1 NOYABR 2015-Cİ İLDƏ AZƏRBAYCANDA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI II ARALIQ HESABAT

Hesabat dövründə Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gәlәn seçkilәrә hazırlıq işlərini davam etdirib və öz fəaliyyətini texniki cəhətdən qanunauyğun qaydada və müddətdə həyata keçirib. Lakin seçki qabağı təşviqat zamanı namizədlər üçün bərabər şəraitin yaradılmasını təmin edə bilməyib.

Seçici siyahılarının yenilənməsi oktyabrın 7-də ümumi sayı 125 seçki dairəsinin 5415 seçki məntəqəsi üzrə 5,096,468 nəfər olan siyahı ilə başa çatdırılmışdır. May ayında edilən yenilənmədən sonra siyahıya əlavə 3,179 seçici daxil edilmişdir.

MSK-nın sayı ilə Dovlət Statistika Komitəsinin acıqladığı rəqəm kəskin surətdə fərqlənir. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya cıxır.

IDI-nin apardığı müşahidələrə görə bəzi seçki dirələrinin ərazisində yerləşən seçki məntəqələrində seçici siyahıları vurulmayıb və ya elə yerdə yerləşdirilib ki, görmək mümkün deyil. Müşahidəçilər seçici siyahısı haqda məlumat ala bilmirlər.

479 namizәd qeydiyyatdan sonrakı müddətdə çox qısa vaxt ərzində namizədliyini geri götürmüşdür. 2010 seçkilərində namizədliyini geri götürənlərin sayı cəmi 41 nəfər olmuşdur.

Qeydə alınmış namizədlərin seçkilərdə iştiraka rəsmi davam edənlərin sayı 767 nəfərdən ibarətdir.

IDI-nin muşahidələri gostərir ki, secki muddətinin azaldılması qanunun imkan verdiyi üsul və vasitələrdən yararlanmaqla seckiqabağı təşviqat aparmağa ciddi məhdudiyyət yaradıb. Müxalifətin əhəmiyyətli bir hissəsi olan Milli Şuranın seçkilərdə iştirak etməməsi, aparıcı müxalif qurumlar olan Musvata Partiyası, Real Hərəkatı və digərlərinin fəaliyyətinə normal şərait yaradılmaması seçki kampaniyası dövrünün tamamilə sönük keçməsinə səbəb olmuşdur. Bununla da seckiqabağı təşviqat prosesinin qarşıduran siyasi tərəflərin acıq, ədalətli və bərabər rəqabət şəraitində keçirilməsi  imkanları itirilmişdir.

1 noyabr 2015-ci il parlament seckilərinin birinci mərhələsində siyasi partiya və bloklardan xeyli sayda  namizədin qeydiyyata alınmaması nəticəsində hakim partiya olan YAP istisna olmaqla digərləri təşviqat dövründə pulsuz efir vaxtını əldə etmək huququnu itiriblər. Bundan sonra YAP  əldə etdiyi huquqdan imtina edib.

1 noyabr 2015-ci ildə keciriləcək Milli Məclis seckilərinin təşviqat mərhələsində ödənişli təşviqatda iştirak etmək istəyən KİV-lərin qiymətləri əksər namizədlər ücün əlçatan olmayıb.

Əvvəlki parlament seckilərindən fərqli olaraq,  hazırkı seçkilər dövründə siyasi partiyaların yürüş-mitinqlər keçirməsi mumkun olmayıb.

IDI ilə əməkdaşlıq edən muşahidəcilər ölkənin 87 secki dairəsi uzrə uzunmuddətli muşahidə zamanı seckiqabağı təşviqat kampaniyasının gedişində müxtəlif pozuntu hallarını qeydə alıblar.

Yerli muşahidəcilərin qeydiyyatı prosesi uzrə yubanmalar və məhdudiyyətlər qeydə alınıb.

MSK tərəfindən exit-poll keçirmək üçün 4 təşkilat qeydiyyata alınmışdır. Lakin ictimai rəydə həmin qurumların keçirəcəyi sorğunun obyektivliyinə ciddi şübhələr vardır.