Mülkiyyət hüququ ilə bağlı araşdırma sənədi

20-08-2019 18:20
Mülkiyyət hüququ ilə bağlı araşdırma sənədi
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupu Avropa Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı Azərbaycan barəsində çıxardığı qərarlar və onların icrası vəziyyətinə dair araşdırma sənədi hazırlayıb.
 
Araşdırma sənədi  Avropa Məhkəməsi tərəfindən mülkiyyət hüququna dair çıxarılan qərarlarla bağlı vəkillər və şikayətçilərdən alınmış məlumatların nəticələrinə əsaslanıb. 

Sənəddə mülkiyyət hüququ və Avropa Məhkəməsinin qərarlarının Azərbaycan qanunvericilik sistemində yeri ilə bağlı hüquqi şərait, Avropa Məhkəməsinin qərarlarının hüquqi təbiəti  və onun icrasının hüquqi əsasları və  daxili icra mexanizmləri ilə bağlı hüquqi sərhədlərə toxunulub.  
 
37 qərarla bağlı araşdırmalar nəticəsində məlum olan 33 qərarda göstərilən kompensasiyaların dövlət tərəfindən ödənilmə vəziyyəti, 29 qərarla bağlı daxili məhkəmə qərarlarının icra vəziyyəti  də hesabatda təsvir olunub. 
 
Araşdırma zamanı A İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququ barədə çıxardığı qərarların və daxili qanunvericiliyin analizi əsasında mövcud boşluqlar və tövsiyələr göstərilib. 
 
Təqdim edilən araşdırma sənədi Avropa məhkəməsinin  mülkiyyət hüququ ilə bağlı Azərbaycan barəsində çıxardığı qərarlar və onların icrası vəziyyətini əhatə edən sənəd olduğundan böyük əhəmiyyət kəsb edir.