Hazırda IDI Multimedia jurnalistikası, Gənc hüquq müdafiəçiləri, Gənc liderlər, Gənc İqtisadçılar olmaqla 4 proqram üzrə təlimlər təşkil edir. Multimedia jurnalistikası 2016-cı ildən, Gənc hüquq müdafiəçiləri və Gənc liderlər təlimləri isə 2017-ci ildən etibarən keçirilir. Hər bir təlim proqramı özündə nəzəri və praktiki bilikləri ehtiva edir və iştirakçıları ölkənin ictimai-siyasi həyatına töhfə verməyə təşviq edir. 

 

IDI 2014-cü ildə keçirilən Bələdiyyə seçkilərinə izləmişdir. Nəticədə yekun hesabat hazırlanıb, yayımlanmışdır. 1 noyabr 2015-ci ildə keçirilən Parlament seçkiləri zamanı IDI aşağıda qeyd olunan fəalliyyətləri həyata keçirmişdir: Seçki öncəsi uzun müddətli müşahidə, media monitorinqi, seçki dövründə komissiya və məhkəmə orqanlarının fəaliyyətinin monitorinqi. Seçki günündə müşahidə aparılıb, seçki komisiyaları və məhkəmələr tərəfindən şikayətlərə yenidən baxılmasının və apelyasiyaların monitorinqi toplanıb və analiz edilib, seçkilərin yekun hesabatı yayımlanıb. 

 

IDI həmçinin hüquqların qorunması üçün birinci instansiya məhkəmələrində, apelyasiya və ali məhkəmədə hüquqi yardım göstərmişdir. 200-dən çox insan müxtəlif formalarda hüquqi yardım almışlar. Nəticədə 70-dən çox şikayət hazırlanıb AİHM-ə göndərilmişdir. Bu müddət ərzində IDI 30 seçki məntəqəsində tərəfsiz və müstəqil müşahidə aparılması üçün 40 təlim sessiyası həyata keçirib. 350 IDI üzvü və könüllü şəxslər bu təlim sessiyalarında iştirak ediblər. Həmçinin IDI mütəxəssis qrupu davamlı olaraq insan hüquqları və Mülkiyyətin qeydə alınması, İnklüziv təhsil, 2018 ci-ildə Azərbaycanda Təqsirsizllik prezumpsiyasının statistikası və müqayisəli analizi kimi müxtəlif sahələrdə hesabatlar hazırlayıblar. 

 

Bundan başqa, IDI-nin bu hesabatları mövcuddur: Seçici Qeydiyyatının Auditi 2014, Seçki Məcəlləsinin Analizi: Beynəlxalq normalar. problem və perspektivləri 2015, Jurnalistika bələdçisi 2017, Gənc liderlər 2018. 

 

Əlavə olaraq, IDI insan hüquqları ilə bağlı maarifləndirmənin aparılması üçün "Güləhmədin Macəraları" adlı animasiya seriyaları yaratmışdır.