SEÇKİLƏR ÖNCƏSİ VƏZİYYƏTƏ DAİR HESABAT DEMOKRATİK TƏŞƏBBÜSLƏR İNSTİTUTU (IDI) AZƏRBAYCAN RESPUBLİKASI PARLAMENT SEÇKİLƏRİ 1 noyabr, 2015-ci il SEÇKİLƏR ÖNCƏSİ H E S A B A T

Azərbaycanın tək palatalı parlamenti olan Milli Məclis 125 bir mandatlı seçki dairəsindən beş illik müddətə seçilir. Əvvəlki parlament seçkiləri 2010-ci ilin 7 noyabrda keçirilmişdir. 2015 Parlament seçkiləri isə 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə Konstitusiyaya uyğun olaraq noyabr ayının ilk bazar günü  - 1 noyabr 2015-ci ilə təyin edildi.

Seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, Azərbaycanda hələ də seçkilərin demokratik mühitinin yaradılmasında ciddi çətinliklər mövcuddur.

Son 12 ildə 17 dəfə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddə­si­nə ictimai konsensuns əldə etmədən əla­və də­yi­şik­liklər edilmişdir. Mə­cəl­lə­yə edi­lən də­yi­şik­lik­lər isə çox hal­da möv­cud olan nor­ma­la­rı da­ha da an­tid­emok­ra­tik və­ziy­yə­tə gə­ti­rən, azad­lıq­la­rı da­ral­da­caq nor­ma­lar ol­muşdur. Seçki müd­də­ti­nin 60 gü­nə­dək qı­sal­dıl­ma­sı, bu­na uy­ğun ola­raq im­za top­la­ma müd­də­ti­nin 2 də­fə azal­dıl­ma­sı, si­ya­si təş­vi­qat müd­dət­lə­ri­nin 22 gü­nə sa­lın­ma­sı, təş­vi­qat üçün möv­cud olan plat­for­ma­la­rın sa­yı­nın azal­dıl­ma­sı, sər­bəst top­laş­ma yerlə­ri­nin hər ra­yon­da cə­mi bir yer ilə məhdudlaşdırılması, döv­lətin Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­rin­də (KİV) təş­vi­qat im­kan­la­rı­nın mə­cəl­lə­dən çı­xa­rıl­ma­sı, kö­nül­lü pul depo­zi­ti­nin ləğv olun­ma­sı  və di­gər  möv­cud im­kan­la­rın məh­dud­laş­dı­rıl­ma­sı baş vermişdir.

Rəsmi kampaniya dövrü yığıncaqlar və toplantılar keçirmək və kütləvi informasiya vasitələrində çıxış etmək imkanı nöqteyi-nəzərindən namizədlərə və partiyalara xüsusi hüquqlar verir. Seçkilər arasındakı müddətdə mülki və siyasi hüquqların icrası ilə bağlı mövcud maneələri nəzərə alaraq, Seçki Məcəlləsindəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini seçicilərə çatdırmaq imkanını faktiki olaraq məhdudlaşdırır.

 Mərkəzi Seçki Komissiyasının (MSK) qəbul etdiyi bəzi normativ xarakterli aktlar qanunvericiliklə uyğunsuzluq yaradaraq Seçki Məcəlləsinin tələblərini daha da məhdudlaşdırmaqla seçki prosesinin demokratikliyinə mənfi təsir edir.

Azərbaycanda seçkilər Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyalarından ibarət olan üçpilləli seçki administrasiyası tərəfindən həyata keçirilir. Seçki komissiyalarının tərkibi problemli məsələ olaraq qalır, çünki təcrübədə bu format, hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının tərəfsiziliyinə və qərəzsizliyinə  olan etimadı sıfıra endirir.

Seçkilər üçün hazırlıqlar 2015-ci ilin yanvar ayından etibarən davam etməkdədir və MSK aşağı səviyyəli komissiyalar üçün təlimlər təşkil edir. Seçicilərin siyahısı yenilənsə də, dövlət qurumları arasındakı seçici sayındakı fərq qalmaqdadır. Seçicilərin siyahıda adlarını yoxlamaq və düzəlişlər, əlavələri tələb etməsi üçün imkanlar mövcuddur.

Qarşıdan gələn seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edir.

Ölkədə siyasi məhbus probleminin ciddi hal aldığı və onların azad olunması barədə yerli və beynəlxalq ictimaiyyətin mütəmadi çağırışları durmadan artmasına baxmayaraq əhəmiyyət verilmir.

Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb.

Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində 1 məkanda yarımqapalı mitinqlər keçirilməsinə imkan verilir. Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Həmçinin qapalı məkanlarda konfrans, dəyirmi masa və s. formatlarda ictimai toplantılar keçirmək sadəcə siyasi partiyalar deyil, vətəndaş cəmiyyəti təmsilçiləri üçün də demək olar ki, mümkünsüz hala gəlib. Siyasi gündəmli toplantıların hətta 5 ulduzlu brend markalı otellərin toplantı salonlarında belə keçirilməsinə imkan verilmir.

Həbslər, diffamasiya üzrə məhkəmə prosesləri,  maliyyə sanksiyaları, bank hesablarına həbs qoyulmalar, müəyyən bəhanələrlə uzun-uzadı istintaqlara cəlb edilmələr və jurnalistlər üzərində digər təzyiq formaları Azərbaycanda media azadlığına ciddi təsir edir və demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır.

Məhkəmələr hakimiyyətin üçüncü müstəqil qolu və ədalətin bərpası olmaqdan çıxaraq ələbaxımlı duruma düşmüşdür. Cəmiyyətdə məhkəmələrə etibar ciddi şəkildə sarsılmış vəziyyətdədır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) bu yaxınlarda 2010-ci il seçkiləri ilə əlaqədar iş üzrə qərar çıxarmışdır ki, bu da namizədlər üçün seçki hüququnun təmin edilməsində məhkəmələr və seçki komissiyalarından həlledici üstünlüyə malikdir.

Avropa Şurası Nazirlər Komitəsi İHAM tərəfindən pozuntu kimi müəyyən edilmiş seçki işləri üzrə baş vermiş pozuntuların struktural/kompleks xarakterli olduğu nəticəsinə gəlmişdir.