Gənc İqtisadçılar

Gənc İqtisadçılar təlimi iştirakçılara təməl iqtisadi biliklər verməklə yanaşı iqtisadi araşdırmalar apara biləcək mütəxəssislərin yetişdirilməsini planlayır. Təlimlər iki hissədən ibarətdir. İştirakçılar birinci mərhələdə əldə etdikləri bilik və bacarıqlar vasitəsilə praktiki mərhələdə iqtisadi mövzularda araşdırmalar aparırlar. Gənc İqtisadçılar təlim proqramı bir dəfə keçirilib və yekunda 5 araşdırma sənədi dərc edilib.