Azərbaycanda Siyasi Motivli İnzibati Həbslərin Monitorinqi (2020-2021) - Hesabat

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc Hüquq Müdafiəçilər" təlimlər proqramının məzunu “Azərbaycanda Siyasi Motivli İnzibati Həbslərin Monitorinqi (2020-2021) - Hesabat” hazırlayıb.

Hesabatda inzibati həbs anlayışını tənzimləyən yerli və beynəlxalq qanunvericiliyin təsviri, 2020-2021-ci illərdə baş vermiş siyasi motivli inzibati həbslərin statistikası və beynəlxalq təşkilatların bu həbslərə reaksiyası yer alır.

Apardığımız araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2020-2021-ci illərdə 88 nəfər siyasi motivlər əsasında inzibati qaydada həbs edilib. Bunlardan 57 nəfəri AXCP üzvü, 6 nəfəri isə müxtəlif media orqanlarından olan və ya müstəqil fəaliyyət göstərən jurnalistlər olub.

Siyasi motivli inzibati həbslərdə tətbiq olunan maddələrə baxdıqda isə görə bilərik ki, müntəzəm olaraq sui-istifadə olunan maddələr İnzibati Xətalat Məcəlləsinin  535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) və 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələridir.

Qeyd olunan məsələlərlə əhatəli şəkildə tanış olmaq üçün aşağıdakı linkdən hesabatımıza baxa bilərsiniz.