İmza toplayan və qeydə alınmaq istəyən namizədlərin nəzərinə!

IDI olaraq maarifləndirici dəstəyimizi davam edirik. Fərdi qaydada olan müraciətlərə köməkliklə yanaşı ictimai olaraq da məlumatı diqqətinizə çatdırırıq. İmza toplamış namizəd və ya onun səlahiyyətli nümayəndəsi müvafiq DSK-ya oktyabrın 2-si saat 18:00-dək aşağıdakı sənədləri çatdırmalıdır.

1. İmza topladıqdan sonra toplanmış imza vərəqində diqqət yetirin:

a. Sıra üzrə ad, soyad, ata adı və oğlu/qızı tam doldurulsun

b. Doğum tarixi 1997-ci il üçün ayı və günü də yazılsın.

c. Ünvan seçki dairəsinin dislokasiyası üzrə şəxsiyyət vəsiqəsində olduğu kimi tam doldurulsun.

d. Şəxsiyyət vəsiqəsinin seriya,nömrəsi və verilmə tarixi yaddan çıxmasın.

e. İmzanın qoyulma tarixinin ardıcıllığına diqqət yetirin.

g. İmzadan başqa qalan hissələri imza toplayan yaza bilər.

h.İmza vərəqinin sonunda imza toplayan şəxsin məlumatları tam yazılmalıdır və imzalamalıdır. İmzasından sonra qoyulan tarix həmin vərəqdə olan imzaların ən sonuncu tarixi ilə eyni gündə və ya ondan sonrakı tarixdə olmalıdır.

f. Namizəd imza vərəqini imzalamalı və tarixi də imza toplayanın imzası tarixi gününə və ya ondan sonrakı günə olmalıdır.

l. İmza vərəqinin hər biri tarix ardıcıllığına uyğun qoyulmalı, nömrələnməli və səhifələnməlidir. Məsələn: İmza vərəqi yazılan yerə N1, vərəqin aşağısından səhifə 1, o biri üzün aşağısından səhifə 2 qeyd olunmalıdır. Yəni N1 səh1, səh2, N2 səh3 və səh4, N3 səh 5 və səh 6 .... beləcə davam edir. 11 vərəq olduqda 11 nömrə və 22 səhifə olmalıdır ardıcıl olaraq.

2. İmzanın toplanmasına dair 2 ədəd Yekun Protokol  tərtib olunur.

3. İllik Maliyyə gəliri haqqında blank doldurulmalıdır. Həmin blank aşağıdakı məlumat əsasında doldurulur: Maaş, pensiya, mükafat, yardım alan- aldığı barədə onu əldə etdiyi idarədən, vergi ödəyicisi qeydiyytda olduğu vergi idarəsindən dövriyyəsinə dair 29 avqust 2014- 29 avqust 2015 tarixi arasındakı dövr üçün arayış əldə etməlidir. Arayış 2014-cü il üzrə 29 avqustdan 31 dekabradək aylıq qrafiklə və sonda cəmi, 2015-ci il üzrə isə 1 yanvar - 29 avqust arası aylıq qrafiklə və cəmi göstərilməklə qeyd edilməlidir.

4.Əmlak barəsində məlumat blankı doldurulmalıdır.

5. İmza toplama zamanı hesaba pul daxil olması, maliyyə xərclənib-xərclənməmsini göstərmək üçün ilkin maliyyə hesabatı təqdim edilməlidir.

6. Əgər namizədin şəxsi məlumatlarında dəyişiklik baş veribsə o haqda arayış təqdim edilməlidir.

P.S Lazımi blanklar üçün şərhə baxın.