Şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsinə dair araşdırma sənədi

06-08-2019 19:45
Şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsinə dair araşdırma sənədi
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupu Azərbaycanda  şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsi qanunvericiliyi ilə bağlı araşdırma aparıb və hesabat yayıb.

Araşdırmada əsas məqsəd ölkədə şəxsi həyatın toxunulmazlığının pozulması və fərdi məlumatlardan illeqal istifadəyə dair faktların toplanılması və hüquq pozuntularının istiqamətinin müəyyən edilməsidir.

Hesabatda  şəxsi həyatın toxunulmazlığı çərçivəsində fərdi məlumatların toplanılması, istifadəsi və qorunması ilə bağlı yerli və beynəlxalq qanunvericilik aktları, Avropa Məhkəməsi təcrübəsi, Azərbaycandakı mövcud vəziyyətin təhlili, nəticə və tövsiyələr öz əksini tapır.

Tədqiqat müddətində müşahidə, təsviretmə, ölçmə kimi elmi araşdırma metodlarından istifadə olunub. 

Mənbə qismində sosial şəbəkələr (Facebook) və onlayn media (Google və YouTube) üzərindən paylaşılan xəbərlərə istinad edilib. 

Araşdırma obyekti olaraq fərdi məlumatların qorunma öhdəliyi daxil olan dövlət orqanları və kommersiya təşkilatları seçilib.