GƏNC JURNALİSTLƏR 2016 - İŞTİRAK ÜÇÜN ÇAĞIRIŞ

Gənclərin nəzərinə

İyul ayından başlayaraq Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) təşəbbüsü ilə könüllü əsaslarla Demokratiya Məktəbinə start verilir. Məktəb çərçivəsində ilkin olaraq jurnalistlərin yetişdirlməsini hədəfləyən təlim-kurslarının təşkili nəzərdə tutulur.

Təlimin:

İştirakçıları

• Fəaliyyətdə olan gənc jurnalistlər,

• Jurnalistikaya maraq göstərən gənclər,

• Jurnalistika fakültəsinin tələbələri.

Müddəti

• 12 həftə davam edəcək təlimlər həftədə 2 dəfə, hər biri 3 saat olmaqla keçiriləcək.

Məqsədi

• Təlimdə əsas məqsəd jurnalistlər üçün media hüququ və peşəkarlığın artırılmasıdır.

Mövzuları

• Ifadə azadlığı,

• İnformasiya əldə etmək hüququ,

• Məhdud İnformasiyalar - onlarla işləmə bacarığı,

• Özəl həyat, Peşə sirləri, kommersiya sirləri və qanunla qorunan digər sirlər, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi,

• Teleradio düzənlənməsi, Teleradio yayımında hüquqi və etik standartlar, İctimai yayım, beynəlxalq standartlar,

• İnternet, Blogerlik və Sosial media,

• Jurnalistikada təhlükəsizlik tədbirləri,

• 3-ü bir arada jurnalistika,

• Şərəf, ləyaqət və nüfuz,

• Diffamasiya,

• Jurnalist qaynaqları, Jurnalist fəaliyyətinin təhlükəsizliyi,

• Müəllif hüquqlarının qorunması,

• Media etikası və jurnalist etikası,

• Media seçkidə,

• Ekstremal jurnalistika,

• Araşdırma jurnalistikası,

• Medianın özünütənzimləməsi və.s

Təlimçilər

• Təlimlər media hüququ və jurnalistika sahəsində Azərbaycanda fəaliyyətdə olan ən təcrübəli və peşəkar ekspertlərin könüllü iştirakı ilə aparılacaq.

Namizədlər

• Təlimdə iştirak etmək arzusunda olanlar CV-ləri ilə bərabər aşağıdakı başlıqları əhatə edən esse təqdim etməlidirlər:

1. Jurnalistika sahəsində fəaliyyətini və ya marağını, həmçinin özünü qısaca təsvir etmək ( ən azı 500 kompüter işarəsi həcmində);

2. Təlimlərdən gözləntilərini qısaca təsvir etmək ( ən azı 500 kompüter işarəsi həcmində);

3. Təlimdən sonrakı hədəflərini təsvir etmək ( ən azı 500 kompüter işarəsi həcmində).

İştirakçıların seçimi

• Münsiflər heyəti CV və esseləri qiymətləndirdikdən sonra namizədlər arasından seçilmiş şəxslərin e-mail ünvanına məlumat göndərilərək müsahibəyə dəvət olunacaq, müsahibədəki performansları dəyərləndirildikdən sonra təlimin iştirakçıları müəyyən ediləcəkdir.

Təcrübə imkanları

• Təlim dövründə və təlimdən sonra iştirakçıların yaradıcılıqlarının və peşəkarlıqlarının formalaşması üçün onların hazırladıqları materialların yayılması üçün müəyyən veb-resurslarla əməkdaşlıq imkanları yaradılacaq.

Təlimi uğurla başa vuran iştirakçılara Sertifikat veriləcək.

İştirak etmək istəyənlərdən esselərin və CV-lərin aşağıdakı e-mailə göndərilməsi xahiş olunur: demti.info@gmail.com

Əlaqə üçün telefon nömrəsi:

+99450 235 32 50

+99455 234 76 76

Esselərin və CV-lərin son təqdim edilmə tarixi: 01 iyul 2016