SEÇİCİ QEYDİYYATININ ƏSASLARI

            Mərkəzi Seçki Komissiyası ölkədə seçicilərinin sayını 5 milyon göstərsə də Dovlət Statistika Komitəsinin öz saytında göstərdiyi məlumata əsasən, 2014-cu il yanvarın 1-nə qədər olkənin yaşı 18-dən yuxarı olan əhalisinin sayı təxminən 6,8 milyondan çoxdur. Nəticədə məlum olur ki, yekun secici siyahısında secicilərin sayı Dovlət Statistika Komitəsinin məlumatında secki huququna malik şəxslərin sayından 1,8 milyon azdır. Son prezident seçkilərilə bağlı ATƏT/DTIHB-in Seçkiləri Müşahidə Missiyasının hesabatında da bu barədə qeyd olunmuşdur. Demokratik Təşəbbüslər İnstitutu (İDİ) bu məsələyə dair real vəziyyəti öyrənmək məqsədilə “Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparmışdır. SQA- seçicilərin qeydiyyatının kəmiyyət (siyahıda adı olan seçicinin reallıqda mövcudluğu və konkret ünvanda yaşayan seçicilərin həqiqətən seçici siyahısında qeydiyyatda olması və orada şəxsi məlumatların uyğunluğu və s.) və keyfiyyət (seçici siyahısında adı olan seçicilərin adı, soyadı, ata adı, doğum tarixi, cinsi, ünvanı şəxsiyyət vəsiqəsindəki ilə nə dərəcədə üst-üstə düşür və ya ünvanlardan sorğu edilərək qeydiyyata alınmış  müvafiq göstəriciləri seçici  siyahısında olanla nə dərəcədə üst-üstə düşür, yanlışlıqlar nədədir və s.) baxımından  monitorinqi prosesidir.     

            SQA-metodu bütün dünyada seçkiləri müstəqil surətdə müşahidə və monitorinq edən təşkilatlar tərəfindən  tətbiq olunur və beynəlxalq aləmdə obyektiv metod kimi tanınır.SQA  ölkədə mövcud olan 125 seçki dairəsindən 15-nin ərazisində təsadüfi yolla seçilmiş respondentlər arasında keçirilmişdir. Monitorinqçilər 1255 ünvana baş çəkmişlər. Bu ünvanlardan 1137-də sorğu keçirilməyə nail olunmuşdur. Respondentlərin 54,8%-i kişi, 45,2%-i qadın; 10,1%-i 18-25, 19,5%-i 26-35, 17,5%-i 36-45, 26,0%-i 46-55, 26,8%-i isə 55+ yaş qruplarında olmuşdur. Onların 62,0%-i Şəhər, 7,0%-i Qəsəbə, 31,0%-i isə kənd sakinləri olmuşdur.

            SQA-nın “Əhalidən-Siyahıya” (People-to-List) və “Siyahıdan-Əhaliyə” (List-to-People) olmaqla iki növündən istifadə edilmişdir.    

            “Əhalidən-Siyahıya” prinsipi üzrə sorğuda iştirak etmiş respondentlərin seçici kimi seçici siyahısında qeydiyyata alınmasını dəqiqləşdirmək məqsədilə adlarını seçici siyahısında axtarma zamanı məlum olmuşdur ki, təsadüfi yolla seçilmiş ünvandan adı qeydə alınmış 564 seçicinin 81%-nin müvafiq göstəriciləri seçici siyahısında mövcuddur. Lakin 19% seçicinin adı, soyadı və atasının adının seçici siyahısında olmadığı aşakara çıxarılmışdır. Yəni sorğuda iştirak edən vətəndaşların 19%-i seçici siyahısından kənarda qalmışdır. Bu o deməkdir ki, yaşı 18 olan 6,8 milyon əhalinin 1,3 milyonu seçici siyahısından kənar qalır.

 Adı seçici siyahısında mövcud olan respondentlərin məlumatlarını seçici siyahısındakılarla müqayisə etdikdə məlum olur ki,  respondentlərin 76,4%-nin məlumatları siyahıdakı ilə eynidir, 23,6%-inin isə yalnışdır.    Respondentlərin ailə üzvlərinin qeydiyyatda olma göstəricilərinə baxdıqda məlum olur ki, onların 22,8%-inin adı seçici siyahısında yoxdur.

            “Siyahıdan-Əhaliyə” prinsipi üzrə müraciət edilmiş 573 seçicidən 12,7%-ni müxtəlif səbəblərdən seçici siyahısında göstərilən ünvanda tapmaq mümükün olmamışdır. Seçici kimi öz ünvanında həqiqətən mövcud olan respondentlərin yəni 500 nəfərin 95,0%-nin (475 n) seçici məlumtları siyahıda göstərilənlə üst-üstə düşmüşdur, qalan 5,0%-nin məlumatları isə eyni olmamış - soyadı, adı və ata adında, doğum tarixi və ya ünvanında  müəyyən yanlışlıqlarla qeyd olunduğu aşkara çıxarılmışdır.

Sorğu zamanı seçicilər müxtəlif suallara aşağıdakı rəylərini ifadə etmişlər:

"Seçici siyahısında qeydiyyatda olub      olmadığınızı bilirsinizmi" sualına cəmi  1064 nəfərdən əksəriyyəti "bilirəm      ki, qeydiyyatdayam" yəni 81,4%-i cavabını vermişdir. Beləliklə      seçicilərin nəzərə çarpacaq dərəcədə böyük bir hissəsi (17,3 +1,3 = 18,6%)      qeydiyyatda olması barədə pozitiv cavab verməmişdir.  Əgər bu nəticəni ölkədəki seçicilərin      ümumi sayı ilə qarşılaşdırdıqda bu sahədə həlledilməsi vacib olan dəirn      problemin olduğunu göstərir.

"Niyə qeydiyyatada olub olmadığınızı dəqiqləşdirmirsiniz"      sualına cavabda respondentlərin çoxluq hissəsi (34,3+6,1=40,4%) dəqiqləşdirməni      mənasız hesab edir. Digər nəzərə çarpan pay (17,2%) hara müraciət edəcəyimi      bilmirəm deyən respondentlərdir ki, bu da bir daha seçki komissiyalarının      diqqət və maraqlanmasına ehtiyac duyulur deyən müvafiq sayda seçici tələbini      təsdiq edir. Həmçinin seçicilərin böyük bir qisminin 21,2%-nin vaxtım      yoxdur və 2,5%-nin  məsafə      uzaqdır  cavabını verməsi əslində      seçki komissiyalarının diqqət etməsi barədə tələbi ifadə edən seçici rəyini      bir daha təsdiqləyir.

"Adınızın seçici siyahısında olub      olmadığını harada yoxlamısınız" sualına cavabda İnternetdə 8,1% (86      n), MnSK-da 44,2% (470  n), DSK-da      7,6% (81 n) təşkil etmişdir. Digər (bildiriş gəlir, yoxlamamışam, əvvəlki      seçkilərdə, maraqlanmıram və.s.) cavabı isə 39,3%  (418 n) olmuşdur. Göründüyü kimi      respondentlərin nisbi çoxluğu seçici siyahısında olub-olmadığını MnSK-da      yoxlamışdır. Burada Digər cavabı (39,3%) verənlərin içərisində də əvvəlki      seçkilərdə cavabını bildirməklə dolayısı ilə MnSK-da yoxladığını təsdiq      etmişdir. Lakin digər cavabının içərisində yoxlamamışam, maraqlanmıram deyənlərin      payı kifayət qədər təşkil edir və bu da yuxarıdakı 2-4 suallardakı      cavablarda olduğu kimi seçicinin prosesə neqativ münasibətini ifadə edir.

"Adınızın seçici siyahısında olub      olmadığını nə zaman yoxlamısınız" sualı 1064 nəfərdən 245-ə verilməyib.      (yoxlamamışam deyənlərə bu sual verilməyib, hansı ki, 23,0%-nə təşkil      etmişdir) 1-9 ay əvvəl  cavabı 6,1%,      1 il əvvəl 25,6%, 2 il əvvəl 2,2%, 4 il əvvəl 1,5%, son seçkilərdə 44,2%,      prezident seçkilərində 6,8%, parlament seçkilərində 1,3%, bələdiyyə seçkilərdə      0,6%, digər (dəqiq bilmirəm, heç       vaxt, nə xeyri var ki, yoxlamıram, xatırlamıram və.s.) 11,1%, bu      suala cavab verməyə çətinlik çəkənlər 0,5% olmuşdur. Son seçkilərdə      cavabını verənlər əvvəlki sualdakı digər cavabını tamamlayır və onu görduyumuz      kimi dəqiqləşdirir.

"Səsverməyə qədər seçici siyahısında      adınızın olub-olmadığını yoxlayacaqsınızmı" sualına cavabda bəli deyənlər      38,3%, xeyr deyənlər 29,6%, qərara gəlməmişəm deyənlər 19,8%, bu suala      cavab vermək istəməyənlər isə 12,3% təşkil etmişdir. Beləliklə, rəqəmlərdən      görünür ki, yalnız 38,3% seçici növbəti seçkilərə maraq göstərir, qalan əksəriyyət      isə seçkilərə maraq barədə qeyri-pozitiv münasibət sərgiləyir.

."Harada səs verəcəyinizi      bilirsinizmi" sualına cəmi       1064 nəfərdən  bəli cavabı verənlər      83,7% (891 n), xeyr cavabı verənlər       16,1% (171 n) təşkil etmişdir.       Bu suala cavab verməyə çətinlik çəkir 0,2% (2 n) təşkil  etmişdir.  16,1% ümumi seçicilərin sayına nəzərən      qarşılaşdırsaq, nəzərə çarpacaq dərəcədə neqativ gösrəicidir. Bu o deməkdir      ki, seçki komissiyalarının seçiciləri məlumatlandırma işi aparmasına,      ictimai-siyasi qurumlar və KİV tərəfindən maarifləndirmənin həyata      keçirilməsinə böyük ehtiyac duyulur.

"Seçkilərdə iştirak etməyin vacibliyi barədə      hər hansı bir elan eşitmisinizmi" sualına cəmi  1 064       nəfərdən bəli deyənlər 81,0% (862 n), xeyr deyənlər isə 18,0% (191      n) təşkil edib. Bu suala cavab vermək istəməyənlər 1,0% (11 n) olmuşdur

"Seçkilərdə iştirak etməyin vacibliyi barədə      elanı haradan eşitmisiniz" sualına cəmi 862 nəfər  respondent iştirak etmişdir. Cavablar  içərisində internetden 11,1% (96 n),      TV-dən 58,1% (501 n), radiodan 4,5% (39 n), ətrafdan 18,9% (163 n) təşkil      etmişdir. Digər - afişa, elan, bildiriş, iş yerindən, özüm bilirəm      cavlarını verənlər 7,3% (63 n) təşkil etmişdir. Alınan nəticələr onu göstərir      ki, TV seçicilərin əsas informasiya mənbəyi kimi öz rolunu saxlayır. KİV      içərisində seçicilərin ikinci əsas informasiya mənbəyi internetdir. 15,3%      göstəricisi onu deməyə əsas verir ki, seçicilərin böyük bir hissəsi hələ də      birbaşa informasiya mənbələrindən daha çox ətrafdan (ünsiyyətdə olduğu      insanlardan) məlumat almağa üstünlük verirlər. 

"Seçki günü neçə seçici bülletenindən      istifadə etmək hüququna malik olduğunuzu bilirsinizmi” sualına cəmi 1064 nəfərdən  77,9% (829 n) bəli, 6,9% (73 n) xeyr      cavabı vermişdir.  Bu suala cavab      verməyə çətinlik çəkənlər 15,2% (162 n)       təşkil edir. Göründüyü kimi, respondentlərin 77,9 %-i bu suala bəli      cavab verməklə hüququni bildiyini ifadə edir. Geridə qalan əhəmiyyətli bir      hissəsi - 22,1%-i (6,9%-i birbaşa+15,2%-i dolayı) isə elementar hüququnu və      sadə seçki prosedurunu bilmir. və ya onlara yönləndirilmiş yanlış təcrübənin      nəticəsində düzgün ifadə etmir.  

"Sizin seçici siyahısında adınızın dəqiqləşdirilməsinə      cavabdeh kimdir" sualına  cəmi      1064 nəfərdən özüm 34,9% (371 n), müvafiq seçki komissiyası 25,8% (274 n),      bilmirəm 34,3% (365 n), digər (icra nümayəndəsi,      hökumət, məktəb direktoru) 2,5% (27 n) cavablarını vermişdir. Bu suala      cavab verməyə çətinlik çəkən 2,5% (27 n) olmuşdur.                                                   

Rəqəmlərdən göründüyü kimi, seçicilərin 1/3 hissəsindən çoxu (34,3%+2,5%=36,8%) onların adının dəqiqləşdirilməsi funkisyasının (hüququnun ) kimə məxsus olması barədə məlumata malik deyil. Qalanları dəqiq ifadə edilmiş yekdil rəyə malik deyil. Qanuna görə isə bu hüquq seçki komissiyasının birbaşa vəzifəsidir.

IDI-nin Mətbuat Xidməti