Məhkəmə IDI-nin iddiasını araşdırma üçün qərar qəbul etdi

1 saylı İnzibati-İqtisad məhkəmsində Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Ədliyyə Nazirliyinə qarşı iddiasına baxılmışdır. İddiaya hazırlıq iclasına hakim Tahirə Əsədova sədrlik edib. Tərəflərin mövqeyi dinlənildikdən sonra, iddia məhkəmə baxışı üçün qəbul olunub. Məhkəmə araşdırmasının iclası 15 may 2014-cü il saat 15:15 tarixinə təyin olunub.

Qeyd edək ki, IDI-nin məhkəmədə iddia qaldırmasına səbəb 3-cü dəfə müarciət etməsinə baxmayaraq Nazirliyin növbəti dəfə əsassız olaraq, siyasi səbəblərdən dolayı təşkilatı qeydiyyata almaqdan imtina etməsi olub. 

Xatırladaq ki, Demokratik Təşəbbüslər İnstitutu bir qrup hüquqşunas və ictimai-siyasi xadimlər tərəfindən 05 noyabr 2013-cü il tarixdə təsis olunub. Təşkilatın sədri MSK üzvü Akif Qurbanov seçilib.