Nə üçün və necə oxumalıyıq?

Əziz dostlar!

İyunun 1-də hər yerdə olduğu kimi, Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram kimi qeyd olundu.

Demokratik Təşəbbüslər İnstitutu olaraq bu hadisəni və aktuallığını nəzərə alaraq növbəti müzakirəmizi uşaq təhsilinin problemli mövzularına həsr etməyi qərar verdik.

Sizləri bu şənbə - iyunun 4-də saat 15:00-da Caspian Plazada (Caspian PlatForum, 8-ci mərtəbə) baş tutacaq “Nə üçün və necə oxumalıyıq?” mövzusunda müzakirəyə dəvət edirik. Spiker qismində hüquqşünas İntiqam Əliyev çıxış edəcək.

Müzakirələr aşağıdakı suallar ətrafında keçiriləcək:

- Orta təhsilin məqsədi nədir?

- Məktəblərdə uşaqlara keçilən və soruşulan dərslər təhsildirmi?

- Təhsil prosesi təkcə sinif otaqlarındakı dərslərdən ibarətmi olmalıdır?

- Məktəblərin təhsil proqramı bir uşağın çəkə biləcəyi yükdürmü?

- Dövlət hesabına rus dilində orta təhsil olmalıdırmı? Bəs digər əcnəbi dillərdə?

- Valideynlər rus dilində təhsilə niyə üstünlük verirlər?

- Müəllimin indiki maaşı, məktəblərin maddi-texniki təhcizatı, kadr potensialı və təhsil idarəçiliyi ilə keyfiyyətli təhsil vermək mümkündürmü?

- İndiki orta təhsil uşaqlara nə verir, nə alır?

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçməyiniz xahiş olunur.