Şəxsi və Ailə Həyatına Hörmət Hüququ (Konvensiya, maddə 8) ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə dair hesabat

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc Hüquq Müdafiəçilər" təlim proqramının məzunu tərəfindən hazırlanmış “Şəxsi və Ailə Həyatına Hörmət Hüququ (Konvensiya, maddə 8) ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə” dair hesabat yayımlayıb. 

Hesabatda şəxsi və ailə həyatına hörmət hüququ və bu hüquqa olan təminatlar, o cümlədən AİHM qərarlarının hüquqi qüvvəsi nəzərdən keçirilmiş, bu istiqamətlərdə yerli və beynəlxalq qanunvericilik analiz edilmişdir.

Araşdırmada AİHM tərəfindən Azərbaycana qarşı 8-ci (“Şəxsi və ailə həyatına hörmət hüququ”) maddə altında çıxarılan və pozuntusu tanınan 16 qərarın qısa təsviri və həmin qərarların icra vəziyyəti, Hökumət tərəfindən icra ilə bağlı həyata keçirilən ümumi və fərdi tədbirlər təsvir edilərək bu sahədə qanunvericilik və praktikada olan nöqsanlar aşkar edilib.

Hesabata əsasən qərarların icra vəziyyətində olan nöqsanlar  aşağıdakı səbəblərlə bağlıdır.

  • Dövlət səviyəsində AİHM qərarlarının icrasını həyata keçirən və bu icraya nəzarət edən vahid bir qurumun olmaması;
  • İcra prosesinin pərakəndə şəkildə həll edilməsi;
  • Hökumət tərəfindən qərarların icrasının ən sadə şəkildə - təzminatın ödənilməsi yoluyla həyata keçirilməsi;
  • Qanunvericilik və praktikanın təkmilləşdirilməsi istiqamətində yetərli tədbirlərin görülməməsi;

Qeyd olunan məsələlər əhatəli şəkildə hesabatda qeyd olunaraq, sonda ümumi tövsiyələr verilmişdir.