IDI sədri Akif Qurbanov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinklə görüşüb.

IDI sədri Akif Qurbanov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinklə görüşüb.

Görüşdə ABŞ diplomatıyla ölkədəki ictimai-siyasi vəziyyət, referendumun nəticələri və gözləntilər, vətəndaş cəmiyyətinin hüquqi və praktik durumu, MHŞT(EITI) Idarə Heyətinin son qərarından doğan nəticələr, siyasi azadlıqlar və siyasi məhbus problemləri, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.

Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri cənab Robert Sekuta və səfirliyin digər əməkdaşları da iştirak edib.