Seçki fəallığı: MSK ilə IDI-nin fərqli rəqəmləri
11-02-2020 18:51

IDI-nin rəqəmləri ilə MSK-nın rəqəmləri kəskin fərqlənir
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) 33 seçki dairəsi üzrə apardığı müşahidələr əsasında saat 10:00-a qədər olan seçki fəallığı Mərkəzi Seçki Komissiyasının (MSK) həmin dairələr üzərində açıqladığı rəqəmlərdən kəskin fərlənir.
Belə ki, IDI-nin 33 seçki dairəsi üzrə apardığı müşahidələr əsasında saat 10:00-a olan seçici fəallığı 3.1% olduğu halda, MSK bu rəqəmin 10.1% olduğunu açıqlayıb.
IDI-nin saat 12:00-a olan seçici fəallığı ilə bağlı açıqladığı rəqəmlərlə də MSK-nın rəqəmləri arasında bu fərq aydın görünür.
MSK saat 12:00-a qədərki fəallığın 23.1% olduğunu açıqlasa da, İDİ bu rəqəmin 9.1% olduğunu müşahidə edib.
IDI-nin saat 15:00-a olan seçici fəallığı ilə bağlı apardığı müşahidələr də MSK-nın açıqladığı rəqəmlərlə müqayisə olunub. Məlum olub ki, MSK saat 15:00-a qədərki seçki fəallığını 39.9% göstərsə də, bu rəqəm 14% olub.
IDI 33 seçki dairəsi üzrə apardığı müşahidələr əsasında saat 17:00-a olan seçici fəallığını açıqlayıb. Rəqəmlər MSK-nın açıqladığı 33 seçki dairəsi üzrə müqayisə olunub.
Bu rəqəmlər də MSK-nın rəqəmlərindən kəsink fərqlənir. Belə ki, seçici fəallığının 37.7% olduğunu bildirsə də, əslində, seçici fəallığı 18.3% olub.
Yekun olaraq, saat 19:00-a olan seçici fəallığı da müşahidə edilib. Lakin 2 saatdan artıq vaxt keçməsinə baxmayaraq, MSK hələ də rəqəmləri açıqlamayıb.