en
  • Haqqımızda
    • Haqqımızda
    • Missiyamız
    • Biz kimik
    • Biz nə edirik
  • Hüquqi yardım
    • Yerli
    • Beynəlxalq
  • Media
    • Mediada biz
    • Video
  • Nəşrlər
    • Hesabatlar
    • Araşdırmalar
    • Kitablar
  • Əlaqə

  1. Home
  2. Hesabatlar
22 Sentyabr 2022

İİV-lə Mübarizədə Sağlamlıq Hüququnun Təminatına dair Araşdırma Sənədi

İİV-lə Mübarizədə Sağlamlıq Hüququnun Təminatına dair Araşdırma Sənədi

Demokratik Təşəbbüslət İnstitutu “İİV-lə mübari̇zədə sağlamlıq hüququnun təmi̇natına dai̇r” araşdırma sənədi̇ hazırlayıb.

İnsan immunçatışmazlığı virusunun (İİV) ictimai səhiyyə problemi olmaqla yanaşı, həm də Beynəlxalq İnsan Hüquqları Hüququ (BİHH) tərəfindən tanınan sağlamlıq hüququnun tərkib hissəsidir. İnsan hüquqlarının təşviqi və müdafiəsi İİV-in yayılmasının qarşısının alınması və xəstəliyin sosial-iqtisadi təsirinin azaldılması üçün olduqca vacibdir. 

Bu tədqiqatın məqsədi Azərbaycanda İİV-in törətdiyi xəstəliklə mübarizə strategiyasına dair qanunvericiliyin və onun tətbiqini sağlamlıq hüququnun kontekstində qiymətləndirilməsidir. Araşdırmanın metodologiyası beynəlxalq və milli hüququn nəzərdən keçirilməsi, beynəlxalq monitorinq mexanizmlərinin Azərbaycan Respublikasına dair qiymətləndirmələrinin müəyyənləşdirilməsi, mətbuat monitorinqi və dövlət orqanlarına müvafiq sorğular verərək məlumatların əldə edilməsinə əsaslanır. 

Qanunvericiliyin monitorinqi zamanı müəyyən edilib ki, Azərbaycan Respublikası İİV-lə mübarizəyə dair müvafiq qanunvericilik bazası qəbul edib və bir sıra dövlət təminatları müəyyən edilib. Lakin qanunvericiliyin beynəlxalq standartlara müvafiqliyinin analizi nəticəsində aşağıdakı boşluq və problemlər müəyyən edilib:

  • strateji plan İİV-lə mübarizədə iştirakçılıqla əlaqədar təminatları detallaşdırmır;
  • İİV qanunvericiliyi effektiv icma əməkdaşlığına dair aydın müddəalar müəyyənləşdirmir;
  • İİV qanunvericiliyi İİV-in spesifik ehtiyaclarına uyğun olaraq qanunvericiliyin və qanunaltı normativ sənədlərin dövri olaraq nəzərdən keçirilməsinə dair mexanizmlər nəzərdə tutmur;
  • Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində yoluxmuş pasiyentlərin bu barədə bilərək (qəsdən) məlumat verməməsi (cinayət) yaxud müayinə və müalicədən (inzibati) yayınması ilə əlaqədar sanksiyalar müəyyənləşdirilir. Lakin belə sanksiyalar kontekst nəzərdə tutulmadan tətbiq edildiyi hallarda pasiyentlər üçün ağır nəticələr yaradır. Belə problemlərin yaranmaması məqsədilə cinayət və inzibati qanunvericilik aydınlaşdırılmalı və dəqiqləşdirilməlidir. Ancaq hazırda qüvvədə olan pozitiv cinayət və inzibati xətalar hüququ bu cür aydınlığa malik deyil;
  • İİV-lə mübarizədə anti-diskriminasiyaya dair təminatlar qanunvericilikdə ümumi xarakter daşıyır və bunların məhz hansı mənaya gəldiyi normativ səviyyədə dəqiqləşdirilməlidir;

Qanunvericiliyin praktik icra vəziyyətinin monitorinqi isə aşağıdakı problemlər müəyyən edib: 

  • Azərbaycanda hazırda İİV Mərkəzi yalnız Bakı şəhərində fəaliyyət göstərir. Buna görə də həmin Mərkəzin lazımi səviyyədə xidmət təmin etməsi sual altındadır;
  • Anti-diskriminasiya və  sosial-psixoloji ayrı-seçkiliklə əlaqəli dövlət orqanları maarifləndirmə öhdəliyini formal səviyyədə icra edirlər;
  • Pasiyentlərlə bağlı statistikanın hazırlanmasında ziddiyyətlər mövcuddur;
  • Penitensiar müəssisələrin şəffaflıq səviyyəsi arzuolunan vəziyyətdə deyil. Ona görə də Ədliyyə Nazirliyinin tibbi yardım və tibbi xidmətlə bağlı təqdim etdiyi məlumatların səhihliyini alternativ yollarla yoxlamaq imkanları məhduddur;
  • İİV qanunvericiliyinin icrasına müstəqil Ombudsman nəzarəti də arzuolunan səviyyədə deyil. Problemin həssaslığını nəzərə alaraq Ombudsman institutu nəzdində bu sahəyə nəzarət edən spesifik işçi qrupun yaradılmasına zərurət var;
  • İİV qanunvericiliyinin icrası məqsədilə icma əməkdaşlığı qanunvericilikdə müsbət təcrübəyə uyğun təsbit edilmədiyindən, bu sahədə praktikada da problemlər mövcuddur;
  • QHT qanunvericiliyinə gətirilmiş məhdudiyyətlər İİV pasiyentlərinin öz hüquqlarını realizə etməsinə əlavə maneələr yaradır.

Qeyd olunan məsələlər araşdırma sənədində əhatəli şəkildə araşdırılaraq, sonda tövsiyələr verilmişdir.  


 

Sənədlə buradan tanış ola bilərsiniz.

Bunu paylaş

Sonuncu hesabatlar

Azərbaycanda Nikah və Boşanmaların Statistik Göstəricilərinin Təsviri və Ailə Planlamasına dair Tədqiqat

Azərbaycanda Nikah və Boşanmaların Statistik Göstəricilərinin Təsviri və Ailə Planlamasına dair Tədqiqat

Ətraflı
Əlilliyi olan Şəxslərin Cəmiyyətə İnteqrasiyası: Çətinliklər və Gözlənilməli olan Kriteriyalarına dair Tədqiqat

Əlilliyi olan Şəxslərin Cəmiyyətə İnteqrasiyası: Çətinliklər və Gözlənilməli olan Kriteriyalarına dair Tədqiqat

Ətraflı
Bakı Şəhərində Evsiz Şəxslərin Qarşılaşdığı Qida Çatışmazlığı və Qida Zəhərlənməsi Problemlərinə dair Tədqiqat

Bakı Şəhərində Evsiz Şəxslərin Qarşılaşdığı Qida Çatışmazlığı və Qida Zəhərlənməsi Problemlərinə dair Tədqiqat

Ətraflı

Etiketlər

Abunə olun

logo_white

About Us

The Institute for Democratic Initiatives (IDI) was established on November 5, 2013 by a group...

Bizə zəng edin

+994 50 435 95 42

Sonuncu hesabatlar

  • Azərbaycanda Nikah və Boşanmaların Statistik Göstəricilərinin Təsviri və Ailə Planlamasına dair Tədqiqat
  • Əlilliyi olan Şəxslərin Cəmiyyətə İnteqrasiyası: Çətinliklər və Gözlənilməli olan Kriteriyalarına dair Tədqiqat

Sonuncu Araşdırmalar

  • Azərbaycanda Vətəndaş Cəmiyyəti Qurumlarının Fəaliyyətinə Məhdudiyyətlərlə bağlı Rəy Yazısı
  • Müqayisəli Təhlil əsasında Azərbaycanda Sosial İşin Tədrisinə dair Rəy Yazısı

Bizi araşdırın

  • About Us
  • Əlaqə
  • Mediada biz
  • Video