Missiyamız

Təşkilatın fəaliyyətinin əsas məqsədi demokratik cəmiyyətin formalaşdırılmasında mühüm rol oynayan təsisatların inkişaf etdirilməsi, vətəndaş cəmiyyəti və seçki institutlarının səviyyəsinin yüksəldilməsi, yerli özünü idarəetmənin təkmilləşməsi, ölkənin sosial-iqtisadi və humanitar inkişafına və insan huquqları və ifadə azadlığının təmininə töhfə verilməsi, habelə bütün sahələrdə şəffaflığın bərqərar olması, problemlərin həllində gənclərin və qadınların rolunun artırılması, konfliktlərin dinc yolla həlli istiqamətində sülh və barışın qorunması və cəmiyyətin demokratik dünyaya inteqrasiyasına yardım etməkdən ibarətdir.


IDI aşağıdakı istiqamətlər üzrə fəaliyyət gostərir:
  • • Demokratik təsisatların formalaşdırılmasına yardım etmək;
  • • Vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaq və vətəndaş iştirakçılığını təşviq etmək;
  • • İdarəetmədə şəffaflığın təmin olunmasına kömək etmək;
  • • Hüququn aliliyi prinsipinin qorunması və qanunvericiliyin demokratik əsaslarda legitim məqsədə xidmət edəcək şəkildə formalaşmasına töhfə vermək;
  • • Liberal islahatların həyata keçirilməsinə təkan vermək;
  • • İnsan hüquq və azadlıqlarının təmin olunmasına çalışmaq;
  • • Söz və mətbuat azadlığı da daxil olmaqla, ümumən ifadə azadlığının təmininə yardım etmək;
  • • Azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə yardım etmək;
  • • Seçən və seçilən tərəflərlə mütəmadi işləmək və onlar arasında qarşılıqlı görüş və tədbirlərin keçirilməsinə nail olmaq, seçkili orqanların fəaliyyətini araşdırmaq, tədqiq etmək və təkliflər hazırlamaq;
  • • İdarəetmədə qadın və gənclərin təmsilçiliyinin artırılmasına dəstək vermək:
  • • Cəmiyyətdə humanizmi, bəşəri dəyərləri və sülhü təbliğ etmək;
  • • Konfliktlərin dinc yolla həllinə dəstək vermək.