiş məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təsdiqindən qanunsuz olaraq imtina edilmişdir. Məsələn 21 saylı Nəsimi birinci seçki dairəsindən Ümid Partiyasının namizədi Günel Səfərova eyni qərarla üzləşmişdir. G.Səfərova barəsində MSK qərarından sonra bütün DSK-lara anoloji halın aradan qaldırılması göstərişi verilmişdir. Seçkidə MSK tərəfindən exit-poll keçirmək üçün 4 təşkilat qeydiyyata alınmışdır. Lakin ictimai rəydə həmin qurumların keçirəcəyi sorğunun obyektivliyinə ciddi şübhələr vardır.

B. Beynəlxalq müşahidəçilər 

Beynəlxalq  miqyasda seçkilərə dair əsas mandatı olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə etmək istəsə də, Azərbaycan Hökumətinin irəli sürdüyü şərtlər sonradan onların müşahidə etməkdən imtinasına səbəb olmuşdur. ATƏT Parlament Assambleyası da DTİHB-nun mövqeyini dəstəkləyərək müşahidə missiyası göndərməkdən imtina etmişdir. 

Həmçinin Avropa Parlamenti  Azərbaycandakı siyasi vəziyyəti və insan haqları problemlərinə diqqət çəkməklə daha öncə qərar çıxararaq Avropa Birliyinin rəsmi strukturlarını müşahidə missiyası göndərməkdən çəkinməyə çağırmışdır.

Nəticədə yalnız Avropa Şurasınının Parlamen Assambleyasının (AŞPA) missiyası seçkiləri müşahidə edəcəkdir. Lakin yerli və beynəlxalq ictimaiyyətdə AŞPA-nın missiyasının seçkiləri obyektiv və professional müşahidə edəcəyi barədə ciddi şübhələr mövcuddur. 

Beləliklə, MSK-nın rəsmi rəqəminə görə AŞPA missiyası da daxil adı geniş ictimaiyyətə bəlli olmayan 40 təşkilatdan, 57 ölkəni təmsil edəcək 501 beynəlxalq müşahidəçi seçkiləri müşahidə edəcəkdir. 

X. NƏTİCƏLƏR VƏ TÖVSİYƏLƏR

IDI Parlament seckiləri gedişinin ikinci mərhələsilə bağlı aşağıdakı nəticələrə gəlir:

•  Secki Məcəlləsinə son illərdə edilmiş məhdudlaşdırıcı  əlavə və dəyişikliklər ölkədə secki təcrübəsinin təkmilləşdirilməsinə imkanlar yaratmayıb. Əksinə namizədlərin təşviqat aparma imkanlarını ciddi məhdudlaşdırıb. 

• MSK öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirib. Lakin seçki qabağı təşviqat zamanı namizədlər üçün bərabər şəraitin yaradılmasını təmin edə bilməyib. 

• Seckiqabağı təşviqat prosesində siyasi azadlıqların, xüsusilə ilə söz və mətbuat azadlığı və sərbəst toplaşmaq azadlığının təmin olunması yönündə irəliləyişlər baş verməyib.

• Seckiqabağı təşviqat prosesi yerli icra orqanlarının secki prosesinə mudaxilələri, müxalif namizədlərə onların təşviqatçılarına qarşı təzyiqlər, inzibati resurslardan istifadə halları, namizədlər arasındakı bərabərlik prinsipinin pozulması ilə muşayiət olunub.

• Bəzi secki dairələrində secici siyahılarında yenilənmələr aparılmayıb və secki məntqələrində köhnə siyahılar asılıb.
• Yerli muşahidəcilərin qeydiyyatı prosesi uzrə yubanmalar və məhdudiyyətlər qeydə alınıb.

 IDI Parlament seckiləri gedişinin ikinci mərhələsində gəlinən nəticələrə əsasən aşağıdakıları təklif edir: 

• Yerli və beynəlxalq təşkilatlarının cağırışlarına diqqət yetirilməli, ölkədə qarşılıqlı etimad mühitinin yaradılması üçün siyasi və vicdan məhbusu kimi tanınan şəxslər həbsdən azad edilməlidir;

• Seçki huququnu pozan butun şəxslər, xüsusən də bü işlərdə iştirak etmiş dövlət və bələdiyyə orqanlarının vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır.
• Secki komissiyaları secki gunu muşahidəcilərə secki prosesini normal şəraitdə müşahidə etmək üçün şərait yaratmalıdır;
• Secki komissiyaları secki iştirakcılarına təzyiqlərin baş verməməsi üçün Seçki Məcəlləsilə üzərində düşən vəzifələri yerinə yetirməlidir.
• Seçki günü səsvermə və səslərin sayılması proesinə yerli icra orqanları və digər strukturların kənar mudaxilələrinin qarşısının alınması üçün hakimiyyət siyasi iradə numayiş etdirməlidir.

IDI İdarə Heyəti
Bakı şəhəri, 30 oktyabr 2015-ci il
Ünvan: Azərbaycan, Bakı, AZ 1026, Nobel pr-ti 84/9
Tel: (+994 55) 234 76 76;