1 noyabr 2015-ci il Parlament seçkiləri zamanı "müraciət və şikayətlərə baxılmasının monitorinqinin ilkin nəticələri"

IDI seçkilərə rəsmi start verildikdən sonra MSK-da və məhkəmələrdə şikayət və müraciətlərin baxılmasının monitorinqini aparır və 1 sentyabr - 27 oktyabr 2015-ci il tarixli müddət ərzində baxılmış şikayətlər üzrə monitorinqin ilkin nəticələrini təqdim edir. Monitorinq aparılan zamanı MSK və məhkəmələrin iclasları izlənilmiş, verilmiş qərarlar təhlil edilmiş, iddiaçı və cavabdeh tərəflərin mövqeləri öyrənilmişdir.  IDI bildirir ki, seçkilər öncəsi və səsvermədən sonrakı şikayət və müraciətlərin araşdırılması,  baxılması daha geniş təhlil olunacaq və seçkilərdən sonra monitorinqin tam nəticələrinə dair yekun hesabat açıqlanacaqdır.