Demokratik Təşəbbüslər İnstitutunun Azərbaycanda İnsan Hüquqları vəziyyəti ilə bağlı bəyanatı

Demokratik Təşəbbüslər İnstitutu bəyan edir:

2022-ci ildən İşçi masası üzvlərinin həbsi ilə başlayan ictimai fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasətçilərin, dini inanclıların təqibi və 2023-ci ilin noyabrında AbzasMedianın əməkdaşlarının həbsi ilə kəskinləşən, 2024-cü ilin martında Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşları və III Respublika Platformasının üzvlərinin həbsi ilə geniş vüsət alan repressiya dalğası getdikcə daha da şiddətlənir. Ölkədə müstəqil fikirli hüquq müdafiəçilərinin, jurnalistlərin və ictimai fəalların həbsinin davamı, Meydan TV-nin az qala bütün əməkdaşlarının, o cümlədən Siyasi Menecment İnstitunun rəhbərinin həbsə atılması şəraitində hazırda Azərbaycanda vəziyyət tamamilə insan haqları böhranı şəklini alıb.
Repressiya dalğasının hədəfinə çevrilmiş Demokratik Təşəbbüslər İnstitutu siyasi məhbus sayının 330 nəfərə çatdığı indiki misli görünməmiş ağır şəraitdə insan haqlarının müdafiəsi ilə bağlı uzun illərdir göstərdiyi fəaliyyətinə əzmkarlıqla davam etmək iradəsini bir daha bəyan edərək həbs təhlükəsi ucbatından dünyanın müxtəlif ölkələrinə səpələnmiş, vətənimizdə baş verən insan haqları faciələrinə biganə olmayan həmvətənlərimizi bizimlə birlikdə həmkarlarımızın azadlığı üçün mübarizəyə çağırır!

Hazırda cinayət təqibi altında həbsdə olan vətəndaş cəmiyyəti üzvlərinin, media təmsilçiləri və siyasi fəalların siyahısı:

1. Afiəddin Məmmədov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası üzvü
2. Akif Gurbanov, III Respublika Platformasının (ResPlatforma) spikeri, müxalif siyasi fiqur
3. Anar Məmmədli, hüquq müdafiəçisi
4. Ayxan İsrafilov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası üzvü
5. Aytac Əhmədova (Tapdıq), Meydan TV-nin jurnalisti
6. Aynur Elgünəş, Meydan TV-nin baş redaktoru
7. Aysel Umudova, Meydan TV-nin əməkdaşı
8. Azər Qasımlı, Siyasi Menecment İnstitunun rəhbəri, politoloq
9. Bəxtiyar Hacıyev, ictimai fəal
10. Bəhruz Səmədov, sülh araşdırmaçısı, ictimai faəl
11. Emin Şaiq İbrahimov, keçmiş diplomat, ictimai fəal
12. Elnara Qasımova, Abzas Medianın əməkdaşı
13. Elvin Mustafayev, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası üzvü
14. Ələsgər Məmmədli, ToplumTV-nin hüquqi təsisçisi
15. Əli Zeynal, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı 
16. Əziz Orucov- Kanal 13-ün Bakı bürosunun direktoru
17. Fazil Qasımov, İstanbul Universitetinin doktarantura tələbəsi
18. Fərid Mehralızadə, Azadlıq radiosunun əməkdaşı, iqtisadçı
19. Hafiz Babalı, AbzasMedia-ın jurnalisti
20. Xəyalə Ağayeva, Meydan TV-nin jurnalisti
21. İqbal Əbilov, tədqiqatçı
22. İlkin Əmrahov, Demokratik Təşəbbüslıər İnstitutunun (İDİ) əməkdaşı
23. İlhamiz Guliyev, ictimai fəal
24. İmran Əliyev, Məclis.info vebsaytının rəhbəri 
25. Məhəmməd Kekalov, AbzasMedia-ın direktor müavini
26. Möhiyyəddin Orucov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası üzvü
27. Müşfiq Cabar-Toplum TV-nin video redaktoru
28. Natiq Cavadlı-Meydan TV-nin jurnalisti
29. Nərgiz Absalamova, AbzasMedia-ın jurnalisti
30. Ramin Cabrayılzadə (Deko), müstəqil jurnalist 
31. Ruslan İzzzətli, III Respublika Platformasının (ResPlatforma) qurucu üzvü, müxalif siyasi fiqur
32. Rüfət Səfərov, Müdafiə Xətti-nin sədri, hüquq müdafiəçisi
33. Şamo Eminov, Kanal 13-ün Bakı bürosunun əməkdaşı
34. Tofiq Yaqublu, Müxalif siyasi fiqur
35. Sevinc Vaqifqızı, AbzasMedia-ın baş redaktoru 
36. Ülvi Tahirov , müstəqil media işçisi
37. Ülvi Həsənli, AbzasMedia-ın direktoru

Demokratik Təşəbbüslər İnstitutu həmçinin Beynəlxalq İnsan Hüquqları Təşkilatlarını Azərbaycandakı vəziyyəti diqqətdə saxlamağı, demokratik ölkələrin Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpuslarını və siyasi mərkəzlərini ölkədə geniş vüsət alan repressiya dalğasına qarşı sadəcə sözdə yox, qəti və prinsipial mövqe nümayiş etdirməklə əməli fəaliyyət göstərməyə səsləyir!