1 noyabr 2015-ci il Parlament seçkiləri ilə bağlı İLKİN RƏY

Keçirilən seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi və hakim partiya ilə әsas müxalifәt partiyaları arasında dialoqun yoxluğu ilə sәciyyәlәnәn siyasi mühitdә cәrәyan edib.

Prezident seçkilərindən sonra Azərbaycanda siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmış, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənmişdir. Bu dövrdən etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif təşkilatlar təzyiq siyasətinin hədəfinə çevrilmişdir.

Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı “Məhsul” stadionunda müxalif partiyaların bəzən mitinqlər keçirməsinə imkan verilib. MSK seckiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 250 yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində 2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılmışdır. Beləliklə, 2010-cu ildəki vəziyyətlə müqayisədə təxminən 10 dəfə imkanlar məhdudlaşdırılmışdır.

Seçki Mə­cəl­lə­sinə edi­lən də­yi­şik­lik­lər isə bir çox hal­da möv­cud olan nor­ma­la­rı da­ha da an­ti­demok­ra­tik və­ziy­yə­tə gə­ti­rən, ya­xud im­kan­la­rı, azad­lıq­la­rı da­ral­da­caq şək­lə sa­lan nor­ma­lar ol­muş, ya­xud şəx­slə­rə nə­zə­rən qa­nun­veri­ci­li­yə gə­ti­ril­miş­dir.

Siyasi partiyalar institutsional olaraq funksionallıqdan çıxarılıb və onların sərbəst fəaliyyət göstərilməsinə hüquqi və faktiki mühit yoxdur.

Seçici siyahıları ilə baglı Dövlət Statistika Komitəsi ilə Mərkəzi Seçki Komissiyasının məlumatları arasında olan 1 milyondan çox seçici sayı uyğunsuzluğu hələ də qalmaqdadır. Seçici siyahıların əksəriyyəti idarə, müəssisə və məktəblərin qapalı salonlarında yerləşdirildiyindən, onlara seçicilərin sərbəst tanış olmaq imkanları məhdud olub.

Seçkiqabağı mühiti nəzərdən keçirərkən müstəqil medianın üzləşdiyi vəziyyət xüsusilə narahatlıq doğurur. Ölkədə olan TV-lər tamamilə hakim siyasi qüvvənin nəzarəti altındadır.

IDI medianın seçkilərdə fəaliyyətini qiymətləndirmək üçünuzunmüddətli monitorinq apararaq birinci dövr üçün nəticələri 07 oktyabr, ikinci dövrü isə 30 oktyabr 2015-ci il tarixdə açıqlamışdır.[1]Bu hesabatlarda medianın məsələlərə təktərəfli yanaşdığı, xüsusilə elektron medianın xəbər və proqramları mütləq əksəriyyətlə hakimiyyət və onu dəstəkləyən tərəfin lehinə təşviqat təşkil etdiyi müəyyən edilmişdir.

Beynəlxalq miqyasda seçkilərə dair əsas mandatı olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri 400 nəfərlə müşahidə etmək istəsə də, Azərbaycan Hökumətinin irəli sürdüyü şərtlər sonradan onların müşahidə etməsindən imtinaya səbəb olmuşdur. ATƏT Parlament Assambleyası da DTİHB-nun mövqeyini dəstəkləyərək müşahidə missiyası göndərməkdən imtina etmişdir.

Həmçinin Avropa Parlamenti Azərbaycandakı siyasi vəziyyəti və insan haqları problemlərinə diqqət çəkməklə daha öncə qərar çıxararaq Avropa Birliyinin rəsmi strukturlarını müşahidə missiyası göndərməkdən çəkinməyə çağırmışdır.

Məhkəmələrdə bu dövr ərzində verilmiş 76 seçki şikayətinin (49 iddia ərizəsi, 27 kassasiya şikayəti olmaqla) 2-si (hər ikisi iddia ərizəsidir) məhkəmələr tərəfindən qismən təmin edilib, 3 seçki şikayəti (2 iddia ərizəsi və 1 kassasiya şikayəti) mümkün sayılmayıb, 71 seçki şikayəti (45 iddia ərizəsi və 26 kassasiya şikayəti) mahiyyət üzrə baxılaraq təmin edilməyib.

01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasında Parlamentə kecirilən secki azad, ədalətli, şəffaf və demokratik olmayıb. Seckilərin butun mərhələlərində, əsasən də namizədlərin irəli sürülməsi və qeydiyyatı, seckiqabağı təşviqat və secki gunu səsvermənin nəticələri uzrə umumiləşdirmə gostərir ki, bu secki rəaqbətsiz və alternativsizlik şəraitində baş verib, Azərbaycan xalqının həqiqi iradəsini ifadə edən seckilər olmayıb.

Seçkilərdə qeydə alınmış qanun pozuntuları və seçkiqabağı siyasi mühit, azad və ədalətli seçkilərin keçirilməsinə imkan verməmiş, bununla da Parlament seçkiləri Azərbaycan Respublikasının yerli qanunvericliyinə və beynəlxalq standartlara uyğun keçirilməmişdir.

Azərbaycan Respublikasının dovlət orqanları, xususən də siyasi hakimiyyət bu seckinin azad, ədalətli və demokratik kecirilməsi ucun siyasi iradə numayiş etdirə bilməmişdir.