MSK-da mübahisə: "Mən Azər Qasımlının vəkili deyiləm, amma..." - SƏS YAZISI
18-11-2015 00:10

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Akif Qurbanov bu gün - noyabrın 17-də deputatlığa namizəd, REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının şikayəti ilə bağlı çıxış edib.
MSK sədri Məzahir Pənahov A.Qurbanovun çıxışını kəsərək: "Siz Azər Qasımlının vəkili kimi danışırsınız", - deyib.
A. Qurbanov isə: "Mən Azər Qasımlının vəkili kimi danışmıram, vəziyyətin obyektiv üzə çıxmasının tərəfdarıyam. Nəyi danışıb-danışmayacağımı özüm müəyyənləşdirirəm", - deyə MSK sədrinə etiraz edib.
Həmin çıxışın səs yazısını təqdim edirik: