23 dekabr 2014-cu il tarixdə kecirilən Azərbaycan Respublikası Bələdiyyələrinə seckilərin monitorinqinin nəticələrinə dair R Ə Y

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 23 dekabr 2014-cü il tarixdə keçirilən Bələdiyyə seçkilərini ölkənin 125 seçki dairəsinədn 15 seçki dairəsi üzrə təsadüfi (ixtiyari) seçimlə müəyyənləşdirilən 60-dan çox seçki məntəqəsində müşahidə edib. Müşahidə 2 istiqamətdə təşkil edilib:

Seçki məntəqəsində seçki günü məntəqələrin açılması, səsvermə və səssayma və səslərin protokollaşması prosesləri müşahidə edilib.

Seçicilərin səsvermədə iştirak etmə fəallığı anba-an izlənib və saat 10, 12, 15, 17 və 19-da iştirak etmiş seçicilərin sayı mərkəzə çatdırılıb. İDİ seçki günü seçici fəallığı ilə bağlı monitorinqin nəticələrinə dair 5 dəfə, pozuntularla bağlı 1 dəfəf Press Reliz hazırlayaraq yayıb.