GƏNC JURNALİSTLƏR 2016 - İŞTİRAK ÜÇÜN ÇAĞIRIŞ

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Demokratiya Məktəbi çərçivəsində yaxın günlərdə gənc jurnalistlərin yetişdirilməsini hədəfləyən növbəti pulsuz təlim-kurslarının təşkili nəzərdə tutulur. 12 həftə davam edəcək təlimlər 24 məşğələdən ibarət olacaq. Təlimlər jurnalistika və media hüququ sahəsində Azərbaycanda fəaliyyətdə olan ən təcrübəli və peşəkar təlimçilərin iştirakı ilə aparılacaq. Təlim dövründə və sonra iştirakçıların yaradıcılıqlarının və peşəkarlıqlarının formalaşması üçün onların hazırladıqları materialların yayılması təşkil ediləcək. Təlimdə iştirak etmək arzusunda olan, jurnalist olmağa maraq göstərən gənclər CV-lərini 15 dekabr 2016-ci ilə qədər təqdim edə bilərlər:

E-mail: demokrat.mektebi@gmail.com

Telefon nömrələri: +99455 234 76 76    +99450 235 32 50