"Koalisiya parçalansa, bunu hökumətlə əlaqələndirəcəklər" - Akif Qurbanov

11-05-2016 09:33
Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanovun "Kanal 13 TV"-nin Aktual verilişinə müsahibəsi 

Akif Qurbanov: "Əsas məqsədim bu QHT Koalisiyasının hökümətin təsiri altına keçməsinə qarşı mübarizədir"

"MSŞA koalisiyasında əvvəlki idarə heyəti üzərinə düşən müəyyən işləri layiqincə yerinə yetirə bildi. Lakin müəyyən sahələr də vardı ki, orda aktivlik göstərilməmişdi. MSŞA koalisiyasında iştirakımın əsas məqsədi bu QHT Koalisiyasının hökümətin təsiri altına keçməsinə qarşı mübarizə aparmaqdır. 
Bəziləri deyir ki, MSŞA-yə son seçkilər azad və şəffaf olub lakin ola bilsin ədalətsiz olub. Mən MSŞA-da vəd verdiyim şəxslərə səs vermişəm. Şuranın tərkibi siyasiləşməyib bu iddia yersizdir. Bunun baş verməsini nə mən nə də, Oqtay Gülalıyev istəyərdi. Biz hazırda tərəflər arasında uzlaşma əldə etməyə çalışırıq. 
Azərbaycanın MSŞA Beynəlxalq Koalisiyada statusu geri qaytarılmalıdır və hökumət üzərinə düşən öhdəlikləri yerinə yetirilməlidir. MHŞT Koalisiyası parçalansa bunu hökümətlə əlaqələndirəcəklər".